525.Az

Azərbaycanla Bosniya və Herseqovina arasında üç saziş imzalanacaq


 

Azərbaycanla Bosniya və Herseqovina arasında üç saziş imzalanacaq<b style="color:red"></b>

Bosniya və Herseqovina Prezidiumunun sədri Bakir İzetbekoviçin Azərbaycana səfəri çərçivəsində 3 dövlətlərarası saziş imzalanacaq.

APA-nın Bakir İzetbekoviçin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, iki ölkə arasında ikiqat vergiqoymadan yayınma, təhsil sahəsində əməkdaşlıq, diplomatik və xidməti pasport sahibləri üçün viza rejiminin ləğvi haqqında sazişlərin imzalanması nəzərdə tutulur.

Xatırladaq ki, Bakir izetbekoviç bu gün Azərbaycana rəsmi səfərə gəlib. Bosniya və Herseqovina rəhbərinin prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rəsizəda ilə görüşəcək. Onu müşayiət edən nümayəndə heyətinin tərkibinə Bosniya və Herseqovinanın biznes qurumlarının rəhbərləri daxildir. İş adamları Bakıda keçiriləcək biznes forumda iştirak edəcəklər. Bakir İzetbekoviçin səfəri oktyabrın 20-də başa çatacaq.

 





18.10.2012    çap et  çap et