525.Az

Ukraynanın daxili işlər naziri: “Rusiya Krıma silahlı müdaxilə edib, bu, işğaldır”


 

Ukraynanın daxili işlər naziri: “Rusiya Krıma silahlı müdaxilə edib, bu, işğaldır”<b style="color:red"></b>

Ukraynanın Daxili İşlər Nazirliyi Rusiya Federasiyasının Krıma silahlı müdaxilə etdiyini açıqlayıb.

APA-nın “RBK Ukraina” saytına istinadən verdiyi məlumata görə, nazir Arsen Avakov özünün “Facebook” səhifəsində Sevastopol şəhərindəki “Belbek” beynəlxalq hava limanının Rusiyanın Qara dəniz donanmasının hərbçiləri tərəfindən mühasirəyə alındığını bildirib: “İçəridə Ukrayna hərbçiləri və sərhədçiləri var. Bayırda isə üzərində tanınma nişanı olmayan kamuflyaj geymiş, lakin öz mənsubiyyətlərini gizlətməyən silahlı şəxslər dayanıb. Baş verənləri silahlı müdaxilə və işğal kimi qiymətləndirirəm. Bu, bütün beynəlxalq müqavilələrin, normaların pozulmasıdır və suveren dövlətin ərazisində qan tökülməsi məqsədilə törədilən təxribatdır”.   
 
Nazir hələlik silahlı toqquşmanın olmadığını, hava limanının fəaliyyət göstərmədiyini söyləyib. A. Avakov baş verənlərin artıq DİN-in səlahiyyət çərçivəsini aşdığını və məsələ ilə bağlı Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının qərar verməli olduğunu bəyan edib.

 





28.02.2014    çap et  çap et