525.Az

Bakıda qadın boğularaq öldürüldü


 

Bakıda qadın boğularaq öldürüldü<b style="color:red"></b> Bakıda 69 yaşlı qadın qətlə yetirilib.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 17, mənzil 29-da 1943-cü il təvəllüdlü Vera Kərimovanın meyiti tapılıb.

Meyitə ilkin baxış zamanı onun boğularaq öldürüldüyü məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə iş başlayıb.
Qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
 





18.10.2012    çap et  çap et