525.Az

Bu dünyanı nağıl bildi...


 

Tanınmış yazıçı-alim Aslan Qəhrəmanlının vəfatından 40 gün ötür

Bu dünyanı nağıl bildi... <b style="color:red"></b>

 

Elşən ƏLİYEV  

 

Təsadüfə bax: onunla ilk şəxsi tanışlığım məhz bu günmartın 1- baş vermişdi. Düz 11 il əvvəl...  O, Vergilər Nazirliyində  yeni nəşrə başlayacaq  elmi-praktik jurnalın baş redaktoru olacaqdı, mənsə məsul katibi...

 

Mən onu – 1980-ci illərin məşhurSəni axtarıram”, “BağışlaSəndən xəbərsiz üçhissəli telepyesinin ssenari müəllifini tanımaya bilməzdim. Elə ilk görüşümüzdəcə hələ o vaxtlar biz tərəflərdə həmin müəllif haqqında danışılan əfsanəni xatırladım: boylu-buxunlu, varlı-hallı bir adamdı, yaxşı vəzifəsi var, boş vaxtlarında da özü üçün yazır... Həttayazdırırdeyənlər olurdu.

 

İlk söhbətimizdə özünə söylədim bunları. Gülümsədi, sonra da bir siqaret çıxarıb qoydu damağına: “mən uşaqlıqdan nağılsevən olmuşam...” – dedi... Bununla sanki mənim danışdıqlarımın da bir nağıl olduğuna işarə vururdu.

 

...Aslan müəllim boylu-buxunlu adam deyildi, amma mənəvi-əxlaqi zənginliyi ilə çox uca bir şəxsiyyət idi...

 

...Aslan müəllim varlı-hallı adam deyildi, amma gözütox, halal qazancı ilə, necə deyərlər, bəy kimi yaşayan səxavətli bir kişi idi...

 

...Aslan müəllim bədii mətn yazmağa boş vaxtlarını yox, bütün ömrünü sərf eləmişdi... Özü üçün deyil, bizim üçün, oxumağa ehtiyacı olanlar üçün yazırdı...

 

Tərcümeyi-halından onu tanıyanların hamısı halidi, təbii ki... Vəfatı ilə bağlı mediada yayılmış bioqrafik məlumatları fotoşəklini , məncə, hamı eyni mənbədənvikipediyadan götürüb (http://az.wikipedia.org/wiki/Aslan_Qəhrəmanlı). Bu mətni özü yazmışdı, bilirəm... Səlislik, dəqiqlik, aydınlıq, konkretlikonun təkcə yazı üslubu deyildi, həm  xasiyyəti idi, həyat tərzi idi...  Şəkli özü seçmişditəxminən 70 yaşındadı... Simasında nur, baxışlarında qətiyyət həyat eşqi, geyimində sadəlik sərbəstlik... “Daxilən azad adam” – deyirlər ha, bax, Aslan müəllim elələrindən idi... Hətta institut direktoru, universitet rektoru olarkən öz mənəvi azadlığını, daxili sərbəstliyini heç nəyə dəyişmədi.

 

Azərbaycanın vergi xəbərlərijurnalında düz 7 il birgə çalışdıq... Onun geniş dünyagöürüşü, dərin erudisiyası, yaşının ahıl çağında da yeniliyə,müasirliyə sönməz-səngiməz marağı, öyrənmək həvəsi heyranedici idi. Mükəmməl bilmədiyi mövzudan, xəbərdar olmadığı işdən, dürüstlüyünə inanmadığı məsələdən danışmağı sevməzdi...

 

Aslan müəllimin uzun illər həmkarlıq dostluq etdiyi AMEA-nın müxbir üzvü, professor Akif Musayevlə birlikdə Azərbaycanda vergi maarifçiliyinin təbliği, vergi mədəniyyətinin formalaşması üçün gördüyü sanballı işlərin dəyəri ölçüyəgəlməzdir. Aslan müəllimin bu sahədəki fəaliyyətini Vergilər Nazrliyi rəhbərliyinin necə yüksək qiymətləndirdiyinin şahidiyəm... Onun Akif müəllimlə birlikdə yazdığıVergilərin əhəmiyyəti ya yeddi nağıl axşamıadlı dərs vəsaiti orta ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdlərində cəmiyyət iqtisadiyyat üçün çox böyük əhəmiyyət daşıyan vergilər haqqında ilkin təsəvvürlər  yaradan sanballı nəşrdir. Orta məktəblərin III-V VI-VIII siniflər üçünVergiləradlı dərs vəsaitlərinin, həmçinin, “Vergi mədəniyyətiVergi ensiklopediyasıkitablarının da araya-ərsəyə gəlməsinə həmmüəlliflərdən biri kimi  Aslan müəllimin əvəzsiz xidmətləri olub.

