525.Az

Xulio İqlesias diktatorun ailəsi üçün konsert verdi


 

Xulio İqlesias diktatorun ailəsi üçün konsert verdi<b style="color:red"></b>

Dünya şöhrətli müğənni Xulio İqlesias Ekvatorial Qvineyanın prezidenti Mbasoqonun ailəsi üçün konsert verib. 

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhur müğənninin prezidentin oğlu tərəfindən təşkil olunan konsertdə iştirakı İnsan Haqları Təşkilatı tərəfindən sərt reaksiya ilə qarşılanıb. Dünyanın bir sıra təşkilatları, həmçinin İnsan Haqları Təşkilatı Xulioya bu dəvətdən imtina etməyi tövsiyə etsələr də müğənnni bu fikirə məhəl qoymayıb. 

1979-cu ildən hakimiyyətdə olan Teodor Obianq Nquema Mbasoqo mətbuat azadlığını boğmaqda, xalqın rifahını düşünməməkdə günahlandırılır. Prezidentin oğlu Teodorin Obiang Nguema Manguenin adı isə Fransada baş verən sui-qəsdlərdə hallanır. Qeyd edək ki, 686 min əhalisi olan ölkənin yüzdə 67 faizinin ana dili İspan dilidir. 

Nigar Məhərrəm

 





17.10.2012    çap et  çap et