525.Az

Hərbi maşın cəbhə xəttində minaya düşüb


 

Hərbi maşın cəbhə xəttində minaya düşüb<b style="color:red"></b>

Azərbaycanda hərbi maşın minaya düşüb.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissəyə məxsus “Ural” markalı yük maşınının cəbhə xəttində minaya düşməsi nəticəsində avtomobil yararsız hala düşüb.
 
Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən hərbi qulluqçu Novruz Zeynalovun müxtəlif xəsarətlər aldığı bildirilir.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləsələr də, sürücünün xəsarət almadığı bildirilib.

 





07.03.2014    çap et  çap et