525.Az

Məhkumlara şəxsiyyət vəsiqəsinin verilməsinə başlanılıb


 

Məhkumlara şəxsiyyət vəsiqəsinin verilməsinə başlanılıb<b style="color:red"></b> Azərbaycanda məhkumlara şəxsiyyət vəsiqəsinin verilməsinə başlanıb. APA-nın məlumatına görə, bu gün 66 qadın məhkuma şəxsiyyət vəsiqəsi verilib. Bununla bağlı Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib.
 
Tədbirdə çıxış edən xidmətin rəisi Mədət Quliyev bildirib ki, məhkumlara şəxsiyyət vəsiqəsinin verilməsi ilk dəfə baş verir: “Biz bu tədbirləri davam etdirəcəyik. Bütün məhkumlara şəxsiyyət vəsiqəsinin verilməsi təmin olunacaq. Bu işdə göstərdikləri xidmətlərə görə, “Asan Xidmət”in əməkdaşlarına, Daxili İşlər Nazirliyinə təşəkkürümü bildirirəm” .
 
Daha sonra tədbirdə deputat Əli Hüseynli, Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  “ASAN xidmət” mərkəzinin sədr müavini Ülvi Mehdiyev çıxış ediblər. Onlar qadın məhkumları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik ediblər.
 
Tədbirdə 66 məhkum qadına şəxsiyyət vəsiqəsi təqdim olunub. 
 





07.03.2014    çap et  çap et