525.Az

Prezident paytaxtdakı yol qovşaqlarında tikinti işlərinin gedişi ilə tanış olu


 

Prezident paytaxtdakı yol qovşaqlarında tikinti işlərinin gedişi ilə tanış olu<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev bu gün paytaxtda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə paytaxtın Ziya Bünyadov prospektinin Müzəffər Nərimanöv küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi ilə tanış olub.
 
Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə prezident məlumat verib. Bildirilib ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, Ziya Bünyadöv prospektinin yenidən qurulması layihəsinə görə 10 kilometə yaxın uzunluğu olan 10 cərgəli avtomobil yolu ən müasir tələblər səviyyəsində salınır. Layihəyə əsasən burada müxtəlif səviyyəli 5 yol qovşağı, 4 yerüstü və 2 yeraltı piyada keçidi də inşa olunur.
 
Ziya Bünyadov prospektinin Müzəffər Nərimanöv küçəsi ilə kəsişməsində birinci yol qovşağı tuneldən və tunel üzərində nəqliyyat vasitələrinin dairəvi hərəkətini və geriyə dönmələrini təmin edən yollardan ibarətdir. Tunelin ümumi uzunluğu 780, qapalı hissəsinin uzunluğu isə 300 metrdir. Altızolaqlı yolun eni 27 metrə yaxındır. Tunel nəqliyyat vasitələrinin Ziya Bünyadov prospekti boyunca Böyükşor və 20 Yanvar dairələri istiqamətində maneəsiz, intensiv hərəkətini təmin edəcək. Tunelin üstündə inşa olunmuş avtomobil yolları isə nəqliyyat vasitələrinin dairəvi, geriyə dönmə, Müzəffər Nərimanov küçəsi ilə Heydər Əliyev prospekti istiqamətinə və əksinə hərəkətini təmin edəcək.
 
Sonra prezident İlham Əliyev Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində inşa olunan müxtəif səviyyəli yol qovğaşının yerləşdiyi əraziyə gəlib. Burada görülən işlər barədə də dövlət başçısına məlumat verilib.
 
Bildirilib ki, yol qovşağının girişlərlə birlikdə uzunluğu 600 metrdir. 328 metr uzunluğunda olan körpü iki istiqamətdə altızolaqlıdır. Körpünün yaxınlığında piyadaların hərəkətini asanlaşdırmaq məqsədilə yerüstü keçid də inşa olunub. Qeyd edilib ki, şəhərin bu istiqamətində mövcud yol ensiz olduğu üçün hərəkətin intensivliyinə əngəl törədir və tıxaclara səbəb olurdu. Yeni yol və yol boyu inşa olunan körpülər hazır olduqdan sonra bu istiqamətdə avtomobillərin rahat və maneəsiz hərəkətini təmin edəcək, paytaxtın müxtəlif mikrorayonlarını, xüsusilə də Binəqədi rayonu istiqamətində nəqliyyatın intensiv hərəkətinə şərait yaradacaq.
 
Daha sonra İlham Əliyev Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində-Xutor dairəsində inşa olunan müxtəlif səviyyəli yol qovşağında tikinti işlərinin gedişi ilə tanış olub.
 
Dövlət başçısına məlumat verilib ki, qovşaqda üç tunel, bir körpü, iki yeraltı piyada keçidi inşa olunur. Bildirilib ki, bu qovşağın istifadəyə verilməsi ilə Ziya Bünyadov prospektindən hərəkət edən avtomobillər 20 Yanvar dairəsi və Qələbə meydanı istiqamətinə maneəsiz hərəkət edə biləcək. Bundan başqa, qovşaq 20 Yanvar dairəsi və Qələbə meydanından gələn nəqliyyat vasitələrinin əks istiqamətə - Ziya Bünyadov prospektinə çıxışını təmin edəcək. Qovşaqdakı körpüdən isə avtomobillər Əbdülvahab Salamzadə küçəsindən Rəşid Məmmədov küçəsinə və əks istiqamətə rahat hərəkət edə biləcək.
 
İnşaat işlərinin gedişi ilə yaxından tanış olan prezident müvafiq göstərişlərini verib.

 





07.03.2014    çap et  çap et