525.Az

“Bəzi siyasi qüvvələr "Sovetski" sakinlərindən sui-istifadə edir”


 

“Bəzi siyasi qüvvələr "Sovetski" sakinlərindən sui-istifadə edir” <b style="color:red"></b>

İNSANLARIN KÖÇÜRÜLMƏSİ, ONLARIN HƏYAT FƏALİYYƏTİ ÜÇÜN SAĞLAM,TƏHLÜKƏSİZ ŞƏRAİTİN YARADILMASI MƏQSƏDİ DAŞIYIR

Bakı şəhərinin Baş Planına uyğun olaraq paytaxtın Yasamal rayonu ərazisində, Azərbaycan prospekti, Tolstoy küçəsi, Əli bəy Hüseynzadə küçəsi Nərimanov prospektinin yaxınlığında, eyni zamanda Nəriman Nərimanovun abidəsindən Hüseyn Cavid bağına kimi uzanan ərazidə yerləşən evlərin, bir sözlə "Sovetski"nin sökülməsi planlaşdırılır. Sökülən bu ərazinin qış bulvarının davamı olaraq abad bir parka çevriləcəyi planlaşdırılır. Yeni layihəyə əsasən, ərazidə hər hansı yaşayış binasının tikintisi nəzərdə tutulmur. Burada yalnız istirahət parkları sosial obyektlər tikiləcək.

"Sovetski" məskunlaşan vətəndaşların istifadəsində olan mənzilllərin bir çoxunun sənədləri yoxdur. Amma buna baxmayaraq sənədli evlərlə birlikdə həmin evlərə bazar qiymətlərinə uyğun olaraq hər kvadratmetrinə 1500 manatdan pul verilir. Eyni zamanda pilləkən qəfəslikləri, yardımçı tikililər, anbarlar da bir qədər aşağı məbləğdə qiymətləndirilərək vətəndaşlara müvafiq kompensasiyalar ödənilir. Köçürülən ailələrə kirayə daşınma pulu da verilir. Hər kəs qəbul edər ki, həmin ərazidə yerləşən mənzillər bərbad vəziyyətdədir, bir çoxlarının isə hətta uçmaq təhlükəsi var. Buradan keçən yollar isə darısqal olduğu üçün daim tıxac olur. Belə bir şəraitdə, həmin ərazinin sökülməsi daha məqsədəuyğundur.

Əksər sakin bu şərtlərlə razılaşsa da, bəzi şəxslər narazılıqlarını ifadə edir buna etirazlarını bildirilər. Maraqlı məqam isə bir çox məsələlərdə olduğu kimi, həmin şəxslərin narazılıqlarından da sui-istifadə edilməsidir. Danılmaz həqiqətdir ki, müəyyən qruplar var ki, hər vəchlə hansısa məqamlardan narazı olan şəxsləri siyasi oyunlara çəkmək, onlardan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Onlar sanki belə bir məqamların olmasını "dörd gözlə" gözləyirlər. Biz bu kimi halların dəfələrlə şahidi olmuşuq. Həmin qüvvələr "Sovetski" məsələsində öz çirkin niyyətlərini gizlədə bilmədilər. Onlar yenə ortalığa atılaraq "Sovetski"nin bir neçə narazı sakinin yanında olduğunu bəyan etməklə, onları müxtəlif qarşıdurmalara sövq etməyə, nəticədə isə öz məkrli məqsədlərini həyata keçirməyə cəhd edirlər. Həmin ərazidə hansısa binanın, alış-veriş mərkəzinin, bir sözlə gəlir gətirəcək obyektin inşa edilməyəcəyini, sadəcə vətəndaşların rahatlığını təmin edəcək istirahət parklarının tikintisini nəzərə alsaq, ciddi etirazlar, qərəzli yanaşma heç cür başa düşülmür. Belə bir şəraitdə gizlin qüvvələrin bir neçə sakini oyuna gətirmək istəyinin yenə "suya düşəcəyini" söyləmək olar.

Məsələyə münasibət bildirən baş nazirin müavini Abid Şərifovun sözlərinə görə, sakinlərdən 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razı olan şəxslər həmin vəsaiti alaraq köçə bilərlər. Baş nazirin müavini əlavə olaraq hər ailə başına iki aylıq 1000 manat kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat veriləcəyini deyib: "1 kv.m üçün 1500 manat təklifi qüvvədə qalır. Kimi bu qiymət qane etmirsə, onlarla işimiz yoxdur, evlərində yaşasınlar. Bizim son qərarımız budur. Nəzərə alınsa ki, mövcud qanunlarımıza görə əhali yalnız razılıqla köçürülə bilər, kim razıdırsa, vəsaitini alsın, istəməyən halallıqla yaşasın. Heç kim zorla köçürülməyəcək, köçürülməyəcəklərsə, yol da tikiləsi olmayacaq".

