525.Az

“Yazıçı”nın yeni sayı Əli bəy Hüseynzadəyə həsr edilib


 

“Yazıçı”nın yeni sayı Əli bəy Hüseynzadəyə həsr edilib <b style="color:red"></b>

“Yazıçı” dərgisinin növbəti sayı Azərbaycanın ictimai fikir tarixinin görkəmli nümayəndəsi, tanınmış maarifçi, yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunub. Dərginin üz qabığında Məhəmməd Əmin Rəsulzadə Cəlil Məmədquluzadənin yazıları verilib.

 

Dərgidə professorlar Ali Haydar Bayat, Turan Yazqan, Xalq yazıçısı Anar, professor Teymur Əhmədov, Akçura Yusif, şair Məmməd İsmayıl, Kamil Vəli Nərimanoğlu, millət vəkili Fazil Qəzənfəroğlu, Xanəmir Telmanoğlu, Teymur Kərimli, əməkdar incəsənət xadim Ziyadxan Əliyev, Elman Mustafa, Orxan Arasın ədib haqqında qələmə aldıqları yazılar öz əksini tapıb. Jurnalda həmçinin mərhum şair-publisist Tofiq Abdinin Əli bəy Hüseynzadənin övladları ilə müsahibəsi dərc edilib. Dərgidə həmçinin görkəmli maarifçinin müxtəlif dönəmlərdə çəkilmiş fotoları da yer alıb.

 

S.ABDULLAYEVA

 

 





08.03.2014    çap et  çap et