 

O, baş redaktor vəzifəsindən könüllü getdi... Jurnalın nəşrə başlamasının düz yeddinci ilinin tamamında, növbəti nömrəni çapa imzaladıqdan sonra ərizəsini yazdı. Bu ərizəni geri götürmək barədə təklif xahişlərə isə cavabı belə oldu: “ta qocalmışam, istirahət etmək, bir az da yazılarımla məşğul olmaq istəyirəm”. 

 

Amma özü istədiyi kimi istirahətə imkanı olmadı yenə...

 

Fizika-riyaziyyat elmləri namizədi, dosent kimi pedaqoji fəaliyyətini davam etdirdiyi Azərbaycan Universitetinin rektoru olmağa razılaşdı... Müvəqqəti... Bu yüksək vəzifədə   istədiyi qədər qala bilərdi... İstəmədi...

 

Rektor vəzifəsində ilk günündə baş vermiş qəribə hadisəni isə özü ilıq bir təbəssümlə danışmışdı mənə: “...Həmişə gəlib getdiyim universitetdi. Yenə vaxtı qurtardı, yır-yığışımı edib kabinetdən çıxdım,  liftlə aşağı endim... Avtobus dayanacağına sarı piyada getməyə başladım. Yanımca bir avtomaşının gəldiyini gec gördüm. Bir az irəlidə sürücü maşını əyləyib, düşdü. Mənə yaxınlaşdı: “Müəllim, bu sizin xidməti avtomobilinizdi, mən sürücünüzəm”, – dedi...”

 

Rektorluqda bircəqazancıoldu: uzun illər uzaq durduğu mobil telefondan istifadə etmək məcburiyyətində qaldı, axır ki...

 

Bax, beləcə... Aslan müəllim isti, rahat kabinetdə əyləşməyə, əmr göstərişlər verməyə həvəsli idi, xidməti avtomobildən gen-bol istifadə etməyə...

 

Bir ilin tamamında rektorluqdan istefasını verib getdi, hətta pedaqoji fəaliyyətə nöqtə qoydu.

 

Azadlığa çıxdığıgünün səhərisi mənə zəng elədi: “Çoxdan bəzi yazılarımı kompüterdə yığdırmışam, bir kitab çap etdirmək istəyirəm, kömək elə” – dedi... Köməyim o kitabın nəşrə hazırlanması çapı  üçün texniki işləri görməkdən ibarət oldu ki, bunu da mən işlərimin çoxluğu səbəbindən bir az ləngidirdim... Zəng edirdi: “ yerdədir?” Xəcalətlə cavab verirdim: “Yekunlaşdırmağa çalışıram”.  Ayə, qoca kişiyəm, bu gün-sabah dığırranıb gedəjəm, tez ol  zarafat saydığım bu sözlərin heç bir il keçmədən gerçəyə dönəcəyinə qətiyyən inanmırdım... AdınıSimmetriyaqoyduğu bu kitabı aprelin sonuna hazır etdik. Çap olundu, bundan əvvəl birlikdə nəşrə hazırladığımızDaşa dönmüşlər şəhəriParodiyalarkitabları kimiSimmetriyanın da əsas tirajını təmənnasız olaraq respublikanın bütün kitabxanalarına paylanması üçün Mədəniyyət Turizm Nazirliyinin Kitab kollektoruna aparıb verdik... Hər üç kitabı Aslan müəllim öz şəxsi vəsaiti hesabına çap etdirmişdi...

 

qədər şablon cümlə olsa, deyəcəyəm: o, ədəbiyyata, bədii yaradıcılığa canı-könüldən bağlı idi. Azərbaycan ədəbi mühitinə, öz dövrünün ədəbiyyat adamlarına onların yaradıcılığına həsəd aparılası bələdliyi vardı... Azərbaycan ədəbi dilinin incəliklərini bilirdi öz əsərlərində bu incəliklərdən məharətlə istifadə edirdi. Uşaqlıqdan şifahi xalq ədəbiyyatına  göstərdiyi maraq onun öz yaradıcılığında da nağılların, nağıl-pyeslərin geniş yer tutmasını şərtləndirmişdi... Azərbaycan radiosunda səsləndirilmiş 13 nağıl-pyesi, yəqin ki, bu gün audioarxivdə qalır.

