525.Az

Çağdaş teatr prosesləri: zaman müstəvisində baxış (Teatr və rəssamlıq)


 

Çağdaş teatr prosesləri: zaman müstəvisində baxış <b style="color:red">(Teatr və rəssamlıq)</b>

Üçüncü yazı: Teatr rəssamlıq

Bəlli olduğu kimi, Azərbaycan teatr-dekor sənəti zəngin tarixə malikdir. Teatr ilə rəssamlıq sənətini birləşdirən bu klassik incəsənət sahəsi milli mədəniyyətimizin mühüm qaynaqlarından birini təşkil edir.

Teatr-dekor sənətimizin tarixi inkişaf xüsusiyyətləri bugünü haqqında söz açmazdan öncə qloballaşan dünyamızın müasirliyə mədəni irsə olan münasibətlərinə nəzər salaq.

Bu gün qloballaşma sosial-mədəni inteqrasiya prosesləri hər bir ölkədə özünü büruzə verməkdədir. Yeni informasiya texnologiyalarının inkişafı, internetin geniş yayılması ölkələri xalqları bir-birinə çox yaxın etmişdir. Belə bir şəraitdə milli-mənəvi dəyərlərimizi dünya miqyasında təbliğ etmək üçün əlverişli imkan yaranmışdır biz bundan istifadə edirik. Lakin milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin qorunması, qloballaşan dünyada ənənələrimizin yaşaması yaradıcılıqla inkişaf etdirilməsi problemi bizi dərindən düşündürməlidir. Bu problem mədəniyyətin digər sahələri ilə yanaşı, teatr-dekor sənətinə aid edilə bilər. Vaxtilə milli teatr-dekor sənətimizi Rüstəm Mustafayev, Nüsrət Fətullayev, Əyyub Fətəliyev, həmçinin korifey sənətkarlarımız Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov başqaları inkişaf etdirmişlər. Bu gün Nazim Bəykişiyev, Tahir Tahirov kimi sənətdə öz sözünü demiş rəssamlarımız səhnəqrafiya sahəsində çalışırlar. Qloballaşma şəraitində məhz bu ənənələr qorunmalı, inkişaf etdirilməli, dünya birliyi qarşısında təbliğ olunmalıdır. İnteqrasiya prosesləri ilk növbədə mədəni irsimizin təbliğinə bugünkü inkişafına xidmət etməlidir. Bu, yad təsirlərdən qorunmaqda, sənətdə zaman-zaman özünü büruzə verən mənəvi cılızlaşmadan qurtulmaqda cəmiyyətimizə kömək edər. 

Mütərəqqi Avropa rus teatrı zəminində təşəkkül tapan milli səhnəqrafiyamız yarandığı ilk dövrlərdən etibarən dolğun, həyati təsir bağışlamışdır. XIX əsrin sonuXX əsrin əvvəllərində dünya teatr prosesləri, səhnəqrafiyanın peşəkar imkanlarının dərinləşməsi, yeni bədii üslub formaların yaranması milli səhnəqrafiyamıza da təsirsiz ötüşməmişdi. XIX əsrin sonuXX əsrin əvvəllərində Avropa rus teatrında bədii simvolikanın təcəssümü, psixoloji ifadə tərzinə maraq  səhnəqrafiyanın əsas bədii-estetik xüsusiyyətlərindən birinə çevrilmişdi. V.Meyerxold, M.Reynhardt kimi novatorçu rejissorlar rəssamlardan elə tərtibat istəyirdilər ki, o, quruluşun ideya-estetik əsasını psixoloji, ekspressiv formalarda təcəssüm etdirə bilsin. Rusiyada dramaturji qəhrəmanın mənəvi durumunu bədii tərtibatın peşəkar xüsusiyyətləri (həcm, işıq-kölgə, rənglər s.) vasitəsilə əks etdirənpsixolojidekorasiyalar Bədaye Malı teatrlarda həqiqi yüksəliş səviyyəsinə çatmışdı. XX əsrin əvvəllərində bu teatrların işi ilə yaxın tanışlıq imkanı əldə edən Azərbaycan teatr rejissorları həmin mütərəqqi ənənələri milli teatr sənətimizə tətbiq etmək üçün rəssamla daha dərin yaradıcılıq ünsiyyəti qurmağın zəruriliyini başa düşürdülər. İlkin mərhələdə Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, sonralar Adil İsgəndərov, Məhərrəm Haşımov başqa rejissorlar müxtəlif teatrlarda yaradıcı kollektivin daha sıx birliyi qurmasına xüsusi önəm verirdilər.

