525.Az

Böyük Turan aşiqi Mədəniyyət və İncəsənət Universitetində anılıb


 

Böyük Turan aşiqi Mədəniyyət və İncəsənət Universitetində anılıb <b style="color:red"></b>

Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU) ictimai xadim, tanınmış maarifçi yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.

 

Universitetdən verilən məlumata görə, tədbirdə çıxış edən ADMİU-nun rektoru, əməkdar elm xadimi Timuçin Əfəndiyev elmi sessiyanın Prezident İlham ƏliyevinƏli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014- il 21 yanvar tarixli sərəncamına əsasən keçirildiyini bildirib: “ Əli bəy Hüseynzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan eyni zamanda türk xalqlarına yol göstərən müxtəlif elm sahələrində dəyərli əsərlər yaradan tarixi şəxsiyyətlərdəndir. Onun zəngin irsi dünyagörüşü sübut edir ki, ictimai fikir sahəsində böyük kəşflər elmlərin qovşağında baş verir. Çünki Əli bəy Hüseynzadə fizika-riyaziyyat ilə yanaşı, tibb elmləri üzrə dünyanın ən qabaqcıl universitetlərindən birini bitirib. O, publisistikada böyük söz sahibi, insan həyatının müxtəlif sahələrini öyrənmək ona yol göstərməkdə misilsiz tarixi simadır”.

 

Əli bəy Hüseynzadənin əsasən mədəniyyət konsepsiyasından danışan rektor bu görkəmli mütəfəkkirin milli mücadilə tariximizdə misilsiz xidmətlər göstərdiyini qeyd edib. O, xalqımıza, türklərə islam mənəviyyatına edilən basqılara qarşı həmişə öz haqq səsini ucaldıb.. Bu nadir sima türkçülüyün, islam dünyasının azadlığı uğrunda mübarizəyə başlayanda ilk növbədə, insanlığı, humanizm fəlsəfəsini əsas götürüb.

 

Görkəmli ictimai xadiminTürklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlarsözlərini diqqətə çatdıran natiq deyib ki, Əli bəy Hüseynzadənintürkləşmək, islamlaşmaq, müasirləşməkçağırışı bilavasitə maarifçi görüşlər üzərində bərqərar olub. “Füyuzatjurnalının məramnaməsindən göründüyü kimi, böyük mütəfəkkir rus Avropa müəlliflərinin müxtəlif əsərlərinin, o cümlədən elmi nümunələrinin tərcümə edilməsində maraqlı olub. Bu, islam maarifçiliyininavropalaşdırılması”, yaxud müasirləşdirilməsi kimi qəbul edilə bilər.

 

Elmi sessiyadaƏli bəy Hüseynzadə müasirləşmə paradiqmaları”, “Əli bəy Hüseynzadə XX əsrin əvvəllərində mədəni- tarixi proses”, “Əli bəy Hüseynzadənin siyasi-ideoloji fəaliyyətində türkçülük-turançılıq prinsipləri”, “Əli bəy Hüseynzadənin rəssamlıq fəaliyyətimövzularında məruzələr dinlənilib.

 

Vurğulanmışdır ki, bu görkəmli mütəfəkkirin düşüncələri bütün dövrlərdə aktualdır. Ə.Hüseynzadə ömrü boyu türkün tərəqqisi naminə ümumtürk mənəvi dəyərlərini tədqiq təbliğ etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, rənglərinin formalaşmasında bu tarixi şəxsiyyətin böyük rolu olub.

 

Tədbirdə Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadənin kövrək, səmimi söhbəti iştirakçıların marağına səbəb olub.

 

S.ABDULLAYEVA

 

 





08.03.2014    çap et  çap et