525.Az

Ölüm sənə heç yaraşmadı, Tofiq Abi!!!


 

Ölüm sənə heç yaraşmadı, Tofiq Abi!!! <b style="color:red"></b>

 

Elçin  İSGƏNDƏRZADƏ

 

Türk millətinin çagdaş aydınlıgı çox dəyərli bir sıra nəfəri ilə vidalaşmalı oldu...

 

Çox ağır çox üzücü bir itki...

 

Tofiq bəyin simasında milli jurnalistikamız öz məhək daşlarından agır artileriyasından birini itirdi...

 

Aqil Abbas onu  Jurnalistikamızın Rəmişiadlandırırdı...

 

 Tofiq bəyin simasında milli publisistikamız SÖZün AZAD ruhlarından birini bəlkə birincisini itirdi...

 

Məncə Əlahəzrət SÖZlə onun qədər AZAD SƏRBƏST davranan ikinci bir adam tapmaq çox çətindi...

 

Tofiq bəyin simasında milli poeziyamız öz demokratik təfəkkür daşıyıcılarından birini itirdi.

 

O, bütün davranış hərəkətlərində çox demokratik bir  TÜRK ƏFƏNDİSİ idi...

 

Tofiq bəyin simasında mən içdən sevdiyim əziz bir ABİmi, ən səmimi qiymətli dostlarımdan birini, məni çox dəqiq kəşf edib, çox sərrast duyub, çox ali dəyər verən əvəzsiz PƏRƏSTİŞKARımı itirdim. Onu itirməklə Məmləkətin mənəvi coğrafiyası çox kiçildi gözümdə... Lap çox...

 

 Düz on il İDEAL dost olduq. Çox dostlar qazandırdı mənə. Görəsən bu xəbəri eşidəndə ortaq dostumuz Orhan Arasın dostluq dünyası neçə ballıq zəlzələyə məruz qaldı?!

 

Mənə elə şirin xoş ahənglə  Professordeyə müraciət edirdi ki, özümü dünyanın bu ünvanı daşıyan ən mutlu insanı sanırdım. Tofiq  Abdinsizliyin ilk anlarından 15 illik yol yoldaşım olan bu titul belə gözlərimdə yetimləşdi...

 

İstanbulda çalışdığı uzun illər “525-ci qəzetdəki silsilə yazılarıyla Türkiyəni, Türk aydınlarını, Türk sənətçilərini yüz minlərlə insanlarımıza sevdirdi Tofiq bəy! HələOralarda kimlər var...” , “Dan üzü yazıları”... digər çoxlu-çoxlu layihələri...

 

Son 15 ildə təmənnasız olaraq nəşrini himayə etdiyim 500-dən çox kitab yazarları içərisində siyahıya sənət müəllimim, bənzərsiz insan, görkəmli yazıçı-dramaturq, əməkdar jurnalist Qərib Mehdi rəhbərlik edir. Qərib müəllimin 10 kitabını yayınlamışam, Tofiq bəyin 5 kitabını (“Ah İstanbul... İstanbul” – 2004- il; “Əsrar Dədədən Orhan Arasadək” – 2008-ci il; “Poeziya    – 2009-cu il;  Dövlət çevrilişi” – 2010-cu il; “Onların dünəni” (publisistika)  – 2012-ci il). Altıncı   kitabını  Oralarda kimlər var...”ı  bir həftə olardı ki, nəşrə hazırlayırdıq. Hər görüşümüzdə:

 

Professor, ey kasıbların sahibi, Qərib müəllim bəlli, böyük sənət müəllimin olub, bəs mənə niyə bu qədər əziyyət çəkib, xəcalət verirsən?

 

Sən mənim böyük dostumsandeyə cavab verirdim.

 

Əslində əziz dost,  sən elə bizim hamımızın həm böyük MÜƏLLİMi idin... Əbədi unudulmayan MÜƏLLİMi!!!

 

 





03.03.2014    çap et  çap et