525.Az

“İlk addım” atıldı


 

“İlk addım” atıldı<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “İlk addım” layihəsinin icrasına start verilib. Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Rayon Məşğulluq Mərkəzinin təşkilati dəstəyilə keçirilən layihənin əsas məqsədi gəncləri işə düzəlmə istiqamətində maarifləndirmək, işə götürənlərlə birbaşa əlaqələrinin qurulmasına yardım etməkdir.

Layihə çərçivəsində gənclərə iş axtarmanın düzgün yolları, CV yazılışı, müsahibədə davranış qaydaları mövzusunda təlimlər keçiriləcək. İkinci mərhələdə gənclərin işəgötürənlərlə birbaşa görüşlərini təmin etmək məqsədilə əmək yarmarkası təşkil ediləcək.

Yarmarkada kadr çatışmazlığının müşahidə edildiyi kənd təsərrüfatı və xidmət sektorunda fəaliyyət göstərən müəssisələrin təmsilçiləri iştirak edəcəklər. Bundan əlavə bank, sığorta, turizm sferalarından da müəssisələrin iştirakına zəmin yaradılacaq.

 





28.02.2014    çap et  çap et