525.Az

Avropa İttifaqının postsovet məkanında siyasəti dəyişirmi? (Birinci yazı)


 

Avropa İttifaqının postsovet məkanında siyasəti dəyişirmi? <b style="color:red">(Birinci yazı)</b>

Qlobal geosiyasətdə müşahidə edilən yeni dinamika Avropa İttifaqının keçmiş sovet məkanı ölkələri siyasətinə təsir etməyə bilməz. Bu təşkilatın son illər yaşadığı maliyyə böhranı siyasi inteqrasiya sahəsində qarşısına çıxan çətinliklər baxımından da diqqəti cəlb edən məqamlar özünü göstərməkdədir. Bunların fonunda Rusiya, Ukrayna, Moldova, Cənubi Qafqaz Mərkəzi Asiya istiqamətində -nin yeritdiyi siyasətin məzmunu strategiyası ekspertlərin marağına səbəb olub. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində meydana gələn yeni çalarlar xüsusilə diqqəti çəkir.

Rusiya ilə münasibətlər: əməkdaşlıq, yoxsa qarşıdurma?

Ukraynada siyasi gərginliyin artdığı bir şəraitdə Avropa İttifaqının keçmiş sovet respublikaları istiqamətində yeritdiyi siyasət daha çox diqqət mərkəzindədir. Rusiyanın son illər həmin məkanda daha fəal bir çox mühüm geosiyasi məsələlərdə Qərbin maraqlarına uyğun gəlməyən addımları da bu aspektdə maraq doğurur. Obrazlı desək, postsovet məkanı dünyanın iki böyük gücü arasında qalıb. Bu səbəbdən, Şərqi Avropa, Cənubi Qafqaz Mərkəzi Asiyanı əhatə edən nəhəng bir ərazidə geosiyasi dinamikanın dəyişməsi faktı üzərində bir daha düşünməyə ehtiyac yaranıb.

Əvvəlcə ilə Rusiya arasında yaranmış vəziyyətə nəzər salaq. Onlar arasında ən ciddi problem qarşılıqlı əlaqələri tənzimləyəcək baza sazişinin imzalanmamasıdır. Təsir müddəti hələ 2007-ci ildə başa çatan ilkin baza müqavilədən sonra tərəflər ümumi prinsipləri razılaşdıra bilmirlər. Bunun əsas səbəbi ilə Rusiyanın əməkdaşlığın strateji məqsədinə fərqli yanaşmalarındadır.

Avropa Rusiyanı öz sıralarına qatmaq istəmir. Avropada onu -nin geosiyasi maraqlarına uyğun siyasət yeridən "Asiya pələngləri"nin təsirlərindən qoruyacaq dövlət kimi görmək istəyirlər. Yalnız bu cür siyasətin fonunda Avropa İttifaqı Rusiyanı strateji tərəfdaş keyfiyyətində görmək istərdi. Lakin həmin istiqamətdə 2000-ci ildən bu yana heç bir böyük layihəni həyata keçirmək mümkün olmamışdır. Əvəzində, avropalılar Rusiyanı baza sazişinin müddəalarına əməl etməməkdə ittiham edirlər. Bununla bağlı Türkiyənin "Beynəlxalq Strateji Araşdırmalar Qurumu" (USAK) analitik mərkəzi yazır: "Brüssel Rusiyanı ilə imzaladığı bir çox anlaşmanı, xüsusilə baza müqaviləsinin şərtlərini tam olaraq tətbiq etməməkdə ittiham edib".

Bundan başqa, istərdi ki, Moskva keçmiş sovet respublikaları üzərində SSRİ dövründəki kimi mütləq nüfuza sahib olmasın. Kreml isə həmin məqamı öz xarici siyasətinin prioritetlərindən biri hesab edir. Xüsusilə, Vladimir Putinin iqtidarı zamanında Rusiyanın xarici siyasətində Avropa ilə inteqrasiya xətti ilə keçmiş sovet respublikaları ilə münasibətlərin Moskvanın xeyrinə yenidən qurulması məsələsi bir-biri ilə sıx bağlılıqda götürülüb. Məhz bu problemlə əlaqədar olaraq, tərəflər arasında müxtəlif sahələrdə, o cümlədən enerji, nəqliyyat, ticarət, hüquq s. sahələrdə ziddiyyətlər özünü göstərməkdədir.

