525.Az

ABŞ-a gedəcək şagirdlərin adları açıqlandı


 

ABŞ-a gedəcək şagirdlərin adları açıqlandı<b style="color:red"></b> Təhsil naziri Mikayıl Cabbarov “Sabahın alimləri” III Respublika Müsabiqəsinin yekunları haqqında əmr imzalayıb.

Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Əmrdə qeyd olunur ki, bu il keçirilən müsabiqədə Bakı, Sumqayıt, Naxçıvan və Mingəçevir şəhərlərində yerləşən 30 ümumi təhsil müəssisəsi iştirak edib. Bakıda yerləşən məktəblərdən 35 layihə üzrə 60 şagird, Sumqayıt məktəblərindən 20 layihə üzrə 32 şagird, Naxcıvan məktəblərindən 4 layihə üzrə 7 şagird, Mingəçevir məktəblərindən isə 2 layihə üzrə 3 şagird müsabiqəyə buraxılıb.

Münsiflər heyətinin qərarına görə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 42 layihə üzrə 74 şagird, o cümlədən I yerə 7 layihə üzrə 10 şagird, II yerə 14 layihə üzrə 23 şagird, III yerə 21 layihə üzrə 41 şagird layiq görülüb.
 
Bu  ilin may ayında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində layihə ilə iştirak etmək üçün Münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri arasından aşağıda adları göstərilən şagirdlər seçilib:
- Muradov Cəmil Həbibulla oğlu, Mursaqulova Mədinə Rüfət qızı, Cümşüdlü Lalə Cabir qızı, Bakı Avropa Liseyinin XI sinif şagirdləri – bir layihə üzrə;    
- Abuzərov Ayaz Azər oğlu, Bakı Dövlət Universitetinin Gənc İstedadlar Liseyinin  X sinif şagirdi – bir layihə üzrə;
- Allahverdiyeva Nərgiz Vidadi qızı, İmranov Cəmil Şahmar oğlu, Bakı ş. 16 nömrəli Texniki Humanitar Liseyinin  müvafiq olaraq, XI sinif və X sinif şagirdləri – bir layihə üzrə;
- Məmmədov Cingiz Natiq oğlu, Sumqayıt ş. 23 nömrəli tam orta məktəbin X sinif şagirdi - müşahidəçi qismində.
 
Əmrdə vurğulanır ki, şagirdlərin yol xərcləri “İntel Fondation” Fondu  tərəfindən “Mədəd” təşkilatına ayrılan qrant hesabına ödəniləcək. Əmrdə elm və ali təhsil şöbəsinin müdiri, “Sabahın alimləri” III Respublika müsabiqəsinin direktoru Gültəkin Hüseynovaya tapşırıq verilib.  Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
 





07.03.2014    çap et  çap et