525.Az

“İnanclı insanlardan məkrli məqsədlər üçün istifadə etmək olmaz”


 

“İnanclı insanlardan məkrli məqsədlər üçün istifadə etmək olmaz”<b style="color:red"></b>

BƏZİ SİYASİ QÜVVƏLƏR ÖZLƏRİNİ BU DİNİ QRUPLARIN İÇƏRİSİNDƏ GÖSTƏRƏRƏK ÇİRKİN NİYYƏTLƏRİNİ HƏYATA KEÇİRMƏYƏ CƏHD EDİRLƏR”  

Azərbaycan dövləti bir çox sahələrdə olduğu kimi, dini tolerantlıq baxımından da dünyanın aparıcı ölkələrindən biridir. Həqiqətən dövlət tərəfindən bu sahədə balanslaşdırılmış siyasət aparılaraq bütün dini qruplara bərabər imkanlar yaradılır. İstənilən şəxs istədiyi dinə, təriqətə sitayiş etməkdə azaddır heç bir şəxsə dini əqidəsinə görə təzyiqlər edilmir. Elə bu sahədə yürüdülən düzgün siyasətin nəticəsidir ki, ölkəmizdə müsəlmanlarla yanaşı, digər dinlərin, habelə təriqətlərin - vəhhabilərin, nurçuların digər dini qrupların təmsilçiləri bərabər şəkildə yaşayır dini ayinlərini azad formada yerinə yetirirlər. Əfsus ki, bütün bu üstün məqamlardan, ölkəmizin sözügedən sahədəki yüksək keyfiyyətindən sui-istifadə edən dini qruplar, təriqət sahibləri ya bu qrupların arasında öz məkrli niyyətlərini həyata keçirmək istəyən ayrı-ayrı şəxslərə rast gəlinir. Biz zaman-zaman vəhhabilərin, nurçuların digər təriqət mənsublarının ölkədə özlərinin xoşagəlməz niyyətlərini həyata keçirmək istəklərində olmaları barədə informasiyalar eşidirik. Siyasi səhnədə özünə uğur qazana bilməyən bəzi qüvvələrin məhz özlərini bu dini qrupların içərisində göstərərək, onlardan istifadə etməklə onların adı altında çirkin niyyətlərini həyata keçirməyə can atmaq istəkləri sarsıdıcı məqamlardandır. Bəzi dini qrupların, təriqət sahiblərinin təmsilçilərinin isə bu qüvvələrin alətinə çevrilməsi ya bu istiqamətdə onların "dəyirmanına su tökməsi" təəssüf doğurur. Bu məsələdə xarici qüvvələrdən göstəriş alan onların istəyi ilə hərəkət edənlərin olması da danılmazdır. Bu, bir faktdır ki, həmin xarici qüvvələr onların aləti olan bəzi yerli siyasətçilər Azərbaycan dövlətçiliyini istəməyən güclərdir onlar öz məqsədlərini həyata keçirmək üçün istənilən addımı atmağa hazırdırlar. Onların insanların inanclarından sui-istifadə etməsi isə təəssüf doğurmaqla yanaşı, eyni zamanda həmin təriqət sahiblərinə qarşı hörmətsizlikdən başqa bir şey deyil.

Burada əsas məsələ isə Azərbaycan vətəndaşlarının, xüsusən inanclı şəxslərin belə "oyunçuların" əlində alətə çevrilməməsidir. Çünki o təriqətlərin nümayəndələrinin hər biri dini əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır. Xalqla dövlət arasında olan qarşılıqlı etimadı nəzərə aldıqda həmin qara qüvvələrin məqsədlərinin elə ürəklərində "dəfn olunacağını" söyləmək heç çətin deyil.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı İlham Əliyevin sözləri bu mənada çox şeyi ifadə edir. Prezident xalqla iqtidar arasındakı birliyə toxunaraq bunlara qeyd etmişdi: "...Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə rəzil olurlar. Son prezident seçkiləri bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər göstərdi...".

Dövlət başçısının bu fikirləri bir daha göstərir ki, Azərbaycan xalqı ağla qaranı ayırd etməkdə çətinlik çəkmir. Əgər biz tarixə nəzər salsaq, xalqımızın bu qəbildən olan qüvvələrin arzularını hər zaman ürəyində qoyduğunu görərik. Elə dövlətçiliyi istəməyən bu qüvvələrə ən tutarlı cavab Azərbaycan vətəndaşlarının onların oyunçusu olmamaqda israr etməsidir.