Azərbaycanda peşəkar teatr sənətinin yarandığı ilk dövrlərdə səhnəqrafiya ilk addımlarını atırdı. Rəssamlar səhnə sənətinin ictimai məzmununun əhəmiyyətini yaxşı başa düşür tamaşaların tərtibatında milli xüsusiyyətləri əks etdirməyə çalışırdılar.

Milli teatr-dekor sənətinin təməl daşlarını Əlibəy Hüseynzadə, Əzim Əzimzadə, Bəhruz Kəngərli qoymuşlar. Hələ 1908-ci ildə ilk operamız olanLeyli Məcnunsəhnəyə qoyularkən onun bədii tərtibatını Əlibəy Hüseynzadə hazırlamışdı. Bundan bir qədər sonra Cəlil Məmmədquluzadənin ölməzÖlülərəsəri səhnələşdirilərkən, tamaşanın rəssamlıq tərtibatını Əzim Əzimzadə vermişdi. Bəhruz Kəngərli Azərbaycanın ilk teatr məbədlərindən olan Naxçıvan teatrı ilə sıx yaradıcılıq əlaqələrinə malik idi. Sənətkar bu teatrda bir çox tamaşaların hazırlanmasında quruluşçu-rəssam kimi iştirak etmişdi. Bütün bunlar XX əsrin ilk iki onilliyinə təsadüf edir. Qısa zaman kəsiyindən sonra Azərbaycan teatrının ümumi inkişafı məcrasında teatr-dekor sənəti inkişaf etməyə başladı. Milli teatr rəssamlarımızla yanaşı, rus teatr rəssamlarıQ.Yakulov, P.Uzunov, V.İvanov başqaları da səhnəmizdə fəaliyyət göstərirdilər. 20-30-cu illərdə Rüstəm Mustafayev, Qəzənfər Xalıqov, Nüsrət Fətullayev, Sadıq Şərifzadə, Bədurə Əfqanlı, İsmayıl Axundov kimi teatr rəssamlarımız səhnəqrafiyanın inkişafında xüsusi rol oynamışdı. Həmin dövrdə  Aleksandr Tuqanov, Adil İsgəndərov, İsmayıl Hidayətzadə başqa rejissorlar teatr sənətinin hərtərəfli inkişafı üçün müxtəlif sahələrinaktyor ifasının, geyim tərtibatının, butaforiyanın, dekorasiyanın, işıqlandırmanın, musiqinin qarşılıqlı əlaqəsini möhkəmləndirirdilər. Misal üçün, Adil İsgəndərov Nüsrət Fətullayev, İsmayıl Axundov kimi rəssamlara ayrı-ayrı tamaşaların səhnə tərtibatını tapşırmışdı. Hələ 30-cu illərdə Nüsrət Fətullayev Hüseyn CavidinŞeyx Sənan”, Cəfər Cabbarlının Almas”, Səməd VurğununVaqiftamaşalarının rəssamı olmuşdu. Elə həmin dövrdə İsmayıl Axundov Mirzə Fətəli AxundzadəninHacı Qara”, Cəfər CabbarlınınYaşar”, Səməd VurğununVaqiftamaşalarına bədii tərtibat vermişdi. Beləliklə professional səhnəqrafiyamız yetişməyə başladı.

Klassik inkişaf dövründə ənənəvi teatr rəssamları olan Rüstəm Mustafayev, İzzət Seyidova, Bədurə Əfqanlı, İsmayıl Axundov, Sergey Yefimenko, Nüsrət Fətullayev, Sadıq Şərifzadə, Əyyub Fətəliyev başqaları ilə yanaşı, dəzgah rəngkarlığı ilə məşğul olan tanınmış rəssamlar da bu sahəyə maraq göstərirdilər. Mehdi Məmmədov, Tofiq Kazımov, Əliheydər Ələkbərov başqa rejissorlar Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov kimi korifey sənətkarları səhnəqrafiyaya cəlb etmişdilər.

