525.Az

Sözünü dəyişməyən adam


 

Sözünü dəyişməyən adam<b style="color:red"></b>

Mən Asif Bəkirlini min doqquz yüz səksən doqquzuncu ildən tanıyıram.  O illər mən Azərbaycanı da  daha dərindən tanımağa başlamışam. Asif bu mənada Azərbaycanın dərin vaxtına düşüb.Ona görə dərindir. dərindədir.Onu anlamaq üçün gərək dərin qaza biləsən.O həm neftçidir axı.İçindəkilər neft quyusunda olduğu kimi çox dərindədir. Mənim o dövrdən  o zamandan tanıdığım insanlar  nədənsə Asif kimi  daha yaxşı daha dərin insanlar oldu.  Biz o zaman  istədiyimizi edə bilmiş qalib  insanlarıq. Yəqin ona görə belədir. Biz o zaman Sovetin dağılmasını müstəqil dövlətimizin qurulmasını istəyən gənc uşaqlar idik.  bu arzumuzu reallaşdırmaqdan ötrü ancaq kitab oxumurduq.   O illər Azərbaycan elə bil yenidən proqramlaşırdı.  onu təzələyənlər   biz idik. O dövrün başı daşdan daşa dəyən gəncləri.  Biz  böyük bir İmperiyanın xarabalıqları altından özümüzə, heç bir təcrübəmiz olmaya-olmaya dövlət qurmaq istəyirdik. bu  istəyin özü belə yeni Azərbaycan təfəkkürünü müəyyən edirdi.   

O zaman,yəni min doqquz yüz səksən doqquzuncu  ildə Asif gənc mütəxəssis kimi  təyinatla  Neft Qaz Layihə Elmi-Tədqiqat İnstitutunda layihə mühəndisi işləyirdi.  Min doqquz yüz səksən dördüncü ildə qəbul olunub, min doqquz yüz səksən doqquzuncu ildə bitirdiyi Azərbaycan İnşaat Mühəndisləri institutunun Sənaye mülkü  tikinti  fakultəsini yüksək qiymətlərlə yenicə bitirmişdi. Güləşçi idi. Yaxşı möhkəm dost idi.Düz adamdı. O zamandan bu yana çox şeylər dəyişib. O cümlədən üzlər . O üzlərin çoxu düzlərdə qalıb.  Asif isə o vaxt necə idisə, indi elədir. Sözü,üzü ,əməli düşüncəsi ancaq özünə aid,  dosta dost,düşmənə düşmən. O güləşçi olsa da ancaq zamanla güləşmədi. Zaman adamla güləşmir ki. Zaman adama görünməyən tərəfdən yaxınlaşıır. bir görürsən ki deyirlər bu il Asif Bəkirlinin  Əlli yaşı olur.  Əllini bizdən birinci keçən yenə odur.  Dostum Asif Bəkirli. Əslində əlli yaş nədir ki? İyirmi beş il bundan əvvəl Asifin cəmi iyirmi beş yaşı vardı. Amma əlli yaş həm yaşdı. yaxşı ki yaşdı.Yəni canı suludur.Təzədir.  İnsan ömrü əslində yaşla ölçülməməlidir. Yaş bioloji məvhumdur. İnsan isə ruhani məxluqdur.İnsan əməli ilə yaşlanır. Yaşı ilə deyil.  İnsanın əllisi,  əlli ayaqlı insan üçün heç nədir. Asif heç zaman mənə xatirə danışmayıb. O bu gün görməyi,dünəni ideallaşdırmaqdan daha üstün tutur. 

