525.Az

Fiziologiya İnstitutuna yeni direktor təsdiqlənib


 

Fiziologiya İnstitutuna yeni direktor təsdiqlənib<b style="color:red"></b>

AMEA Fiziologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institutun direktoru vəzifəsini tutmaq üçün Elmi Şuranın irəli sürdüyü namizədin təqdim olunması məsələsi müzakirə edilib.
Akademiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən, iclasda Elmi Şura adından direktor vəzifəsinə biologiya üzrə elmlər doktoru Ulduza Haşımovanın namizədliyini irəli sürülüb.

Elmi Şuranın üzvləri tərəfindən U. Haşımovanın Fiziologiya İnstitutunun direktoru vəzifəsinə AMEA Biologiya və Tibb Elmləri Bölməsinə təqdimatı yekdilliklə qəbul olunub və təsdiqlənib.

 





07.03.2014    çap et  çap et