525.Az

“Biz sizi unutmadıq...” (Fotolar)


 

“Biz sizi unutmadıq...”<b style="color:red"> (Fotolar)</b>

Bu gün səhər saatlarında “Yeni Üfüq”Mənəvi İrsin Təbliği İctimai Birliyinin qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Bakıda şəhərin müxtəlif yerlərində “Biz sizi unutmadıq” adlı aksiya keçirib.

“Yeni Üfüq” İctimai Birliyinin üzvləri Bakının müxtəlif küçələrində şəhərin təmizlik işlərini həyata keçirən fədakar Azərbaycan qadınlarını təbrik ediblər. Birliyin üzvləri səhər çağlarında şəhərin müxtəlif yerlərində təmizlik işlərini həyata keçirən zəhmətkeş qadınlara öz səmimi təbriklərini çatdıraraq, onlara bayram hədiyyələri təqdim ediblər.

Birliyin sədri Sevinc Əzimbəyli deyib ki, aksiyanın əsas məqsədi ən çox zəhmətə qatlaşan, şəhərimizin təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar analarımızı sevindirməklə onları unutmadığımızı və onların diqqətdə olmasının vacibliyini cəmiyyətə çatdırmaq olub:
 
“Onu da bildirmək istəyirəm ki, bu aksiya keçən il keçirdiyimiz tədbirin davamıdır”.







 





07.03.2014    çap et  çap et