525.Az

Dünyanın ən istedadlı 10 futbolçusu


 

Dünyanın ən istedadlı 10 futbolçusu<b style="color:red"></b>

"Givemesport" saytı dünyanın ən istedadlı futbolçularının siyahısını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, 10 futbolçunun yer aldığı siyahıya "Atletiko Mineyro" klubunun yarımmüdafiəçisi Ronaldinyo başçılıq edir.

Braziliyalı ulduz futbolçu yaşıl meydanlarda sərgilədiyi baxımlı oyunu ilə bütün rəqiblərini geridə qoyub. "Barselona"nın hücumçusu Lionel Messi ikinci, PSJ-nin forvardı Zlatan İbrahimoviç isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, 2013-cü ildə dünyanın ən yaxşı futbolçusu seçilən "Real"ın hücumçusu Kriştiano Ronaldo siyahıda 5-ci olub.


1. Ronaldinyo ("Atletiko Mineyro", Braziliya)

2.
 Lionel Messi ("Barselona", Argentina)

3.
 Zlatan İbrahimoviç (PSJ, İsveç)

4.
 Neymar ("Barselona", Braziliya)

5.
 Kriştiano Ronaldo ("Real", Portuqaliya)

6.
 Adnan Yanuzay ("Mançester Yunayted", Belçika)

7.
 Məsut Özil ("Arsenal", Almaniya)

8.
 Aryen Robben ("Bavariya", Hollandiya)

9.
 Luis Suarez ("Liverpul", Uruqvay)

10.
 Eden Hazard ("Çelsi", Belçika)

 





07.03.2014    çap et  çap et