525.Az

“Eurovision 2013”ün seçim turları başladı


 

“Eurovision 2013”ün seçim turları başladı<b style="color:red"></b>

Azərbaycan 2013-cü ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsinə təmsilçi seçiminə başlayır.

APA-nın məlumatına görə, artıq bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) yaşı 16-dan yuxarı olan gənclərin sənəd qəbuluna start verib.

Sənəd qəbuluna oktyabrın 15-dən başlanıb və proses oktyabrın 25-dək davam edəcək. “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən milli seçimlərdə iştirak etmək istəyənlər sənədləri İTV-də Təşkilat Komitəsinə təqdim edə bilərlər.

 





18.10.2012    çap et  çap et