525.Az

Con F.Kennedi: “Mərdliyin profilləri” (davamı)


 

İngiliscədən Telman Orucov tərcümə edib

Con F.Kennedi: “Mərdliyin profilləri”<b style="color:red">  (davamı)</b>

 

 

Lakin o, öz düşmənlərini itaətliliklərinə görə biabır edə bilmirdi. 1849-cu ilin dekabrında anti-Benton liderləri bəyanat verib, veteran Senatoraehtiyatlılığı olmayan, şərəfsiz prinsipsiz, əxlaqsız, qərəzli söyüşcül yalançıyarlığını vurdular, guya o, eqoist niyyətlərinə görə öz partiyasını satmağa cəhd göstərir”. Konqress yenidən yığıldıqda Kalhoun Demokratik partiya müşavirəsində uğur qazanmaqla, təkcə xarici işlər komitəsi istisna olmaqla, Bentonu bütün komitələrdən çıxartdırdı, adı çəkilən komitədə isə o, yalnız bir vacib əhvalat üçün saxlanmışdı ki, orada Atçison onu yaxşı bir qaydada əvəz etsin.

 

Hətta onun nəhəng eqosu Tomas Hart Bentondan gizlədə bilməzdi ki, bu axırıncı müddətin olması səhvsiz bir faktdır. Əgər ki, heç baş verməsə o, bütün  Missuri Demokratlarının qurultayını, onunla quldarlıq tərəfdarı olan düşərgə arasındakı fərqləri həll etməyə, çağırmağa təşəbbüs göstərə bilərdimi? “Mən tezliklə” – o, şimşək çaxdırırdı, “Sent-Lyuisdə xoleradan ölmüş altı min ölü ilə bir şurada oturacağam, nəinki belə əclaflar dəstəsi olan qurultaya gedəcəyəm”. Kley Kompromissi barədə 1850-ci ilin böyük debatında o, bir söz deyəcəkdimi ya ən azı, gələcək döyüşlər üçün sevdiyi yeri xilas etmək üçün dinməz qalacaqdımı? O, bunu etməyəcəkdir. Missuri assosiasiyası onu geri çağırmışdı: “...özünün mövcudluğunun erkən dövründə Plutarxı oxuyanda, o, qərara gəlmişdi ki, öz ölkəsinin xeyrinə lazım olsa, o, öz siyasi mövcudluğunu da qurban verəcəkdir”.

 

Ştat Qanunvericiliyi üçün mübahisə gedəndə onun varisinin adı Missuridə qəzəb doğuracaqdı, Senator Benton Vaşinqtonda tələsik öz vəzifəsini qorumağa çalışdı, özünə nifrət bəslənməsinin sonunda öz seçicilərinin baxışlarını bu vaxt səmimi qaydada qəbul etdiyini bildirdi. Öz prinsipləri ilə kompromissə getməkdənsə, məhvedici məğlubiyyəti qarşılamağa hazır olmaqla (buna görə Kley demişdi ki, bunun alçaldılmalı olması niyyəti ilə Bentonbegemotdan gizlənməkşansına malik idi, mənəvi igidlikdən yayınmaq şərti ilə öz məşhur kolleqalarından yuxarı qalxırdı. Bu vaxt Qərbdəki Cənubdakı siyasi dostlarından izolyasiya olunmaq, həm abolitsionistlərdən onun zəhləsi qaçmasını davam etdirməklə, axırıncıları isə o, Birliyin parçalanmasına görə bərabər qaydada məsuliyyət daşıyanlar hesab edirdi) Benton Kley Kompromissinə özünün söyüşcül hücumları ilə qeyri-adi müstəsna qaydada kurs aparırdı. “Böyük Kompromissiformalaşdıran tədbirlər toplumuna sərt şəkildə hücum edərək onun sponsorlarını söyüşlə ələ salaraq, o, sədrlik edən vəzifəli şəxs tərəfindən daim qaydaya əməl etməyə dəvət edilən vaxt isə şikayətlənirdi. Bentonun rəyinə görə belə adlanan kompromiss parçalanma tərəfdarlarına əliaçıq güzəşti bu, onun ürəyinə əziz olan bir subyekt kimi Kaliforniyanı da buna ehtiyac olmadan cəlb edilməsini əhatə edən içi boş əldə qayırma bir şey idi. Missuri Kompromissinin quldarlıq xəttinin Kaliforniyaya da genişlənməsi ştatın parçalanması ya onun Omnibus qanunu ilə qəbul edilməsinin ləngidilməsi Kaliforniyanın tədqiq inkişaf etdirilməsinin qəhrəmanı olan polkovnik Con Frimontun qayınatası Benton üçün məzəmmətə layiq bir məsələ idi. Əgər Kaliforniyanın qəbul edilməsini qarşısı kompromissin uğursuzluğu ilə alınsaydı, onda necə olacaqdır, deyə o, soruşurdu.