 

Məncə, Azərbaycan televiziya məkanında heç indinin özündə populyarlıqdaSəni axtarıram”, “BağışlaSəndən xəbərsizi üstələyəcək  teletamaşa ya serial yoxdur. Hazırdayoutubeinternet portalında asanlıqla tapılıb baxılması mümkün olan həmin tamaşalar gəncliyi 1980-ci illərə düşən hər bir azərbaycanlının qəlbində həzin kövrək duyğular oyadır...

 

Məncə, Aslan müəllimin ədəbi yaradıcılığı ciddi elmi araşdırmaya layiqdir. O, ictimai gerçəklikləri, həyat həqiqətlərini özünəməxsus ifadə tərzi ilə, xüsusən, nağıllarında cəmiyyətə sağlam mənəvi-əxlaqi ismarıclar göndərmək bacarığı ilə ədəbiyyatşünasların diqqətini cəlb etməlidir.

 

...Ötən ilin yayında, bəlkə ömründə ilk dəfə, dədə-baba yurdu Ağstafaya uzunmüddətli istirahətə gedəndə oradan birbaşa Bakıya, xəstəxanaya gətiriləcəyini, bu xəstəliyin onu belə sürətlə ömrün qürubuna çatdıracağını gözləmirdi Aslan müəllim... Hətta ilkin müalicə aldığı Urologiya Xəstəxanasına ona baş çəkməyə gedəndə əhval-ruhiyyəsinin, həmişəki tək, yüksək olduğunu görüb xeyli rahatlanmışdıq... “Sağlıq olsun, burda gördüklərimdən yazacağam” – demişdi... Amma amansız xəstəlik payıza doğru şiddətləndi ona yaradıcılıq imkanı tanımadı. Xəstəxanaların ünvanları dəyişsə , səhhətində yaxşılığa doğru ciddi dəyişiklik baş vermədi.

 

Ötən ilin dekabrının son günü telefonumda onun zəngini görəndə təəccübləndim... Səsi gümrah gəlirdi. Hal-əhvalının babat olduğunu söylədi, yeni ilimi təbrik etdi ... “Axırıncı kitabımın elektron versiyası səndədir. Orada bir hekayəm var – “Öləndən sonra vəsiyyət”. Ayrıca fayla köçür, “Azadlıqradiosunun internet səhifəsindəkiOxu zalına göndərəcəm onu,  orada yazıçıların əksəriyyətinin yazıları var, məndən heç yoxdur”, – dedi... Bunu edəcəyimə söz verib, ona yeni ildə sağlamlığına qovuşmağı arzulasam da, hekayənin adından üşərgələndim... (Aslan müəllimin vəfatından bir neçə gün sonra hekayəniOxu zalına göndərdik, əməkdaşları sağ olsunlar, dərhal da orada yerləşdirdilərhttp://www.azadliq.org/content/article/25237699.html).

 

Növbəti zəngində isə artıq səsində əvvəlki gümrahlıq vardı, bu işi görüb-görmədiyimi soruşmağa halı... Eləcəölürəm, Süleyman mənə qan verə bilərmi?” – dedi. Xətrini çox istədiyi həmkarımız Süleyman Qaradağlını nəzərdə tuturdu... Bir müddət əvvəl onun könüllü donorluğu müəyyən qədər dada çatmışdı...  Bu dəfə isə donor qanı, ailəsinin dostlarının onu xilas etmək üçün göstərdikləri fədakar cəhdlər kömək ola bildi...

 

Yanvarın 20- səhərə yaxın Aslan müəllim nağıllarına inanmayıb, öz nağıllarını qurduğu bu dünyaya əbədi göz yumdu...

 

Həmin gün xəbər portallarında bu məşum xəbər onun yaxın dostu Tofiq Abdinə istinadən yayılmışdı. Özü ölüm tarixi 19 yanvar göstərilməklə...

 

Bu yanlışlıqla bağlı Tofiq müəllimin sonradan bizə dediklərini  xatırlayıram:  Canım, ölümdən qorxduğumu bildiyindən Aslan həyat yoldaşına tapşırmışdı ki, bu xəbəri zəng edib mənə deməsin. Mən başqa birisindən eşitdim... Tarixin dəxli var ki?..”

 

...Sabah Aslan müəllimin 40 mərasimidi. Tofiq Abdin bu tarixi görə bilmədi... “Tarixin yanlışlığı düzəltmək üçün özü Aslan müəllimin olduğu dünyaya köçdü... Nağılların yanlışlıqların bitdyi dünyaya...

 

Allah hər ikisinə rəhmət eləsin!

 

 





03.03.2014    çap et  çap et