525.Az

El ağsaqqalı Səlim Əzimovun həyat hekayətləri


 

El ağsaqqalı Səlim Əzimovun həyat hekayətləri<b style="color:red"></b>

Vətən, yurd sevgisi imandandır. böyük hünərdir bir qızı sevmək? Bu çayın, kəndin, bir ovuc torpağın dəli  Məcnunu olasan gərək.  Səlim Əzimov iyirmi bir ildir itirdiyimiz doğma Qarabağımızın dilbər guşələrindən olan Novruzlu kəndini sonsuz bir sevgi, istəklə, yanğı ilə yaşadır "Həyat hekayələri" kitabında tərənnüm edir.

Akademik Ziya Bünyadov yazırdı: "Hər bir alim, yazıçı, jurnalist, bütövlükdə "qələmçalanlar" öz kəndlərinin, şəhərlərinin, tarixini yazmağa təşəbbüs göstərirlər. Doğrudur, bu, çətindir, lakin faydalıdır. Çünki bir həqiqətdir ki, tarixçilər ümumi tarixi yazırlar hər bir yaşayış məntəqəsinin tarixini həmin yerin sakini qədər dəqiq bilmirlər bu məsələdə onları günahlandırmaq olmaz".

Səlim müəllim hazırda təqaüdçüdür. O, təqaüddə olduğu müddətdə günlərindən səmərəli istifadə edir. Yazıb yaratmaq eşqi ilə çalışır. Son illərdə çapdan çıxmış "Müəllim ömrü", "Kamillik zirvəsi", "Yurd yeri" sonuncu, bu günlərdə qələmə aldığı "Həyat hekayələri" kitabları geniş oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Səlim Köçəri oğlu Əzimov 31 dekabr 1924- ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. O, qanlı-qadalı Böyük Vətən müharibəsi illərinin şahididir. 1945-49-cu illərdə Ağdam pedaqoji texnikumunda, 1949-51-ci illərdə Ağdam Dövlət 2 illik Müəllimlər İnstitutunda əyani, 1952-55-ci illərdə Bakıda qiyabi təhsil alıb. Səlim müəllim 1951-ci ildə pedaqoji fəaliyyətə başlasa da, 1952-53- illərdə Ağdamda "Lenin yolu" qəzetində işləyib, 1954- ildən 2011-ci ilə kimi pedaqoji fəaliyyətini davam etdirib.

Səlim müəllim fenomenal yaddaşı sayəsində qədim tarixə malik Novruzlu kəndinin bütün sahələrini işıqlandırıb, sanki bu kəndin canlı görüntülərini yaradıb. Kənd haqqında böyük  tədqiqat işi aparıb, oxucuda onun haqqında tam, aydın  təsəvvür yaradıb.

S.Əzimov ömrünün bu  ixtiyar çağında "Həyat hekayələri" kitabını çap etdirməklə çox lazımı, şərəfli bir görüb. Öz içindən gələn istək, sevgi ilə  oğulluq borcundan çıxıb. Çalışıb ki, heç kim  unudulmasın buna da tam şəkildə nail ola bilib. Bu kitab həm keçmiş ilə indiki dövrün vəhdətindən yaranıb.

"Həyat həqiqətləri" kitabı ardıcıllıq gözlənilməklə, bir-birindən maraqlı, oxunaqlı "Kəndimiz", "Həyatın ilk illəri", "Uzaqgörən kişi", "Ana zəhməti", "Çətinliklər", "1950-1960- illər", "Şuşalı günlər", "Dəhşətli faciə", "Qarabağdadır", "Ermənilərin xəyanətkarlığı", "Novruzlu məktəbi", "İşlər yaxşı gedirdi", "Bəzi qəribəliklər", "Həyatda olmayan dostlarım", "Ağdamda güclü kadr potensialı", "1970-1980-ci illərdə təhsil məsələləri", "Məktəb müqəddəs məbəddir", "Düşüncələrim", "İndiki zamanın tələbi başqadır", "Dostlar unudulmur", "Həyatımın kədərli günləri", "Maraqlı əhvalatlar", "Publisist məqalələr", "Yurd yeri sorağında", "Dizi bərk kişi", "Yaxşı adamlar unudulmur", "Canlı əfsanə", "Şur" - məni Ağdama apardı", "Ağdam çörək muzeyi", "Ağdamlı günlərin həsrətində olan şair" s. konkret ünvanla göstərilən məqalələr, bölmələr toplusundan ibarətdir.