Dövlət Şəhərsalma Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr informasiya şöbəsinin müdiri Cahangir Qocayev "Sovetski"nin sökülməsinin bu günün məsələsi olmadığını deyib. Onun sözlərinə görə, "Sovetski"nin abadlaşdırılması Bakının sovet dövründəki baş planında belə gündəmdə olub. C.Qocayev sözügedən ərazinin sökülməsi ilə bağlı məsələnin 1969-cu ildə Bakıda sel olan zaman daha da ciddiləşdiyini bildirib. O, oradakı evlərin divarlarını tikərkən sementdən deyil, gildən digər vasitələrdən istifadə olunduğunu diqqətə çatdırıb: "Bu səbəbdən 1969-cu ildə Bakıda sel olduğu zaman evlərin divarlarının çoxu yararsız hala düşmüşdü. Belə olan halda insanların həmin ərazidən köçürülməsi zərurəti yarandı. Lakin sovet dövründə onu etmək üçün vəsait yetərli deyildi. Bunun üçün vəsait Moskva tərəfindən ödənilməli idi. Amma buna baxmayaraq, insanların müəyyən hissəsi oradan köçürülmüşdü. Bu gün "Sovetskini" gəzsək, o zaman zərərçəkən evlərin xarabalıqlarını görə bilərik. 1985-2005-ci illəri əhatə edən Bakının baş planında da həmin ərazilərin sökülməsi gündəmdə idi. Bu planda şəhərin mərkəzi hissəsində xiyabanın salınması nəzərdə tutulmuşdu. Plana görə, Dəmir Yol Vağzalından Elmlər Akademiyasının binasına qədər ərazidə xiyaban salınmalı idi. Amma bu, müəyyən səbəblərə görə baş tutmadı. Lakin müstəqillik qazandıqdan sonra Bakı ilə bağlı yeni plan, yəni Böyük Bakı Regional İnkişaf Planı işlənəndə həmin ərazilərin qiymətləndirilməsi məsələsi ortaya çıxdı. Qiymətləndirmə zamanı məlum oldu ki, şəhərin mərkəzi hissəsində adam başına düşən yaşıllığın həcmi son dərəcədə aşağıdır. Hər tərəf tikili olduğundan yaşıllığı artırmaq üçün mütləq söküntü işləri aparmaq lazım idi".

Şöbə müdiri söküləcək ərazilərdə yaşıllıq işlərinin aparılacağını qeyd edib. Onun sözlərinə görə, söküləcək ərazilərdə yalnız  abidə xarakterli, texniki cəhətdən tələblərə cavab verən, tarixi əhəmiyyət daşıyan, memarlıq estetik görünüşü yüksək olan binalar saxlanılacaq: "Bütün bunların 2030-cu ilə qədər reallaşması nəzərdə tutulur. Bu mərhələli şəkildə aparılacaq. İnsanların bu cür hallarla razılaşması üçün maarifləndirmə işləri aparırıq. Çalışırıq ki, onların özləri bu işdə yaxından iştirak etsinlər. Daha gəlib deməsinlər ki, bizi buradan köçürtdülər. Həmin ərazidə yaşayan insanlar məsələnin mahiyyətini dərk etməlidirlər. Onlar bilməlidirlər ki, "Sovetski" ya digər ərazilərdə müvafiq planlaşdırma sənədi ilə insanların köçürülməsi, onların həyat fəaliyyəti üçün sağlam, təhlükəsiz şəraitin yaradılması məqsədi daşıyır. Təbii ki, görüləcək işlər planlı şəkildə baş tutacaq. İlk növbədə plan hazırlanıb, müzakirə olunacaq. Həmin plan mütləq şəkildə ictimaiyyətə təqdim olunmalı onlar tərəfindən bəyənilməlidir. Yalnız bundan sonra plan reallaşdırıla bilər. Bu istiqamətdə işlər davam edir. Biz kiminsə mülkiyyətinin güclə sökülməsinin tərəfdarı deyilik. Həmin ərazidə evlərə olduğundan yüksək qiymət verilir   sahiblərə yeni mülk almaq üçün şərait yaradılır".

"Sovetski"nin həm ictimai əhəmiyyətli mərkəzə çevriləcəyini deyən C. Qocayev bunları söyləyib: "İndiyə qədər insanlar kütləvi gəzinti yeri kimi Milli park ya Dağüstü Parkdan istifadə edirdilər. Lakin 20 Yanvar faciəsindən sonra Dağüstü Parkın mahiyyəti dəyişdi. Bu baxımdan "Sovetski" qurulacaq park insanların istirahəti gəzintisi üçün ictimai mərkəzə çevriləcək".

AQİL

 





07.03.2014    çap et  çap et