525.Az

"Səhər" kanalının müxbirinin azad olunması xəbəri yalan çıxdı


 

"Səhər" kanalının müxbirinin azad olunması xəbəri yalan çıxdı

İranın “Səhər” kanalının müxbiri Anar Bayramlı azadlığa buraxılması barədə “islamazeri.az” saytının yaydığı xəbər doğru çıxmayıb.

Lent.az-ın məlumatına görə, bu gün səhər adıgedən sayt “Səhər” telekanalının müxbiri Anar Baramlının vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı xəbər yaymışdı. Qeyd edək ki, Anar Bayramlı Binəqədi rayon məhkəməsi qərarı ilə 2 il azadlıqdan məhrum edilmişdi. Lakin sonradan Apellyasiya Məhkəməsinə edilən şikayət ərizəsi verən jurnalistin cəzası azaldılaraq 1 ilə endirilmişdi.

Məlumatı dəqiqləşdirmək üçün Binəqədi rayon Məhkəməsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxladıq. Hər iki qurumdan Bayramlının həbsdən azad edilməsi ilə bağlı xəbərin doğru olmadığını bildirdilər.

Jurnalistin vaxtından əvvəl azad edilməsi faktını onun qardaşı Yaşar Bayramov da təkzib edib. Y.Bayramov "Salamnews"-a deyib: “Mən Anarın buraxıldığını mətbuatdan oxudum. Amma bu, belə deyil. Anar buraxılmayıb və yayılan məlumatlar həqiqəti əks etdirmir”.

APA-nın məlumatına görə, Anar Bayramlının vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinə baxılıb. Amma A. Bayramlının müraciəti təmin olunmayıb.

 





05.09.2012    çap et  çap et