 

Mister Benton: ...Onda kim məzəmmət olunmalıdır? Mən bu sualı Kentakkidən olan Senatora (mister Kleyə) vermirəm. Belə etmək qanunsuz bir olardı; çünki torpaq qanununa görə heç kəs özünü məzəmmət etməyə bağlı deyildir.

 

Mister Kley (yerindən): Mən qanunun xeyirini iddia etmirəm.

 

Mister Benton: Qanuna boyun əyən alicənab adam kimi qanunun xeyrini mən ona verərəm, istər o, buna iddia etsin, ya da etməsin. Bu onun üçün Kaliforniyanın həmin camaata qarışmasına səbəb olduğu üçün məsuliyyət daşımağı gözləməsinin başlanğıc vaxtıdır, haradakı ştat öz ölümünü qarşılamağa əmindir. Mister Prezident, səhvlər komediyası ilə nəsə edilməli olan bir vaxtdır. Kaliforniya qəbul edilməni istədiyinə görə əziyyət çəkir. Nyu-Meksiko himayəçilik axtardığına görə əziyyət çəkir. İctimai diqqəti cəlb etməyi axtardığına görə əziyyət çəkir. Bu elə bir vaxtdır ki, bu qədər çox sayda şər işlərə son qoyulmalıdır; mən yersiz qanun layihələrinin idarə olunmayan kütləsini qeyri-müəyyən müddətə təxirə salınmasını hərəkətə gətirmək barədə qeydimi edirəm, onların hər biri digərlərinə maneədir, onlar bir-bir qəbul olunmaq üçün götürülməlidir, necə ki, onların ehtiram bəslənən ləyaqətləri bunu tələb edir”.

 

İlin kursu ərzindəSenatın vaxtsa əzab çəkdiyi ən böyük hörmətsizlikkimi terminlə digər bir melodramatik hadisə hələ Cənubun Bentona qarşı acı hissini göstərməyə xidmət edir. Missisipidən olan acı dilli Senator Henri Fut heç Kalhounun kor-koranə ardıcılı deyildi, ancaq Benton özünün Missuridəki məğlubiyyəti üçün olan qəsdə kömək edən adam kimi ondan şübhələnirdi, Senatdakı bir sıra çıxışlarında Bentonun mövqeyini, hətta missurilinin ritorika izafiliyini ötüb keçən qaydada təhqir edirdi. Missuridəki yaxınlaşan məğlubiyyətinə görə acı dildə danışırdı, Benton da onu əks-hücumları ilə sancırdı. Fut Bentonuöz yaşını özünə qalxan edən,... özünün qorxaqlığını da qalxana çevirənbir adam kimi ələ salırdı.

 

Nəticədə, Benton elan etdi ki, əgər Senat onu beləsaxta qorxaqcasınahücumlardan himayə etməkdə uğursuzluğa uğrasa, o, “özünü nəyin bahasına olursa-olsun mühafizə etməkniyyətindədir. Aprelin 17-, Fut tərəfindən ona bir söz hücumunun ortasında, Benton missisipiliyə tərəf irəlilədi, sonra geri dönüb kolleqasını saxlamaq üçün ona toxundu. Fut qəflətən tapançasını çıxardıb Bentona tuşladı, bu vaxt Benton dramatik qaydada pencəyinin qabağını açıb, qışqırdı: “Mənim tapançam yoxdur! Qoy o, məni güllə ilə vursun! Qoy qatil atəş açsın!”