Bununla yanaşı, -Rusiya münasibətlərində problemlərin yaranmasını yalnız Kremlin siyasi kursu ilə əlaqələndirmək düzgün olmazdı. Analitiklər hesab edirlər ki, rusları ehtiyatlandıran Qərbin "yumşaq imperializm" adlanan geosiyasi xətti seçməsidir. Belə ki, bu strategiyaya görə, ABŞ -nin sərhədləri xaricində olan inkişaf etməyə başlayan dövlətlər daxil olmaqla hər bir ölkə ikinci dərəcəli rol oynamalıdır.

Konkret olaraq, heç bir hərbi müdaxilə olmadan bütün təbii ehtiyatlar, intellektual potensial, iqtisadi inkişaf ilk növbədə Qərbin tələbatlarına xidmət etməlidir. Bu, "yeni müstəmləkəçilik" adlandırılır. Həmin səbəbdən Rusiya Avropa İttifaqı strateji tərəfdaşlıq anlayışına fərqli məzmun verirlər. Bütün bunların nəticəsi olaraq, " Rusiya ilə "strateji tərəfdaşlığı" demokratiya, insan haqları hüquqi dövlət kimi dəyərlərə söykənən bir əməkdaşlıq modeli kimi qəbul edirsə, Moskva strateji tərəfdaşlığı ortaq dəyərlərdən çox, beynəlxalq münasibətlərin şərtlərinə söykənən bir əməkdaşlıq kimi görməkdədir".

Rusiyalı mütəxəssislər təxminən eyni mövqedədirlər. Rusiya XİN-in analitik xidməti Avropa İttifaqı ilə münasibətlərin mürəkkəbliyini iki amil ilə əlaqələndirir. Birincisi, əlaqələrin əsaslarının formalaşması SSRİ-nin transformasiyası dövrü ilə üst-üstə düşdü. İkincisi, -nin özündə geniş beynəlxalq münasibətlər sistemindən fərqlənən mühitə malik yeni siyasi, sosial iqtisadi təsisatlar yarandı.

Bu səbəblərdən ilə baza sazişinin əsas müddəalarının razılaşdırılması məsələsi mürəkkəbləşdi. Rusiyalı analitiklərin fikrinə görə, bütün sonrakı anlaşılmazlıqlar buradan qaynaqlandı. Belə qənaətə gəlmək olar ki, həmin ziddiyyətlər hələ aradan qaldırılmayıb. Bir sözlə, Rusiya özünün əvvəlki imperiya iddialarını saxlamaqda, Avropa İttifaqı isə, bir tərəfdən, özü belə ambisiyalar irəli sürməkdə, digər tərəfdən, Moskvanın analoji istəklərini qəbul etməməkdədir Göründüyü kimi, bu məsələdə türkiyəli rusiyalı analitiklərin mövqeləri bir-birinə yaxındır.

Bunlarla yanaşı, analitiklərin diqqət yetirdikləri bir vacib amil var. Belə bir fikir var ki, -nin inteqrasiya imkanları sona çatmaqdadır. Hazırkı formatda Avropa iqtisadi inteqrasiya imkanlarını xarici siyasətə transfer edə bilmir. Buna görə -ni nümunəvi ittifaq modeli kimi qəbul etmək risklidir. Həmin fakt Rusiyanın öz inteqrasiya modelini təklif etmək şansını artırıb. Eyni zamanda, Moskva Avropa İttifaqından digər postsovet məkanı ölkələrindən fərqli şərtlərə bağlı xüsusi yanaşma gözləyirdi. Avropa isə məsələnin bu tərəfinə diqqət yetirməmiş, üstəlik, həmin vəziyyət indi davam etməkdədir. Kreml, məsələn, Tacikistanla Rusiyaya eyni gözlə baxılmasını qəbul etməz. Bütün bunlardan Rusiya siyasətçiləri belə bir sual qaldırırlar: ilə özəl münasibətlər Moskvaya hansı siyasi dividendlər verə bilər? Onların cavabı isə bədbindir: "sual hələ açıq qalmaqdadır".

