525.Az

Bişkekdə Xalq yazıçısı Anarla görüş keçirilib (Fotolar)


 

Bişkekdə Xalq yazıçısı Anarla görüş keçirilib<b style="color:red"> (Fotolar)</b>

Azərbaycanın Qırğızıstandakı səfirliyi bu ölkənin Mədəniyyət, İnformasiya Turizm Nazirliyi Bişkekin A.Maldıbayev adına Milli Opera Balet Teatrında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ilə görüş təşkil edib.

Görüşə Azərbaycan Yazıçılar Birliyinin katibləri, Xalq şairi Fikrət Qoca Rəşad Məcid, Qırğızıstanın şair yazıçıları, elm, mədəniyyət incəsənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər qatılıblar.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov mərasim iştirakçılarını salamlayaraq Anarın yubileyinin qardaş Qırğızıstanda keçirilməsini ölkələrimizin mədəni həyatında mühüm hadisə adlandırıb. Səfir, Anarın ancaq Azərbaycanda deyil, Müstəqil Dövlətlər Birliyi, Avropa ölkələrində Türkiyədə yaxşı tanındığını bildirib, onun yazıçı, dramaturq, publisist, tərcüməçi, rejissor kimi fəaliyyətinə nəzər salıb: "Anar Azərbaycanın Xalq şairləri Rəsul Rza Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Onların yaratdıqları ədəbi mühitdən bəhrələnib, qırğız xalqının böyük oğlu Çingiz Aytmatovla yaxın dostluq əlaqələri saxlayıb".

H.Orucov Anarın bu yaxınlarda yeni təsis edilən Türkdilli Dövlətlərin Yazıçılar İttifaqının ilk sədri seçildiyini qeyd edərək bu istiqamətdə səmərəli fəaliyyət göstərəcəyinin şübhə doğurmadığını deyib.

Qırğızıstan mədəniyyət turizm nazirinin birinci müavini Akimbek Tekeşov ölkələrimiz arasında mədəni sahədə əlaqələrin indiki səviyyəsi haqqında məlumat verib, Anarın Qırğızıstanda da yaxşı tanındığını bildirib. O Anarın kino yaradıcılığından bəhs edib, 12 filmin ssenarisini yazdığını, 3 filmin isə rejissoru olduğunu qeyd edib.

Qırğızıstanın Xalq yazıçısı Mar Bayjanov Anarla dostluğundan söhbət açaraq onu türk dünyasının ən yaxşı yazıçılarından biri olduğunu bəyan edib. Tədbirdə  Fikrət Qoca, Rəşad Məcid çıxış edərək Anar şəxsiyyətinin yaradıcılığının məziyyətlərindən söz açıblar.

Sonda yubilyar çıxış edərək belə gözəl bir tədbirin keçirilməsi üçün Qırğızıstan tərəfinə səfirliyimizə minnətdarlıcını bildirib, yaradıcılıq planlarından danışıb, bundan sonra da ədəbi sahədə türk dünyasının daha da yaxınlaşması üçün var qüvvəsi ilə çalışacağını bildirib.  Sonra yazıçıya qırğız milli geyimi bağışlanıb.

Mərasimin bədii hissəsində Azərbaycanın Xalq artistləri Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança) Mələkxanım Əyyubova, həmçinin Qırğızıstanda yaşayan müğənni Şahmar Tapdıqov muğam, xalq bəstəkar mahnılarını ifa ediblər, onların ifaları alqışlarla qarşılanıb.

Yubiley tədbirində Qırğızıstan incəsənət ustalarının ifalarına  da yer verilib.

S.ABDULLAYEVA



 





06.03.2014    çap et  çap et