525.Az

Yazıçılar Birliyində "Bir bənd şeir" müsabiqəsinin qalibləri mükafatlandırılıb (Fotolar)


 

Yazıçılar Birliyində "Bir bənd şeir" müsabiqəsinin qalibləri mükafatlandırılıb <b style="color:red">(Fotolar)</b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) "Bir bənd şeir" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza müsabiqə haqqında ətraflı məlumat verib: "Bu il yanvarın 2- "Bir bənd şeir" müsabiqəsinə start verdik. 31 yanvaradək davam edən müsabiqəyə 148 şeir təqdim edilib. Seçimlərin ədalətli olması məqsədilə münsiflərin adı açıqlanmayıb. Müsabiqənin birinci mərhələsində münsiflər heyətində Elmin Nuri, Cavid Zeynallı Fərid Hüseyn təmsil olunub. 148 şeirdən 30 şeir seçilərək Qulu Ağsəs, Rövşən Danyeri Elşad Ərşadoğludan ibarət növbəti jüri heyətinə təqdim edilib. Həmin 30 şeirdən 7-si təkrar olduğu üçün qalan 23 şeirin içərisindən ilk onluğa düşən şeirlər müəyyənləşib". X.Rza bildirib ki, müsabiqənin qalibini Yazıçılar Birliyi, ikinci yerin sahibini "Kitabçı" jurnalı, yarışmanın üçüncüsünü Akademiya Kitab Mərkəzi mükafatlandırıb. Müsabiqənin birincisi Furqan Sadıq, ikincisi Mais Təmkin, üçüncüsü isə Firdovsi Rəsul olub. Onluqda növbəti yerləri müvafiq olaraq Anar Gülümsoy, Vasif Əlihüseyn, Elxan Yurdoğlu, Vasif Zöhraboğlu, Elçin Aslangil, Roma Xosrov Hicran Hüseynova bölüşüblər. Qaliblərə qiymətli hədiyyələr sertifikatlar təqdim olunub.

"Kitabçı" jurnalının baş redaktoru Səlim Babullaoğlu çıxışında Xəyal Rzanın AYB-nin mətbuat katibi seçildikdən sonra təşkilatın işində daha da fəallaşma müşahidə olunduğunu diqqətə çatdırıb: "Saytın fəaliyyətində, ədəbi proyektlərin təşkilində qurumun mətbuat katibi Xəyal Rzanın böyük əməyi var. Məlum olduğu kimi bu yaxınlarda  "Kitabçı" jurnalı nəşrə başladı "Bir bənd şeir" müsabiqəsinin nəticələrini ekskluziv olaraq jurnalımızda vermək üçün Xəyal Rzaya müraciət etdik. Təşəkkür edirəm, xahişimizi yerinə yetirdi. Biz bunun əvəzində ikinci yerin qalibini mükafatlandırmağı üzərimizə götürdük. Şairin, yazıçının mükafatlandırılması onun gələcək yaradıcılığı üçün stimul verir. Bu baxımdan belə müsabiqələrin təşkili əhəmiyyətlidir. Mən münsiflərin obyektivliyinə qərəzsizliyinə şübhə etmirəm. Sadəcə, zövq məsələsi var zövqlər dartışılmaz".Səlim Babullaoğlu müsabiqəyə verdiyi dəstəyə görə Akademiya Kitab Mərkəzinə Nizami Kino Mərkəzinə minnətdarlığını bildirib.  

Şair Qulu Ağsəs müsabiqəyə yaxşı şeirlərlə yanaşı zəif mətnlərin təqdim olunduğunu deyərək münsif kimi obyektivliyin qorunub saxlanmasına çalışdıqlarını dilə gətirib. Q.Ağsəs bildirib ki, AYB- nəsrlə bağlı layihələrin təşkili arzuolunandır. 

Şairə Fərqanə Mehdiyeva, jurnalist Nicat Dağlar, şair Fərid Hüseyn belə müsabiqələrin önəmli faydalı olduğunu deyiblər.

Tədbirdə müsabiqənin ikincisi, Lerik rayon sakini Mais Təmkin qaliblər adından çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib.

S.ABDULLAYEVA

 





12.03.2014    çap et  çap et