O adamıdır. Onun işi işdir. Mən onunla yolda da olmuşam. Oturaq şəhərlərdə . Asif harda olur olsun,işindən ayrılmır. Bütün günü " Notbuku" əlindədir. Rəhbərlik etdiyi idarənin eyni zamanda Azərbaycanın  dərdiynəndir.  Asif haqqında düşünəndə nədənsə ən əvvəl ağlıma gələn bu olur ki,  Azərbaycan həm daha çox  vətəndaş ölkəsidir.  Mənim üçün vətəndaş, xalqının, cəmiyyətinin ağrısını yaşayan, sosial siyasi vəziyyəti nəfəsindən keçirən,böyüyə böyük uşağa uşaq ola bilən insandır. Bir dəfə Asifi pərt gördüm.Xəbər aldım ki" olub?". Dedi- " Somalidəki o ac uşaqların üzü gözümün qabağından getmir,onlara edə bilərik görəsən? ". Bu mənada artıq o Azərbaycandan da çıxır.  Asifin elmi nəşrləri var. Onun elmi tədqiqatları da az deyil.  Beynəlxalq idarəetmə sistemlərinin auditi kimi çətin sahədə elmi nəzəri işləri da var. O özünü tanıyandan  bədii yaradıcılıqla da məşğuldur.  Düz iyirmi beş ildir ki,mən onu tanıyandan neft sahəsində davamlı olaraq çalışır.  Amma yenə mənim üçün o ən əvvəl Vətəndaşdır.  Çünki heç zaman yaxasını kənara çəkib, mənə gələn daş qardaşıma dəysin sözünü deməyib. O zərbəni öz üzərinə götürənlərdəndir. Güllə qabağına gedənlərdəndir.  Mən Asifin birinci Qarabağ savaşında savaşmış qardaşlarını da yaxşı tanıyıram. Onlar da ən əvvəl vətəndaş xalqı üçün zamanı gələndə canlarını belə qurban verməyə hazır olan  təmənnasız insanlardır. Təsadüfü deyil ki,  Asifin iki qardaşı müharibə əlilidir. İkisi düşmənlə üz-üzə gələ bildiklərindən döyüşlərdə  yaralanıblar. Asifin atası da neftçidir. O da Əmək əlilidir. O da işində fədakardır. bu gün əmək əlili olmasına baxmayaraq ayaqdadır. neft sahəsində çalışan oğluna peşə məsləhətləri verməkdədir. Deməli əməyə bağlılıq bir çox olanlara görə məsuliyyət daşımaq hissi Bəkirlilərin qanındadır. Qan dedim, yadıma Asifin qanıyla bağlı olduğu Göyçay düşdü.

Asif min doqquz yüz altmış dördüncü ildə Goyçayda neftçi ailəsində dünyaya gəib. Orta təhsilini Bakıdakı 220 nömrəli orta ümumtəhsil məktəbində başlasa da,sonralar Göyşayda yerləşən doqquz nömrəli orta məktəbdə bitirib.Min doqquz yüz səksən ikinci ildən səksən dördüncü ilə qədər Amur  vilayətində həqiqi hərbi xidmətdə olub. Mənim üçün bu amil çox mühüm amildir. O zaman əsgərlikdə olmayıb kişilik məktəbini keçməyən bəzi insanların sonralar həqiqətən kişilik məktəbini burda da keçə bilməməsini gördüyümdən əsgərlikdə olmayan adamlara bu gün ciddi baxa bilmirəm. Bu gün bir çox insanların səhvi elə o zamandan gəlir.  Nəsə.  Asif əmək fəaliyyətinə çilingər kimi başlayıb. Sonralar dediyim kimi institutu bitirən gündən Neft Qaz Layihə İnstitutunda artıq neft mütəxəssisi kimi fəaliyətə başlayıb. Layihəçi mühəndis,aparıcı mühəndis vəzifələrində işləyib. Bundan sonra onu Azərbaycan dövlət neft şirkətində işə cəlb ediblər.İlk zamanlar o,şirkətin baş mütəxəsisi kimi fəaliyyət göstərib.Sonra neft qaz tikinti trestində qurup rəisi,Texniki şöbənin rəisi,Keyfiyyətə nəzarət Audit qrupunun rəisi ,Əməyin mühafizəsi keyfiyyətə nəzarət xidmətinin rəisi  vəzifələrində işləyib. İki min beşinci ildən iki min onun birinci ilə qədər isə ARDNŞ-ın Təlim,Tədris sertifikatlaşdırma departamentinin  direktoru vəzifəsində çalışıb.  İki min on birinci ildən bu günə qədər isə o ARDNŞ-ın Baş ofisinin insan resursları departamentinə rəislik edir. Yüzlərlə gənc mütəxəssisin yetişməsində iştirak edir. Neft sahəsində çalışanların əmək qabiliyyətinin intellektual səviyyəsinin artırılmasında əməyi olub. Əsas da odur ki, harada oxumasından işləməsindən asılı olmayaraq istər tabeçiliyində olanlar, istərsə tabe olduğu şəxslər tərəfindən eyni - göründüyü kimi olan olduğu kimi görünən bir insan kimi hörmətlə yanaşılıb. Bütün bunlar onun işidir.