Teatr-dekor sənətində diqqəti cəlb edən əsas məqamlardan biri yaradıcılıq ənənələrin inkişaf etdirilməsidir. Azərbaycan teatr-dekor sənəti tarixində bir çox tamaşaların ayrı-ayrı rəssamlar tərəfindən fərqli tərtibat nümunələri olmuşdur bu proses bu gün davam edir. Misal üçün, “Koroğluoperasına müxtəlif dönəmlərdə Rüstəm Mustafayev, Əyyub Fətəliyev, Tahir Salahov, Mikayıl Abdullayev başqa rəssamlar bədii tərtibat vermişlər. Hər bir rəssam tərtibata özünəməxsus yeni çalarlar daxil etməklə Azərbaycan səhnəqrafiyasındaKoroğlutərtibatları qalereyasını bədii-estetik baxımdan daha da zənginləşdirmişdir. 30-cu illərdə Rüstəm Mustafayevin bədii konstruktivizmi bir müddət sonra Əyyub Fətəliyevin irihəcmli dekorlara istinad edən dolğun parlaq məkan həlli formaları ilə əvəzləndi. Lakin Əyyub Fətəliyev özündən əvvəlkiKoroğlutərtibatı prinsiplərini inkar etmədi, konstruktivizmin tələb etdiyi zahiri formaları bədii-estetik, həyati təsir bağışlayan parlaq səhnə elementləri ilə zənginləşdirdi. Bundan sonra Tahir Salahov artıq formalaşmış ənənələrə istinad edərək yeni bədii ölçü sistemi yaratdı, “Koroğlutərtibatına öz yaradıcılığına xas olan monumental-dekorativ formalar gətirdi. Mikayıl AbdullayevKoroğlutərtibatına əvvəllər mövcud olmayan lirik mahiyyət daxil etdi, Koroğlunun şair aşıq təbiətini, sevimli Nigarına olan saf duyğularını qəhrəmanlıq motivləri ilə üzvi surətdə birləşdirdi, tərtibatda daha çox rəngdən məharətlə istifadə etdi. Bu tərtibatlar onillər boyu formalaşmış, ənənələr novatorluq zəminində formalaşmış bədii təkamül nümunəsidir. Belə uğurlu nümunələrin sayını xeyli çoxaltmaq olar.

Teatr-dekor sənətimizin bugünü haqqında fərqli fikirlər səsləndirilir. Onların məzmunu əsasən teatr sənətinin ümumi problemləri ilə üst-üstə düşür. Başqa sözlə, teatr sənətinin vəziyyəti, onun cəmiyyətdəki reytinqi teatr-dekor sənətinə birbaşa təsir göstərir.

Çağdaş teatr-dekor sənətimizin ümumi mənzərəsi necədir? Bu sual birmənalı qarşılanmır. Bu gün teatr sənətinin mənəvi böhran keçirməsini iddia edənlər , bu sənətin yeni inkişaf dövrünə qədəm qoyduğunu təsdiq edənlər var. Teatr hər zaman yaşadığımız cəmiyyətin güzgüsü olmuşdur. Əgər cəmiyyət vaxtilə düşmüş olduğu maddi-mənəvi böhrandan qurtularaq sabitlik, tərəqqi yollarına çıxa bilibsə, bu mütləq teatrın tərəqqisində öz əksini tapmalıdır.

Bu mənada çağdaş dönəmdə teatr sənətinin əslində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyənlərlə razılaşmamaq olmaz. Ədalət naminə deməliyik ki, teatr sənətinin inkişafı, öz keçmiş nüfuzunu bərpa etməsi hələlik biz istədiyimiz səviyyəyə yüksəlməmişdir. Lakin mədəni mühitdə, cəmiyyətdə cərəyan edən proseslərin təhlili bu sahədə müsbət dinamikanın formalaşdığını göstərir.

Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, səhnəqrafiya sənətimiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Doğrudur, bu gün görkəmli rəssamlarımız bir vaxtlar olduğu kimi teatrla yaradıcılıq əlaqələri qurmağa o qədər meyilli deyil. Lakin bunu birmənalı olaraq tənəzzül kimi dəyərləndirmək düzgün olmazdı. Çağdaş dönəmdə çoxsaylı teatrların yaranması, müxtəlif qayəli teatr düşüncələrinin bədii təfəkkürdə yer alması səhnəqrafiyaya olan rejissor tamaşaçı tələblərini sayca həm çoxaltmış, həm ideya-estetik baxımdın mürəkkəbləşdirmişdir. Eyni zamanda məkanın sadələşdirilməsi prinsipi müasir səhnəqrafiyanın əsas kompozisiya keyfiyyətlərindən birinə çevrilməkdədir. Zahirən sadə formalara müraciət edən, simvolikadan yararlanan rəssam rejissor quruluşun vizual təcəssümündən daha əhatəli fəlsəfi-psixoloji tutum təsir tələb edirlər. Belə effektli yaradıcılıq nümunələrinəYug”, “Pantomima”, Gənclər teatrlarında, “Ünsyaradıcılıq səhnəsində, bəzi digər teatrlarda təsadüf etmək olar.

