525.Az

Mikayıl Abdullayevin yaradıcılığı “Xalq Əmanəti”nin yubiley nəşrində (Fotolar)


 

Mikayıl Abdullayevin yaradıcılığı “Xalq Əmanəti”nin yubiley nəşrində <b style="color:red">(Fotolar)</b>

GÖRKƏMLİ RƏSSAMIN HƏYAT SƏNƏT YOLU MİLLİ MƏDƏNİYYƏTİN TƏBLİĞİNƏ YÖNƏLMİŞ LAYİHƏNİN 10-cu BURAXILIŞINDA GENİŞ ƏKS ETDİRİLİB 

 

 

Azərbaycanda son illər mədəniyyətlə, xalqımızın mədəni-mənəvi irsi ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilməkdədir. Onlardan bəziləri ardıcıl, davamlı şəkildə gerçəkləşdirilməklə xoş bir ənənə halını alır, ölkənin mədəni gündəmində öz layiqli mövqeyini uzun müddət qoruyub saxlayır. Bu isə öz növbəsində Azərbaycan mədəniyyətinin təbliğinə, onun qorunub gələcəyə ötürülməsi işinə təkan verir. Belə layihələr sırasında bugünlərdə 4 yaşı tamam olanXalq Əmanətilayihəsinin xüsusi yeri var.

 

2010-cu ilin mart ayındaXalq BankASC, Azərbaycan xalqının mədəni irsinin qorunaraq gələcək nəsillərə çatdırılması yönündə xidmət naminə, “Xalq Əmanətisosial-mədəni layihəsinin həyata keçirilməsinə qərar verib. Dörd ildən bəri uğurla həyata keçirilənXalq Əmanətimilli mədəniyyətimizi, onun tarixini, ədəbiyyatını, incəsənətini elmini, eyni zamanda, bütün bu sahələrdə misilsiz nailiyyətlərə imza atmış görkəmli xadimlərin ömür fəaliyyət yolunu yüksək səviyyədə əks etdirən dəyərli bir layihəyə çevrilib.

 

Layihə çərçivəsində Azərbaycanın böyük rəssam şairlərinin həyat yaradıcılığını əks etdirən bədii albomlar, poetik toplular işıq üzü görüb, “Azərbaycan sikkələrielmi-tarixi tədqiqat işi nəşr edilib. Bankın Bakı Gəncə şəhərlərində yerləşən binalarında görkəmli rəssamlarımızın sərgiləri təşkil olunub. Layihə üzrə nəfis şəkildə hazırlanıb ərsəyə gətirilən bütün nəşrlər hədiyyəlik olması üç dildəAzərbaycan, ingilis, rus dillərində çap edilməsi ilə əlamətdardır. Həmin nəşrlər ölkənin ali orta təhsil müəssisələrinə, uşaq evləri kitabxanalara, müxtəlif fondlara, dövlət idarələrinə, müxtəlif dövlətlərin ölkəmizdəki Azərbaycanın ayrı-ayrı ölkələrdəki səfirlik   konsulluqlarına, eləcə çox sayda sənətsevərə hədiyyə olunur. Bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova Mahmud Tağıyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk Qorxmaz Sücəddinovun əsərlərindən ibarət sərgilər keçirilib, onların əsərlərindən ibarət bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz Hüseyn Arifin, eləcə unudulmaz şairimiz Mikayıl Müşviqin seçilmiş əsərləri, həmçinin görkəmli alim-numizmat, professor Əli RəcəblininAzərbaycan sikkələrikitabı da məhzXalq Əmanətikimi hazırlanaraq işıq üzü görüb. Vurğulanmalı bir mühüm cəhət budur ki, “Xalq Əmanətiüzrə nəşrlərin təqdimat mərasimləri, təşkil edilən sərgilər Azərbaycanın adlı-sanlı sənət adamlarının, tanınmış ziyalılarının bir araya gəldikləri, xoş əhval-ruhiyyə ilə səmimi fikir mübadiləsi apardıqları doğma, munis mühitə çevrilir. 