mən bir dost kimi onun qabiliyyətini görüb bunu dəyərləndirənlərə minnətdaram ki, bu işə düzgün zamanında qərar veriblər. Onun üçün dövlətə,millətə bağlı olan varsa yaşamalıdır. Dövlətə,xalqın gələcəyinə yaddırsa yaşamamalıdır. Asif Bəkirli dəfələrlə Avropa dövlətlərində keçirilən beynəlxalq seminarlarda, treninqlərdə iştirak edib. Keyfiyyətin idarəedilməsi, ətraf mühütün mühafizəsi sahəsində Avropa keyfiyyət təşkilatının sertifikatlarına layiq görülüb.O dörd elmi kitab müəllifidir. bu kitabların dördü , Beynəlxalq standartların Azərbaycanda  tətbiqi ilə bağlıdır.   onun ölkəmizdə bu sahənin təkmilləşməsində mühüm xidmətləri olub. Həmçinin o bir bədii yaradıcılıq nümunəsi olan kitab da yazıb.Onun poetik dünya dərki mənim üçün çox maraqlıdır. Həmişə ona sual verəndə ki, dostlarını say, deyir ki, dünyadakı bütün vicdanlı ədalətli insanlar. bəlkə məni ona bağlayan ən mühüm amillərdən biridir. O" həmmüəllif"  kimi beş kitab müəllifidir.Bu kitablar da elmi mahiyyət daşıyır. daha çox elmin populyatlaşması üçün nəzərdə tutulub. Asif Bəkirli "İnsan resurslarının idarə edilməsi" dərslik vəsaitinin məsləhətçisidir. O dövrü mətbuatda iyirmi beş ilə yaxın bir zaman kəsiyində yüzlərlə məqalələr dərc elətdirmişdir. Qızıl qələm İyirmi birinci əsr ziyalılar birliyinin mükafatlarının sahibidir. nəhayət ailəlidir. Üç övladı var. Əslində bu yazdıqlarım Asif Bəkirli haqqında tam yazacaqlarım  yazmaq istədiklərim deyil.

Sadaladığım bu quru statistika əlbətdəki onun tam portretini açmır. aça da bilməz. İnsan ömrü əslində hər saniyəsi hər anı ilə bir kitabdır. Mənim üçün onun işi ya ictimai vəziyyəti bir o qədər maraqlı deyil.Ona görə ki Asif harda olur olsun, harda işləyir işləsin ya heç işləməsin,ən əvvəl mənim üçün dostdur, qızımın da çox sevdiyi rəfiqəsi Aydanın atası Asif əmidir. Mən üç-dörd gün evdə oturub dəniz kənarında gəzintiyə çıxmağa tənbəllik edəndə  belə,yenə gücüm ona çatır. Telefonla ona zəng edib, gecə saat on bir olsa da gəzintiyə çıxarıram. Sən deyirsən ƏLLİ. Əlli nədir?  Biz hələ səninlə bilirsən nələr edəcəyik. Biz hələ səninlə bütün Azərbaycanı ayaqla gəzəcəyik. Yaşını boynuna alma,dostum. Əlli yaşlı Asif Bəkirli.Vətəndaş.Dövlətinə xalqına bağlı insan.  

Orxan FİKRƏTOĞLU

 





06.03.2014    çap et  çap et