-Rusiya münasibətləri kontekstində yuxarıda aparılan təhlil göstərir ki, ötən müddət ərzində tərəflər arasında real strateji tərəfdaşlığın mahiyyətinə dair heç bir görülməmişdir. Əksinə, onların geosiyasi iddiaları müstəvisində meydana çıxan ziddiyyətlər daha da dərinləşmişdir. Buna uyğun olaraq, Ukrayna, Moldova, Cənubi Qafqaz Mərkəzi Asiya istiqamətlərində Brüssellə Moskva münasibətlərin bir çox aspektləri üzrə qarşıdurmaya getmişlər. Hazırda bu, daha çox Ukrayna məsələsində özünü göstərməkdədir.

 

Ukrayna: iki böyük gücün

məngənəsində sıxılan məkan

 

Bu ölkə, sözün həqiqi mənasında, Qərblə Rusiya arasında siyasi, iqtisadi geosiyasi-hərbi aspektlərdə əzilmələrə məruz qalır. Bir vaxtlar öz gözəlliyi ilə insanları cəlb edən Krişetka (Kiyevin mərkəzi meydanı - müəllif) indi xarabaya çevrilib. Bir neçə aydır davam edən daxili siyasi qarşıdurma Ukraynanı parçalanma təhlükəsi qarşısında qoyub. Analitik ekspertlər əmindirlər ki, bunun əsas səbəbi həmin ölkə uğrunda geosiyasi mübarizə aparan qüvvələrin bir-birinə güzəştə getməməsindədir.

Rəsmi Kiyev xarici siyasətdə keçən əsrin 90- illərindən bu yana bir dilemmadan daim sıxılıb. Bu, Qərblə Rusiyanın maraqlarının tarazlaşdırılması ilə bağlıdır. Ukrayna faktiki olaraq, üç ssenari arasında vurnuxur: birincisi, mərkəzi Rusiyanın olduğu geosiyasi məkana inteqrasiya; ikincisi, Şərqi Avropaya iqtisadi inteqrasiya; üçüncüsü, Rusiyanı da əhatə edən vahid Avropa məkanına inteqrasiya. İndiyə qədər bunların heç biri üzrə qəti qərar qəbul edə bilməyən rəsmi Kiyev, əslində, tarixi perspektivinə uyğun seçim etməlidir.

Belə ki, "İlk iki ssenari iqtisadi xarici siyasət sahələrindəki əsas tərəddüdləri təmsil edir. Üçüncü seçim isə Kiyevin maraqları aspektində bəlkə daha arzuediləndir, ancaq reallaşmaq səviyyəsində olmayan bir ideyadır". Ümumi geosiyasi kursun seçimi məsələsindən qaynaqlanan həmin qeyri-müəyyənliklər hazırda Ukraynanı çox çətin vəziyyətə salmışdır. Mübaliğəsiz demək olar ki, ölkə uzun müddətə daxili siyasi kataklizmlər zonasına daxil olmuşdur. Bunun isə dövlətin gələcəyi baxımından bir neçə əsas məqamı var.

İlk növbədə, -nin rəsmi Kiyev qarşısında qoyduğu iki əsas şərtlərdən biri olan Yuliya Timoşenko azadlığa buraxılıb. Radikal siyasi baxışları ilə fərqlənən xanım Timoşenkonun Ukrayna siyasi mühitinə hansı boyaları qatacağı təxmin edilir. Ondan həm Qərb, həm Rusiya öz maraqları üçün asan istifadə edə biləcəklər. Bunu "Udar" siyasi partiyasının rəhbəri Vitali Kliçko elə indidən hiss edir.