 

Heç kəs atəş açmadı. Senat şokda idionun xüsusi komitəsinin iki iştirakçını ayırmağa cəhd etməsinə baxmayaraq, bu iki adam arasında söz hücumları kəsilmirdi. Benton Futun kiçik kitab yazmaq niyyətində olduğu hədəsini eşitdikdə, bu kitabda Bentonun l`affaire (fransızca adının çəkilməsitərcüməçi) aparıcı rol oynayacaqdı, Benton buna belə cavab verdi: “Futa deyin ki, mən çox böyük kitab yazacağam, onda ümumiyyətlə onun şəxsiyyəti olmayacaqdır!” ( bunu o, etdi). Fut, Bentonun Missuridə gözlənilən məğlubiyyətindən yapışmağa üstünlük verərək, Senata qışqırdı: “Əgər biz bir tiraniyanın təbəələri olsaydıq əgər biz illərlə səbirlilik üçün doğulsaydıq, bəli, ser, demək olar ki, 30 il üçün, Allaha şükür, biz nəhayət ucadan deyərdik ki, “tiranı seyr edənlər toz içərisində taqətdən düşür Roma yenidən azaddır”.

 

Futun gözlədikləri bütünlüklə həyata keçdi. Bentonun Kaliforniyanın bölünməsi əleyhinə səs verməsi onun Senatdakı axırıncı mühüm hərəkəti idi. 1851-ci ilin yanvarında üç fərqli partiya arasındaBentonun Demokratları, anti-Benton Demokratlar Viqlər arasındaon günlük sərt mübarizə, Missuri Qanunvericiliyinin qırxıncı səsvermə ilə Viqləri seçməklə özünün kulminasiya nöqtəsinə çatdı. Birləşmiş Ştatlar Senatında otuz illik görkəmli dövlət xadimliyindən sonra Tomas Hart Benton biabırçı qaydada öz xidməti vəzifəsindən azad edildi vətəninə çağırıldı.

 

Qorxmaz hələ asan yolla getməkdən inadkarlıqla imtina etməklə cazibədar populyar siyasi pensiyaçı Benton sonrakı ili Sent-Lyuisin təmsilçisi kimi Konqressə qayıtmaq uğrunda mübarizə apardı. Onun kampaniyası Nyu-OrleanınCrescentqəzetinin müxalifliyinə müvafiq olaraq ictimai, şəxsi məhkumluqdan qorunmadı. O, təhqirin hər bir söyüş ifadəsi ilə taqətdən düşürdü. O, ingilis dilinin söyüş ələ salma terminlərinin bütün silsiləsindən sözlər çıxarırdı”. Şəxsi populyarlığın son partlayışlarından birində seçildikdə, o, tezliklə özünün gələcəkdə seçilmək naminə bütün şansların küləklərinə atdı. Bu onun ən çox yadda qalan, daha söyüşcül çıxışlarından biri idi Kanzas-Nebraska qanununa (Kanzas-Nebraska Aktı 1854- ildə Birləşmiş Ştatlar tarixində müharibə əleyhinə olan dövrdə qəbul edilmişdi. 1820-ci il Missuri Kompromissi Luizina Satın alınmasının bir hissəsindən quldarlığı xaric etmişdi. Kanzas-Nebraska Aktı ilə Demokratik Senator Stifen A.Duqlas tərəfindən təqdim edilməklə xalq suverenliyi prinsipini irəli sürürdü. Buna görə Birləşmiş Ştatların ərazilərində bütün daxili məsələlərdə, bura quldarlıq da daxil idi, özünüidarəyə icazə veriləcəkdi. Kanzas-Nebraska Aktı istehzalı qaydada milli bölünmə alovunu küləkləməklə gücləndirdi. Kanzas ərazisinin özünə quldarlığın lehinə əleyhinə olan fraksiyaların miqrasiyası nüfuzlu institutlara nəzarəti ələ keçirməyə nail olmaq üstündəki mübarizəsi burada siyasi xaos qan axıdılması dövrünün meydana gəlməsi ilə nəticələnditərcüməçi) qarşı öz partiyasının əsas tədbirlərinin əleyhinə yönəlmişdi. O, güclü invektiva ilə sevdiyi Missuri Kompromissinin ləğv edilməsinə kömək göstərilməsini pisləyir, ifşa edirdi milli nöqteyi-nəzərə zəmanət verirdi. O, Corciyadan olan üzvün qeydlərini təfsir edərək deyirdi ki, “o, Cənub adamı bölmə tərəfdarı kimi səs verir. Mən Cənub adamıyam, lakin milli məsələlərdə milli qaydada səs verirəm... Mən doğumuma görə cənubluyamöz məsləklərimdə, maraqlarımda əlaqələrimdə cənubluyam mən hər şeydə Cənubun taleyinə dözməliyəm, bunda ştat özünün tərəfində olmaq hüququna malikdir”.

