525.Az

Baltik sahillərində böyük bir türk (Xaqani Qayıblı və şeirləri)


 

XAQANİ QAYIBLI – 50

Baltik sahillərində böyük bir türk <b style="color:red">(Xaqani Qayıblı və şeirləri)</b>

az, çoxdüz iyirmi yeddi il keçib Xaqani ilə baş tutan ilk görüşümüzdən. Mövsüm yadımda deyil, amma qədim qaraca məskəni olan Qaraçöpdə, Qavrı çayının füsunkar vadisində ilıq, ruh oxşayan bir gündə Gürcüstanın dörd tərəfindən təşrif buyurmuş müxtəlif kökənli insanlar o dövrdə əzəməti ilə seçilən ənənəviDostluqgününü qeyd edirdilər. Dəvətlilər sırasında tələbə-şair qismində mən vardım minlərin gözü önündə çox məşhur simalardan sonra ilk dəfə özümün çıxış edəcəyimi düşündükcə canımdan sel-su axırdı. Amma xoşbəxtlikdən həyəcanımı yenə bildim, təzə yazdığımTorpaqadlı triptiximi oxudum, hətta alqışlar da aldım. Az sonra Xaqani yaxınlaşıb səmimiyyətlə məni təbrik etdi biz belə bir ilıq gündə, xoş ortamda tanış olduq. Tam səmimiyyətimlə yazıram, o vaxtdan indiyədək Xaqanini ilk görüşümüzdə necə tanıdımsa, hər dəfə elə xatırlayıram, hətta sonralar, tale hərəmizi bir coğrafiyaya səpələsə , imkan olduqca görüşərək saatlarla dərdləşsək , onun haqqında təsəvvürüm duyğularım dəyişməz qalıb: səmimi, canıyanan, kövrək, sədaqətli, ailəcanlı, millətpərvər, vətənpərvər...

 

İndi hər Tiflisə gəldiyində mütləq telefon açır, imkan daxilindəVarlıqımıza baş çəkir, atüstü olsa da, əhvallaşır, dərdləşirik. etiraf edim ki, hər dəfə ayrılırkən, içimə ağır bir tənhalıq çökür, ilk tanışdığımız coşqulu illərin nostaljisi ruhumu sarır, Tiflisin mən bilən küçələrində bunca yalqız qalmamın iztirabına qatlaşmalı oluram. Bunu ötən payız Tiflisdə görüşərkən özünə söylədim, sakitcə: – Sən burda belə olursansa, gör mən oralarda nələr çəkirəm, – dedi. Ruhu ulu Yaradanın ən kövrək duyğuları ilə yoğrulmuş Xaqani kimi bir şairin qürbətdə nələr yaşadığını onun bu bir neçə kəlməlik cavabındakı sızıdan duymamaq mümkünmüydü!..

 

Bununla belə, 27 illik dostluğumuzun davamında indi 50 yaşı olan Xaqani Qayıblı, əlbəttə, uzaq qürbətdə çəkdiyi bunca həsrətin əvəzində az şey qazanmayıb. 1987-ci ildən üzü bu yana Azərbaycan, Türkiyə, Gürcüstan Estoniya mətbuatında vaxtaşırı şeir publisistik yazıları ilə çıxış edir. Öz istedadı ağır zəhməti bahasına taleyinə bir çox ilkləri yazdıran Xaqani, eyni zamanda həm Filologiya, həm Jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbə olub. O, həmçinin,  Eston türk dillərində feil quruluşlarının müqayisəsiadlı elmi işi ilə dünya dilçiliyində Fin-Uqor Türk-Tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran ilk azərbaycanlı alimdir. Estoniya prezidentinin şəxsi tərcüməçisi, Tartu Universitetində Türk Dili Mərkəzi müdiridir. Bundan başqa, Xaqani həm Türkiyə Estoniya arasında diplomatik mədəni əlaqələrin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə fəxri Estoniya vətəndaşlığı alan ilk türkdür.

 

Amma Xaqaninin şairliyi, SÖZün odunda-alovunda yanıb qovrulması, mənə görə, bütün bunların fövqündədir. Hələ 1988-ci ildə özünün yazdığı kimi:

 

 

Bu dəyirman daşına bax,

 

Bir gün öz dəni yandırar!

