525.Az

Bakıda lombarda silahlı basqın olub: 2 yaralı


 

Bakıda lombarda silahlı basqın olub: 2 yaralı <b style="color:red"></b> Bakıda lombarda silahlı basqın olub.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 27-si saat 12:30 radələrində naməlum şəxs Bakıxanov qəsəbəsi İ.Xəlilov küçəsində yerləşən Lombarda daxil olub, əlindəki bıçaqla orada işləyən Bakı şəhər sakini Ülkər Teymurluya xəsarət yetirərək, pul və qızıl tələb edib.

O, həmin vaxt Ü.Teymurluya köməyə gəlmiş, yaxınlıqdakı mağazada işləyən Natiq Əliyevə də xəsarət yetirərək qaçıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Yuriy Sergeyeviç Paşutkin Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulub.
 
 





28.02.2014    çap et  çap et