 

1854- ildə yenidən seçilmək cəhdində məğlub olub, öz sevimli arvadının ölümündən kədərlənən Benton hələ tabe olmağa hazır deyildi. 1855-ci ildə o, əbəs qaydada yenidən seçilməyə çalışdı; 74 yaşında o, Qubernator seçilmək üçün axırıncı bir ümidsiz cəhdini etdi. Cessi Benton Frimont öz mərd atası barədə memuarında yazırdı ki, atası özünə məlum olan kimi məhvedici boğaz xərçəngindən əziyyət çəkdiyindən ictimai yerdə danışmaq üçün qabaqcadan bir neçə gün tam dinməz qalmağı gözləməli olurdu. Hətta o vaxt sərt çıxışlar edəndə ondan sonrakı dövrdə onun boğazından qan gəlirdi. Hələ o, min iki yüz mildən artıq bir məsafədə səfər edərək Viqlərin anti-Benton Demokratların namizədlərini məğlub etmək üçün ümidsiz çıxışlar edirdi evinə qayıdanda artıq məğlub olmuşdu, lakin fəxr edirdi ki, öz monumental tarixi əsərlərini tamamlayır.

 

Təmtəraqlı eqo, buna görə o, həm sevilirdi, həm ona nifrət edilirdi, heç vaxt onu tərk etmirdi. OnunOtuz illik baxışının naşirləri mesaj göndərdi ki, hansı miqdar nüsxədə çap edilmək istədiyini bildirsin, o, yumşaqca cavab verdi: “Ser, onlar Birləşmiş Ştatlardakı əhalinin son siyahıya alınmasından qədər ailə olduğunu öyrənə bilərlər, ser”; bu onun etdiyi yeganə təklif idi. Öz əsərinə müqəddimədə Benton bəyan edir ki, “ölçülərin çılpaq nömrələnməsindən o, müəllifdir ilk təsisçidir, bu əsər demək olar ki, Konqress Qanunvericiliyinin tarixi olmalıdır”. “Torpağın bütün uzunluğundan enliyindən uzun siyahıev adamlarına tanış olan sözlər təkrar edilir... öz çiçəklənməsi daxilində şərəfli ambitsiyanın həyəcanlanmağa başladığını hiss edən kiçik uşaqlar tərəfindən öyrənilir”.

 

O, əsər üzərində möhkəm işlədiyi vaxt öldü. Onun əli artıq qələmi tuta bilməyəndə, diqtə etdiyini yazan şəxsi katibinin xidmətindən istifadə edirdi hətta şikayətlənmədən öz axırıncı sözlərini pıçıldamışdı: “Mən rahatam, mən razıyam”. Onun ölümü bütün millət tərəfindən matəm saxlanılmaqla, namuslu karyerası vaxtı qızlarına topladığı var-dövlətin necə kiçik olduğunu açıb göstərdi.

 

Lakin hətta ölümündə məğlubiyyətində Tomas Hart Benton qalib idi. Hələ keçmişdən Birliyin xeyrinə onun səsi Missurini bacı qul ştatları ilə birlikdə ayrılmaya qatılması barədəki bütün ümidsiz cəhdlərə tabe olmağın qarşısını almaqda həlledici faktorlardan biri olmuşdu. Bentonun bir Senator kimi öz seçicilərinə axırıncı məlumatı müdriklikdən doğmuş tale idi: “Mən möhkəm populyarlığı qiymətləndirirəm yaxşı adamların yaxşı hərəkətlərə görə populyarlığını. Mən köpük populyarlığına nifrət edirəm, çünki o ləyaqətsiz qaydada qazanılır cinayət baş vermədən itirilir. Mən 30 il Senator olmuşam... Mən bəzən şəxsi rəylərimə seçicilərimin ilk təəssüratlarına qarşı hərəkət etməli olmuşam; lakin həmişə onların məni başa düşmək fərasətlərinə məni ədalətlə mühakimə edəcəklərinə bel bağlamışam mən heç vaxt yanılmamışam”.

 

     (Ardı var)

 

 





11.03.2014    çap et  çap et