Son mitinqlərin birində o, ifrat sağçıların "silahlı mübarizə çağırışlarından narahat olduğunu bildirib". Məlumdur ki, Y.Timoşenkonun tərəfdarlarından olan A.Turçinova Ali Rada müvəqqəti olaraq prezident səlahiyyətlərini icra etməyi həvalə edib. Fevralın 22- isə Ukrayna parlamenti V.Yanukoviçin prezidentlik səlahiyyətlərinə xitam verib. "İnterfaks" agentliyinin yaydığı informasiyaya görə, artıq keçmiş prezident olan Yanukoviçə Ukrayna sərhədçiləri ölkəni tərk etməyə icazə verməyiblər. O, Donetskdən Moskvaya uçmaq istəyib. Bu ərəfədə Ukrayna Ali Radası yeni prezident seçkilərini bu ilin may ayına təyin edib.

Qeyd etmək lazımdır ki, Amerika analitikləri siyasətçiləri Ukraynada hadisələrin bu cür cərəyan etməsindən heç razı deyildirlər. ABŞ analitikləri baş verənlərdə V.Putinin əlinin olduğunu, onun manevr etdiyini düşünürlər. Belə ki, iddialara görə, Ukraynada müxalifətçilərin əli ilə qeyri-hüquqi vəziyyət yaradılır ki, sonradan hərbi müdaxiləyə əsas olsun. Lakin ekspertlər hadisələrin bu cür gedişatının Ukraynanın bütövlüyü baxımından çox təhlükəli olduğunu düşünürlər.

Bunlar Ukrayna məsələsində Qərb-Rusiya münasibətlərinin kifayət qədər mürəkkəb bir hala gəldiyini göstərir. Bu ölkə faktiki olaraq, taleyüklü seçimin astanasındadır.

Ekspertlərin əksəriyyəti hesab edir ki, Ukrayna parçalana bilər. Krım Şərqi Ukrayna Rusiyanın, Qərb əyalətləri isə Avropanın nüfuz dairəsinə düşə bilər. Bütün bunların fonunda Ukrayna üçün "Şərq tərəfdaşlığı" proqramının hansı anlama gəldiyini söyləmək xeyli çətindir. Bizcə, hələlik məsələnin bu aspekti haqqında siyasətçilər düşünmürlər. Onu da qeyd edək ki, bəzi mənbələrdə Ukraynada rusiyalı hərbi ekspertlərin ciddi işlər apardıqları qeyd olunur.

Ukrayna hadisələri ona qonşu olan Moldova məsələsini bir qədər kölgədə qoysa da, strateji aspektdə əhəmiyyətini itirməyib. Hətta Moldovanın da bölünməsi təhlükəsindən söhbət gedir. Bu ölkənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı Q.Petrenko hesab edir ki, Moldova yayda assosiativ üzvlüyə imza atsa belə, parlament seçkisində başqa qüvvələrin üstünlük əldə etdiyi təqdirdə, ölkənin vəziyyəti ağır olacaq. Maraqlıdır ki, qaqauzların Vaşinqtona Kişinyovdan şikayət etməsinə ciddi reaksiya verilib. Okeanın o tayından Moldova iqtidarını xəbərdar ediblər.

Bununla yanaşı, Dnestryanı məsələsi aktuallığını saxlamaqdadır. Ekspertlər bunları nəzərə alaraq, Ukraynadakı vəziyyətin Moldovada hadisələrin necə inkişaf edəcəyindən asılı olduğunu deyirlər. Bu, proseslərin artıq tamamilə yeni müstəviyə keçid etməsi deməkdir. Doğrusu, hələlik bu tezisin detalları aydın deyil, lakin əgər artıq bu barədə danışılırsa, müəyyən gözlənilməz hadisələr baş verə bilər. O zaman Qərb-Rusiya münasibətləri aspektində Ukrayna Moldovanın siyasi taleyi haqqında daha dəqiq proqnoz vermək mümkün olacaqdır. Həmin müstəvidə Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin dinamikası da aktual görünür.

Kamal ADIGÖZƏLOV

Newtimes.az

 





06.03.2014    çap et  çap et