Millət vəkili İqbal Ağazadənin sözlərinə görə, nurçular Azərbaycan dövlətinə ciddi təsir göstərmək iqtidarında deyil. Nurçular məsələsinin məqsədlə gündəmə gəldiyinin məlum olmadığını deyən millət vəkili bunları söyləyib: "Hər hansısa dini sektanın ya dini cərəyanın  Azərbaycan dövlətinə ciddi təsir göstərə biləcəyini qəbul etmirəm. Ümumiyyətlə bu gün bəhs edilən bu nurçular məsələsinin məqsədlə gündəmə gəldiyi məlum deyil. Mən bu gün nurçularla bağlı məsələnin gündəmə gəlməsinin ilə bağlı olduğunu deyə bilmərəm. Ümumiyyətlə bu məsələ ilə bağlı hərə bir söz deyir, amma mən bununla bağlı heç kəsi günahlandırmaq istəməzdim. Bu, sadəcə hər hansısa dini sekta ya dini cərəyandır. Nurçular Azərbaycan dövlətinə qarşı heç bir ciddi təsir göstərə bilməz".

Millət vəkili Qənirə Paşayeva deyib ki, bu gün bir sıra radikal dini təriqətlər var ki, gənclərimizin beynini yumaq istəyir: "Onlar gənclərimizi təsir altına alaraq, yalnız öz maraqları üçün istifadə etmək istəyirlər. Biz gərək millətimiz, dövlətimiz gənclərimiz üçün buna imkan verməyək. Radikal qruplar, radikal düşüncələr artarsa, millətin gələcəyi necə olar. Hesab edirəm ki, gənclərimiz radikal dini təriqətlərə, din adı altında pərdələnərək radikal əməllərə, dinimizə zidd olan sövdələşmələrə sövq edənlərlə bağlı tədbirli olmalıdırlar".

Tədqiqatçı-alim Fuad Əliyev deyib ki, gənclərimizin radikal dini cərəyanlara qoşulmasına şərait yaradan əsas amil radikal qruplaşmaların təbliğatı əks təbliğatın zəif olmasıdır. Onun sözlərinə görə, bu hal kütləvi olmasa da, hər bir Azərbaycan gəncinin taleyi cəmiyyətimiz, dövlətimiz üçün önəmli olmalıdır: "Bu baxımdan hər bir gənc uğrunda mübarizə aparılmalıdır. Radikal dini liderlərə qarşı da preventiv tədbirlər görülməli, onların fəaliyyəti məhdudlaşdırılmalıdır. Tarix boyu İslamda müxtəlif radikal dini təriqətlər olub. Bu başqa dinlərdə mövcuddur. İnsanların bu təriqətlərə artan marağının səbəbi isə, alternativ ideologiyaların zəif olması ilə bağlıdır. Əgər insanlar məscidə gedib, sualına cavab tapmırsa, ədalətsizlik riyakarlıq görürsə, bunları ifşa edən radikal qruplaşmalara qoşulmaq ehtimalı daha böyükdür. Hazırda yaşadığımız qlobal informasiya dövründə alternativ, radikal təbliğatlara məruz qalmaq daha asandır buna nəzarət etmək demək olar ki, mümkün deyil. Təkfirçilərin güclənməsində böyük dövlətlərin kəşfiyyat orqanlarının rolu da ehtimal edilir. Bir az tarixə baxaq: Təkfirçilərin "cihadı" həmişə başqa yerlərdə olub. Harada müsəlmanlar arasında fitnə salınmalıdırsa, bilin ki, radikal qruplaşmalar orada da peyda olunacaq. Bu bir faktdır ki, radikal qruplaşmaların yaxşı sponsorları, effektiv cəlbetmə taktikaları var. Harada bir az boşluq varsa, onu ifşa edib, özünü çıxış yolu göstərən yeganə qüvvə kimi göstərə bilirlər. Ümumiyyətlə, dindən siyasi məqsədlər üçün hər zaman istifadə olunub bu cür "dindarlar" başqaların əlində piyadalar kimi tarix boyu fitnələrin ön cərgələrində gediblər".

AQİL

 





06.03.2014    çap et  çap et