525.Az

Putin: “Heç kim bizim işimizə qarışa bilməz”


 

Putin: “Heç kim bizim işimizə qarışa bilməz”<b style="color:red"></b>

Rusiyanın dövlət başçısı Vladimir Putin ölkəsinin silah ixracatı haqqında açıqlama verib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti yalnız BMT-nin Daimi Şurasının bu ölkənin hərbi işlərinə qarışmaq hüququna malik olduğunu söyləyib:

“BMT-nin Daimi Şurasından başqa heç bir ölkə hər hansı səbəblə Rusiyaya kiminlə, necə ticarət etməsinə qarışa bilməz”.

Rusiyanın bütün hərbi müqavilələrinin qanuni yolla gerçəkləşdiyini deyən V.Putin Braziliya, Rusiya, Hindistan, Çin, CAR və Vyetnamla hərbi əlaqələr quracağı haqda da informasiya verib. O bildirib ki, müdafiə sənayesi sahəsində Rusiyanın digər ölkələrlə işbirliyinə ehtiyacı var.

Xatırladaq ki, keçən həftə Türkiyə Rusiyadan Suriyaya silah aparan təyyarəni məcburi şəkildə endiib təyyarədə axtarışlar aparmışdı. Putinin çıxışının Türkiyəyə ünvanlandığı heç kimə sirr deyil.

Nigar Məhərrəm

 





18.10.2012    çap et  çap et