Novruzlu kəndi tarixi şəxsiyyətləri ilə məşhur olan  kəndlərimizdəndir. Qaçaq Əsədulla adı ilə tanınan çox qoçaq  kişiləri olub. Ermənilərlə döyüşlərdə böyük şücaətlər göstərdiyinə görə Nuru paşa ona qızıl yəhər bağışlayıb. Bir ordu qabağında təkbaşına duruş gətirən kişilərdən olub. Hətta Mircəfər Bağırov Novruzlu kəndinə onun ayağına  gedəndə şura hökumətini tanımadığını bildirmişdi. Ağdamda hamının bala Marks kimi tanıdığı Zeynal Məmmədov da o kəndin yetirmələrindən idi.

Novruzlu Qarabağın ən qədim  bağları, adlı-sanlı adamları, bərəkətli torpağı, çoxlu yeraltı kəhrizləri, çoxmərtəbəli binaları, ilk təhsil ocağı ilə tanınan böyük kəndlərdəndir.

Novruzlu kəndi Qarqar çayının sağ sahilində yerləşir. Bağlarında qiymətli üzüm növləri var idi. Bağlarda dadından doymaq olmayan hazarı, qüşürəyi, keçiməməsi, qızıl üzüm, irşibaba, kişmiş üzüm, mərəndi, şaqşaq, gəlinbarmağı, xan üzümü, s. ümumiyyətlə, 16 adda üzüm yetişdirilirdi. XX əsrin əvvəllərində 1913- ildə Rusiyada çap olunan coğrafi atlasda - Ağdamdan ilk sənaye müəssisəsi göstərilir ki, onun biri Novruzlu Şərab Zavodudur.

Kəndin çoxlu məhlələri vardı: Daşlı təpə, Kərbəlayi Məhərrəmli, Təzə məhlə, orta məhlə, Borçalı məhləsi, Aşağı məhlə, Məktəb məhləsi, Hümbətlər məhləsi, Çölməhlə, Paşalar məhləsi s.

Kitabda olduqca maraqlı hadisələr var. Xatın arxının tarixi XVII əsrin sonlarına gedib çıxır. Tarixdən məlumdur ki, Ağa Məhəmməd Şah Qacar güclü qoşunu ilə bir neçə dəfə Qarabağa hücum edib. Birinci dəfə Qarabağa hücum edərkən Qacarın qoşunu Şelli dağının yuxarı hissəsində Əsgəranın aşağısında çadır qurur. Əsgəran qalasında Məmməd bəyin qoşunu Qacarın qoşununa çox güclü müqavimət göstərir. Bu zaman Qacarın sərkərdələrindən biri ağır yaralanır. O, Şelli kəndində Xatın adlı bir qarının evində qalır, müalicə olunur. Kimsəsiz qarının bu qayğısı onu təsirləndirir. Sağalıb Xatın arvada deyir ki,  istəyi olsa,  yerinə yetirə bilər. O zaman su mənbəyi olmadığı üçün Xatın arvad Qarqar çayından Şellinin üst tərəfindən kəndə arx çəkməsini xahiş edir. Qoşun az müddətdə Qarqar çayından dağın dibi ilə kəndə arx çəkir. O vaxtdan həmin tarixi abidənin adı Xatın arxı olur. Xatın arxının aşağı hissəsi ilə Novruzlu, Saybalı, Bağmanlar, Pirzadlı, İsmayılbəyli, Mərzili kəndlərinin ağsaqqallarının, bəylərin gücü ilə Musabəy arxı çəkilir. Musabəy arxının elə yeri var idi ki, 30-40 m dərinlikdə idi. Qarqara sel gələndə Xatın arxının suyu bağ-bağatlı, əkin yerlərini bol-bol suvarırdı.

Qarabağın adlı-sanlı kəndlərindən olan Novruzlu  çox inkişaf etmişdi. Belə ki, kənddə 4 yeraltı kəhriz, 2 məscid, 3 kitabxana, 4 ərzaq-sənaye malları mağazası, 75 çarpayılıq xəstəxana, 2 tibb mərkəzi, 3 bərbərxana, 2 rabitə şöbəsi, 3 uşaq bağçası, 2 orta məktəb, 2 klub, 3 kitabxana var idi.

Səlim Əzimovun yeni çapdan çıxmış "Həyat hekayələri" kitabı bütün kitabsevərlərin xüsusilə Novruzlu əhalisinin ən sevimli kitabı olacaq.

Surxay Əlibəyli

 





05.03.2014    çap et  çap et