Müasir teatr rəssamlarının gerçəkləşdirdiyi tamaşalara nəzər saldıqda, peşəkarlıq səviyyəsinin kifayət qədər yüksək olduğunu, novatorçu meyllərin səhnədə cəsarətlə öz təcəssümünü tapdığını görürük. Xarakterik haldır ki, müasir rəssamlıq ənənələrinə istinad edən yenilikçi təmayüllər təkcə gənc nəslə aid deyil. Yaxın keçmişdə Ağarəhim Əliyev, Elçin Məmmədov kimi təcrübəli teatr rəssamlarının səhnə tərtibatında müasirliyin ideya-estetik görüşlərindən irəli gələn, əsərin məzmununu, rejissor düşüncəsini dolğun əks etdirən orijinal bədii vasitələr yer almışdır. Ənənəvi ifadə vasitələri ilə novatorçu təmayüllərin qovşağında qərarlaşan bədii formalar 80-90- illərdə, eləcə 2000-ci illərdə milli teatr-dekor rəssamlığının əsas xüsusiyyətlərinə çevrilmişdi. Bu xüsusiyyətlər (neokonstruktivizm, simvolika, postmodern, funksionalizm, plastik avanqard s.) çağdaş səhnəqrafiyanın həm gənc, həm orta yaşlı nəslini təmsil edən nümayəndələrinin yaradıcılığında növbəti bədii inkişaf mərhələsi təşkil edir. Sadə formalara müraciət etməklə məkanda bədii-kostruktiv ab-hava yaradan bu üslub tərzi Ağarəhim Əliyev, qismən  Tahir Tahirov kimi rəssamların ayrı-ayrı tərtibat işlərində nəzərə çarpır.

Müasir Azərbaycan teatr-dekor sənəti sənət peşəkarlığını inkişaf etdirmək məqsədilə xarici ölkələrin teatrları ilə təcrübə mübadiləsi aparır. Azərbaycanın bir çox teatr rəssamları xarici ölkə teatrlarında yaradıcılıq səfərlərində olur. Bu müsbət tendensiya daha çox MDB ölkələri, eləcə qardaş Türkiyə ilə mədəni münasibətlərin gerçəkləşdirilməsində özünü büruzə verir. 

Teatr-dekor sənətinin inkişafını təmin edən əsas şərtlərdən biri peşəkar təhsillə bağlıdır. Bu gün Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında teatr-dekor rəssamı ixtisası üzrə istedadlı gənclər təhsil alır.

Hazırda səhnəqrafiyaya gənclərin cəlb edilməsi problemi kifayət qədər aktualdır. Böyük sənət ənənələrinə malik olan Azərbaycan səhnəqrafiyası  yeni dövrün doğurduğu tələblərlə ayaqlaşmaq üçün  sözsüz ki, gənclərin gəlişinə möhtacdır. Əlbəttə, bu gün teatrlarda kifayət qədər güclü potensiala malik yaradıcı gənclər, o cümlədən gənc rəssamlar çalışır. Lakin bir çox hallarda teatr-dekor ixtisasına yiyələnmiş gənc kadrlar öz sahəsi üzrə işləməyə tələsmir, sənətin başqa sahələrinə üz tuturlar. Baxmayaraq ki, teatr-dekor rəssamı ixtisasına yiyələnən gənclərimiz kifayət qədərdir. Gəncləri teatra cəlb etmək üçün teatrın yaradıcılıq təşkilati imkanlarını genişləndirmək, xarici teatrların özünü doğruldan təcrübəsi ilə tanış olmaq, bundan yararlanmaq lazımdır. Bu gün teatrlarımız dünyanın bir çox yaradıcı kollektivləri ilə qarşılıqlı əlaqələrə malikdir. Bu əlaqələrin inkişaf etdirilməsi gəncləri səhnəqrafiyaya daha intensiv surətdə cəlb edə bilər.  

Azərbaycan teatr rəssamlığı çağdaş dünya səhənqrafiyasında gedən yaradıcılıq proseslərindən bəhrələnməklə yanaşı, həm onillər boyu formalaşmış sənət ənənələrini inkişaf etdirir. Teatrın quruluşun dramatik psixoloji səciyyəsinin, ideya-estetik əsasının vizual vasitələrlə dolğun əks etdirilməsi hər zaman olduğu kimi, bu gün səhnəqrafiyanın diqqət mərkəzindədir. Tahir Tahirov, Ağarəhim Əliyev, İsmayıl Məmmədov, Nazim Bəykişiyev başqa rəssamların uğurlu, orijinal tərtibat işləri səhnəqrafiyanın çağdaş dönəmdəki inkişafının göstəricisidir. Bu digər rəssamların yaradıcılığı çağdaş qloballaşma mədəni inteqrasiya dönəmində Azərbaycan səhnəqrafiyasının inkişafını təmin edir.

 





10.03.2014    çap et  çap et