525.Az

Səlim Babullaoğlu: “Biz həyatın hər sahəsinə kitabın, kitabçıların eynəyindən baxacağıq”


 

Səlim Babullaoğlu: “Biz həyatın hər sahəsinə kitabın, kitabçıların eynəyindən baxacağıq” <b style="color:red"></b>

İNANIRAM , “KİTABÇIMARAQLI, KREATİV LAYİHƏ OLACAQ

 

 

Məzmun format etibarilə olduqca yeni, yenilikçi bir sənət, ədəbiyyat, kitab dərgisi olanKitabçı” gələn həftədən satışda olacaq. Jurnalın redaksiya heyətində, müəllifləri sırasında çağdaş Azərbaycan ədəbiyyatının ən yeni ən istedadlı imzaları var. Aylıq rəngli nəşr olanKitabçıhansı zərurətdən yarandı kimi hədəfləri var? Bütün bu suallarla bağlı jurnalın baş redaktoru Səlim Babullaoğluya müraciət etdik.

  

 

Ondan başlayım ki, bizdə, şükür Allaha, jurnal çoxdur, özü qlamur jurnallar daha çoxdur. Üz qabıqlarında da, ya model-müğənni şəkli, ya da maşın... Yox, biz bunun əleyhinə deyilik. Sadəcə faktdır bu həmin jurnalların arasında çox az qisim nəşr var ki, ədəbiyyata, kitaba, yaxud söz sənətinə layiqli yer ayırır. Əgər o nəşrləri vərəqləsəz, görərsiz ki, kitab əhli-kitab orda ögey uşaqlar kimi küncə qoyulub. Üstəgəl, bizdə yazıçıların kitabla bağlı adamların qəribə, bir qədər miskin, uğursuz obrazı var. Belə bir klişe var cəmiyyətdə. “Kitabçının yaranma səbəblərindən başlıcası bunun belə olmadığını anlatmaq göstərməkdir. Başqa tərəfdən kitabla bağlı, kitaba yer ayıran əksər nəşrlər bir neçə baxımdan zövqsüzdür, müasir dərgiçilik ənənələri baxımdan qənaətbəxş deyil  bəlkə az əvvəl dediyim klişeni yaradan səbəblərdən biri  budur. “Kitabçıhəm bu klişeni dağıtmaq üçündür.

 

 Kitabla əlaqəli adamlar, istər yazarlar alimlər olsun, istər naşirlər, istər rəssamlar olsun, istər redaktorlar, cildçilər, dizaynerlərbu adamlar hörmətə layiq, ciddi  dəyərli adamlardır. Daha bir səbəbbelə deyək kitab bazarına təklif olunan kitabları saf-cürük edə biləcək ekspertlər qrupunun formalaşması məsələsidir ki, bu da vacib məqamdır. Normal yazar-naşir münasibətlərinin formalaşması, sivil hala gəlməsi məsələsi bu səbəblər sırasındadır. ÇünkiKitabçıtəkcə jurnal deyil, eyni zaman da kitablar nəşr edəcək müəssisədir. Göründüyü kimi  bizim səbəblərimiz hədəflərimiz bir deyil.

 

 - Kollektiv, komanda  haqqında məlumat verin, kimlərlə işləyəcəksiz, işləyirsiz?

 

 - Ondan başlayım ki, jurnalın şef-redaktoru tanınmış ədəbiyyatşünas, eyni zamanda olduqca peşəkar redaktor Seyfəddin Hüseynlidir mətnlərlə işləmək kimi ağır yük məhz onun boynundadır. Koordinasiya işləri ilə redaktorlardan biri kimi istedadlı yazıçı şair Fərid Hüseyn məşğuldurÜmumiyyətlə isə çağdaş ədəbiyyat sənət mühitimizin çox istedadlı imzaları – Zahir Əzəmət, Tehran Əlişanoğlu, Mahir Qarayev, Qismət, Aygün Aslanlı, Xəyal Rza, Rəbiqə Nazimqızı, Ceyhun Əli kimi yazarlar, ekspertlər, məsləhətçilər qrupumuz var. Jurnalın yaradıcı işində tanınmış yazıçı, eyni zamanda vaxtiləPress faktkimi maraqlı qəzetin yaradıcısı olmuş Məqsəd Nur yaxından iştirak edir.  

 

Bizim jurnalla Polşa, Rusiya, Türkiyə, Ukrayna, Böyük Britaniya, İran, Gürcüstan, Yaponiya kimi ölkələrdən daimi yazı yazanlar olacaq. Artıq yazırlar. Özü bu adamlar öz ölkələrinin tanınmış adamlarıdır, mütəxəssisləridir. İnanıram ki, bizə qoşulanlar çox olacaq.

 

İnternet əsrində kitabdan danışan kağız jurnal... Bir qədər çətin olmaz?

 

– Yox, məncə. Başqa qəzetlər, jurnallar çıxırsa demək bu məsələ o qədər aktual deyil. Niyə çətin olsun ki? Bir biz yalnız kitabdan danışmayacayıq. Bilirsiniz, bu kitabçılar, yazıçılar, ciddi ədəbiyyatçılar qədər maraqlı adamlar yoxdur. Onların yalnız ədəbiyyatla bağlı deyil, həyatın bütün sferaları ilə bağlı olduqca maraqlı görüşləri, düşüncələri var. Məsələn, mən hərdən bu qlamur jurnalları vərəqləyirəm, ordakı reklam mətnlərinə baxıram təəssüf hissi keçirdirəm. O gün bir ayaqqabı reklamına baxıb italyan yazıçısının sözünü xatırladım. O deyirdi ki, yaxşı əsər yaxşı ayaqqabı kimidir, əzilmiş kağız topasını sevmir. Bilirsiniz , təzə ayaqqabılarda içərisinə  kağız qoyurlar. Ayaqqabı geyildisə, o kağız atılmalıdır. Kitab varsa-artıq əlyazma da yoxdur, əzilmiş kağızlar yoxdur. O atılır, lazımsız olur. Məsələn, niyə reklamda belə hazırcavab deyimlərdən istifadə olunmasın. Yaxud Kafkanın sığorta vəkillər haqqında o qədər deyimi var ki. Yəni, bunları deməkdə məqsədim odur ki, biz həyatımızın hər sahəsinə kitabın, kitabçıların eynəyindən baxacağıq. Reklama da, mətbəxə . İnanıram ki, “Kitabçımaraqlı kreativ layihə olacaq.

 

FİRƏNGİZ

 

 





03.03.2014    çap et  çap et