525.Az

Baş nazir yıxıldı (VİDEO)


 

Baş nazir yıxıldı<b style="color:red"> (VİDEO)</b>

Avstraliyanın baş naziri Qandinin məzarı üzərində yıxılıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Avstraliyanın baş naziri Culia Gillard iki ölkə arasında iqtisadi və strateji əlaqələri gücləndirmək, qeyri-nüvə enerji sahəsində
əməkdaşlıq etmək üçün Hindistana yollanıb.

Səfər çərçivəsində baş nazir Culia Gillard, Hindistanın əfsanəvi lideri Mohandas Qandinin məzarını ziyarət edərkən müqavimətini itirərək yerə yıxılıb. Daha sonra ayağa qalxan xanım nazir “Yaxşıyam, heç nə olmayıb” deyərək oranı tərk edib.

Hindistanın baş naziri Manmohan ilə görüşən Gillard ölkələr arası uran satışı haqda da müzakirələr aparıb. Qeyd edək ki, Hindistan indiyə qədər nüvə silahının satışının qarşısını almaq üçün beynəlxalq təşkilatlar tərəfindən hazırlanan müqavilələri imzalamayıb.

Nigar Məhərrəm

 





17.10.2012    çap et  çap et