 

Xalq Əmanətinin bir neçə gün əvvəl, fevralın 28- keçirilən onuncuyubiley buraxılışı Azərbaycanın böyük fırça ustası, Xalq rəssamı, Beynəlxalq Cəvahirləl Nehru Mükafatı laureatı Mikayıl Abdullayevin həyat yaradıcılığına həsr olunub. Təsviri sənətimizin inkişafında mühüm xidmətləri olan bu görkəmli sənətkarın rəngkarlıq qrafika janrında yaratdığı möhtəşəm əsərlər milli incəsənətimizin dünya rəssamlığının çox qiymətli nümunələridir. Dünyanın bir çox ölkələrinin muzeylərində dəyərli eksponatlar kimi saxlanılan Mikayıl Abdullayev yaradıcılığının əsrarəngiz örnəkləri həmin ölkələrdə milli mədəniyyətimizin daimi təbliğatçılarıdır. Bu əsərlərdə vətənimizin əsrarəngiz təbiəti, şanlı tarixi, milli-mənəvi dəyərləri, Azərbaycan insanının zahiri mənəvi məziyyətləri böyük məharətlə təsvir olunub.

 

Müxtəlif janrlarda çeşidli sənət inciləri yaratmış Mikayıl Abdullayevin yaradıcılığında Bakı metrosununNizamistansiyasının interyerinin tərtibatı xüsusi yer tutur. Onun yaradıcı zəkasının məhsulu kimi stansiyanın divarlarında əks olunan təsvirlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır. Metronun bu stansiyası yeraltı qalereya təəssüratı yaradır onun seyrinə dalan hər bir sənətsevəri valeh edir.

 

Ölməz sənətkarımızın milli teatr rəssamlığının inkişafında da önəmli xidmətləri olub. O, “Leyli Məcnun”, “Koroğluoperalarına, NiyazininÇitrabaletinə gözəl bədii tərtibat verib. Təsadüfi deyil ki, görkəmli bəstəkarımız Fikrət Əmirov M.Abdullayevibəstəkar ürəkli rəssamadlandırıb. Onun yaratdığı məktəbin yetirmələri olan onlarla sənətkar bu gün milli rəssamlıq sənətimizin inkişafına uğurla, fədakarlıqla xidmət etməkdədir.

 

Layihə çərçivəsində keçirilən digər mərasimlərdə olduğu kimi, “Xalq Əmanətinin Mikayıl Abdullayevə həsr olunan buraxılışının təqdimatına da Azərbaycanın məşhur mədəniyyət incəsənət adamları, alimlər, media nümayəndələri toplaşıblar.

 

Tədbir iştirakçılarından Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov mərhum həmkarını ehtiramla yad edərək, onun yaradıcılığından rəğbətlə söz açıb. Ö.Eldarov bildirib ki, M.Abdullayev doğma Azərbaycanın gəzib-gördüyü neçə-neçə ölkənin təbiət mənzərələrini, insanlarını böyük məhəbbətlə təsvir etməklə qeyri-adi əsərlər yaradıb.

 

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli  M.Abdullayevin həm şəxsiyyəti, həm yaradıcılığı barədə yüksək fikirlər söyləyib, onun əsərlərindən ibarət kitabınXalq Əmanətiçərçivəsində nəşr edilməsini alqışalayiq addım kimi dəyərləndirib.

 

Xalq rəssamı Arif Hüseynov Mikayıl Abdullayevi Azərbaycan rəssamlıq tarixində özünəməxsus yol açmış ustad sənətkar adlandırıb: ”Mən xoşbəxtəm ki, onun tələbəsi olmuşam. Ondan çox şey öyrənmişəm bütün bunlara görə Mikayıl müəllimin ruhuna minnətdaram”.

 

Xalq rəssamları Ağaəli İbrahimov, Səlhab Məmmədov, AMEA-nın müxbir üzvü Teymur Kərimli, Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi, şair Çingiz Əlioğlu digər mərasim iştirakçıları da Mikayıl Abdullayevin özü sənəti haqqında böyük məmnunluqla söz açıblar.

 

ÇıxışlardaXalq Əmanətinin milli mədəniyyətimizin təbliğinə xidmət edən önəmli layihə olduğu vurğulanıb.

 

Mikayıl Abdullayevin əsərlərindən ibarət ekspozisiyaXalq Bankın Bakı şəhəri, İnşaatçılar prospekti 22L ünvanında yerləşən Baş Ofisində martın 1-dən iyunun 10-dək nümayiş olunacaq. Gəncə şəhəri Zərrabi küçəsi 4 ünvanındakıGəncəfilialında isə martın 10-dan iyunun 10-dək sərgilənəcək. Sərgiləri günləri saat 18.00-dan 21.00-dək, şənbə bazar günləri isə saat 10.00-dan 16.00-dək ziyarət etmək mümkündür giriş sərbəstdir.

 

S.ABDULLAYEVA





 

 





08.03.2014    çap et  çap et