525.Az

Krımda referendum martın 16-da keçiriləcək


 

Krımda referendum martın 16-da keçiriləcək<b style="color:red"></b>

Krımda referendum martın 16-da keçiriləcək.

 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvafiq qərarı muxtar respublikasının Ali Şurası qəbul edib.
 
Krım baş nazirinin müavini Rüstəm Dəmirqəliyev bildirib ki, referenduma iki məsələ çıxarılacaq.
 
Belə ki, yerli sakinlər Krımın Rusiya Federasiyasına daxil olması təklifinə və 1992-ci il konstitusiyasının bərpasına münasibət bildirəcək.
 
1992-ci ildə qəbul olunmuş konstitusiyaya əsasən, muxtar respublika Ukrayna tərkibinə daxil olur və onunla münasibətlərini müqavilə və sazişlər əsasında tənzimləyir.

 





06.03.2014    çap et  çap et