525.Az

Xırdalanda yaşayış binası yanır


 

Xırdalanda yaşayış binası yanır<b style="color:red"></b>

Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, 3 saylı binada qeydə alınıb. Beşmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
 
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 





28.02.2014    çap et  çap et