 

Mən dolannam söz başına,

 

Neylim, söz məni yandırar!

 

 

50 illik yubileyinbu şölənli doğum günün mübarək, əziz dost. Sən Vətəni qürbətə çevirənlərdən yox, qürbəti Vətənləşdirənlərdənsən. Yarım əsrdən sonra Qaraçöpdə görüşənədək...

 

Rafiq HÜMMƏT

 

 

 

Xaqani QAYIBLI
 ƏLLİYİ HAQLAYAN CANIM VAR

 

 

Qürrələnməad-sanın var,

 

Şəninə güvənmə, Dünya!

 

Əlliyi haqlayan canım var,

 

Sinninə güvənmə, Dünya!

 

 

Baş gördümdaşdan etdiyin,

 

Qul gördümaşdan etdiyin...

 

Adəmi başdan etdiyin

 

Dəninə güvənmə, Dünya!

 

 

Daha sən görən deyiləm

 

Qarşında sınaməyiləm...

 

Adına Məhşər deyilən

 

Gününə güvənmə, Dünya!

 

Rəpina-Tartu,

 

09.04.2012

 

 

QÜRBƏTİN AHI ÇƏKİLMİR

 

 

Allahverdi Təhləliyə

 

 

Uzun illərdən sonra şair qardaşımla

 

telefonda danışarkən: “Ayə, dərdiq

 

alem, nağayrdın, bu Qürbətnən barışa

 

bildinmi?” – deyə soruşdu...

 

 

söyləyim sənə dostum,

 

Qürbətin ahı çəkilmir!

 

Xəyanət olmur Sözə ,

 

Sözün günahı çəkilmir!

 

 

Ağuşuna alar səni,

 

Haldan-hala salar səni...

 

Yalnız yaşanan gecənin

 

DanıSabahı çəkilmir!

 

Çəkilmir o Dan, o Sabah

 

Həyat sənə olmur agah!

 

Lap birtəhər dözürsən gah,

 

Nədənsəgahı çəkilmir!

 

 

Yaşayarsan eldən perik,

 

Ömrün-günün didik-didik...

 

Biney-başdan bu Qəriblik

 

Çəkilmir, yahu, çəkilmir!

 

Tartu,

 

19.07.2012

 

 

SƏNİ QÜRBƏTƏ GƏTİRDİM

 

 

Gördüm yaman darıxıram,

 

Şeiri minnətə gətirdim.

 

Bağışla, səndən xəbərsiz

 

Səni Qürbətə gətirdim...

 

 

Qürbətə gətirdim Səni

 

...Payız Qürbətdən keçmədi...

 

dağ çəkdinsə Payıza,

 

Dirəndi, Dərddən keçmədi!

 

 

Sən gələn Gün diləklər xoş,

 

Xəyallar da gerçək oldu...

 

...Payız kəlmə kəsəmmədi

 

Könül sevən göyçək oldu!”

 

Əyriqar,

 

03.08.2012

 

 

O MƏNƏM

 

 

O mənəmSəndən ötəri

 

yağış yağanda darıxan.

 

Şaxtalı qış gecələri

 

isti yorğanda darıxan...

 

 

Xəbərin yox, yağan yağış

 

yaddaşıma nələr deyir.

 

Damlalar əllərin olub

 

pəncərəmi döyəcləyir.

 

 

Bir biləsən uzaqlarda

 

Sənsiz darıxmaq necədir!

 

Çaşıb adını çağırmaq,

 

Sonra karıxmaq necədir...

 

 

...Göy üzünü bulud alsa

 

Sən olursan dərdim-sərim

 

Bilirəm ki, balkondasan.

 

Üşüyərsən, gir içəri!

 

Tallin-Tartu-Tiflis,

 

28-29.08.2012

 

ÖLÜM ŞƏPPƏXEYİR GƏLİR

 

 

Ölüm şəppəxeyir gəlir

 

Qaş ilə göz arasında!

 

Hərdən cana doyur adam

 

dözməylə, “dözarasında.

 

 

Ömrüm sizə sirryaşadım

 

yaşadım, hür yaşadım!

 

Bir seçkin ömür yaşadım

 

Əyriylə düz arasında!

 

 

Görünəcək əvvəl-axır

 

vurulan yerdən qan çıxır...

