525.Az

Azərbaycan 6 “Embraer” təyyarəsi alıb


 

Azərbaycan 6 “Embraer” təyyarəsi alıb<b style="color:red"></b> 2013-cü ildə Azərbaycanda hava nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmi əvvəlki ilə nisbətən 2 dəfə artaraq 121,7 min tona bərabər olub.

Lent.az-ın məlumatına görə, 2013-cü ildə görülmüş işlərlə bağlı hesabatda qeyd edilir ki, bu nəqliyyat növü vasitəsilə sərnişin daşınmışı 6,2% artaraq 1,7 milyon nəfərə çatıb. Yük və sərnişin dövriyyəsi müvafiq olaraq 44195 milyon ton.km və 2598,4 milyon sərnişin.km təşkil edib. Hesabat dövründə hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədilə “Azərbaycan Hava Yolları” QSC tərəfindən 4 ədəd “Embraer 190” və 2 ədəd “Embraer 170” tipli sərnişin təyyarələri alınıb, Heydər Əliyev Hava Limanının yeni aerovağzal kompleksinin tikintisi davam etdirilib.
 
Eyni zamanda, hesabat dövründə Yevlax hava limanı da yenidən qurularaq istismara verilmiş, vağzalyanı meydan abadlaşdırılmış, 60 avtomobil tutumlu dayanacaq tikilib.
 





28.02.2014    çap et  çap et