 

Bir ömrün dərdi tıncıxır

 

Dirsəklə diz arasında!

 

 

Bu həyatın hənginə bax

 

Olum-ölüm cənginə bax...

 

Bəd xəbərin rənginə bax

 

Dırnaqla üz arasında!

 

Tartu-Tallin,

 

17.09.2012

 

 

YURD

 

 

İllərdir bu Yurd can çəkir,

 

Can çəkir canı üstündə!

 

Yarası söyər yerindən

 

qurumur qanı üstündə!

 

 

Çağırır bu Yurd hey məni,

 

Dərdi eləyib key məni...

 

Bu Yurddan Ölüm enməyir     

 

Kimsə yox canı üstündə!

 

 

Tayası odlanıb qalıb,

 

Dəryazı qatlanıb qalıb,

 

Dəhrəsi paslanıb qalıb...

 

Çəpəri yanı üstündə!

 

 

Sürüsünü güdəni yox,

 

Bir hal-əhval edəni yox!

 

Gələni yox, gedəni yox,

 

Yox bir həyanı üstündə!

 

 

Yalan, yurd sevgisi yalan...

 

Gör, neçə yol oldu talan!

 

Eh, bu Yurddan bizə qalan

 

quru ad-sanı... üstündə!

 

Tartu,

 

29.09.-01.10.2012

 

İÇİMDƏ PAYIZ SEVİNİR

 

 

Qəfil haqladı dağları,

 

Pilə kimiymiş dağ qarı...

 

Boylandım arxaca sarı

 

Köçümdə payız sevinir!

 

 

Nəfəs dərmədik bir hovur,

 

həyatömür,

 

vurhavur...

 

qapıda ölüm durur,

 

seçimdə payız sevinir!

 

 

Yoxdum, varda cəm oldum!

 

Dərdə ortaqtən oldum,

 

Qürbət oldu, mən oldum

 

içimdə payız sevinir!

 

 

Tartu,

 

02.02.2013

 

 

TƏKLƏNMƏK

 

 

Adam təklənməsin gərək 
 gözlər hədəqədən çıxar! 
 Quruyar yaddaş
 ortaya 
 cansız, quru bədən çıxar... 
 
 Çıxar özündən təklənən 
 damarda qanı təntiyər. 
 Lafını edər baş-ayaq, 
 təşvişdən canı təntiyər. 
 
 Karıxar kəlmə kəsməyə, 
  deməyə sözü olar. 
 Dünya böyüyər gözündə, 
 gözləri ov gözü olar! 
 
 Macal tapmaz bu Dünyanın 
 qaçıb küncünə sığına. 
 Üzüb əlini hər yerdən 
 Sözün içinə sığınar... 


Təklənmək Tənhalıq deyil 
 at oynada Sözadamı... 
 Yüz təkləyən olsun, təki 
 təkləməsin Söz adamı! 
 Tartu,

 

08.02.2013

 

 

QALMADI

 

 

Eh... daha bu məmləkətin 
 Dadı, nəşəsi qalmadı! 
 Hərdən baş alıb qaçmağa 
 Doğma guşəsi qalmadı
 
 Dost yoxüstündə əsməyə, 
 Yar yoxnaz edib küsməyə... 
 Mənimlə kəlmə kəsməyə 
 çayı, meşəsi qalmadı! 
 
 Sonu yox dərdin, məlalın 
 Yox məni məndən alanım... 
Tükəndi əldə qalanım 
 Məlum şüşəsi qalmadı!.. 
 Tartu
 13.03.2013 
 

 

GÜN OLUR... 
 
 Gün olur arzu diləklər 
 üzü sabaha yol alır. 
 Yol alan arzular, oğlum, 
 Sənin başına dolanır... 
 
 Arzu-diləklərin çin-çin, 
 Heç bitməyən Yolun olsun! 
 Kürəyini söykəməyə 
 topdağıtmaz qala bürcün, 
 sarsılmaz sağ-solun olsun!

 

 

Yol varaddıma tamarzı,
 Yol varçox tünlükdü, oğlum. 
 Seçkin bir Yol seç özünə 
 Dünya beş günlükdü, oğlum!

 

Tartu,

 

18.07.2013

 

 





03.03.2014    çap et  çap et