525.Az

Azərbaycan İraq və Türkmənistan qazını da Avropaya çıxara bilər


 

Azərbaycan İraq və Türkmənistan qazını da Avropaya çıxara bilər<b style="color:red"></b>

Bu il BP Azərbaycan və regionda fəaliyyətə başlamasının 20 illiyini qeyd edəcək.

«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitində «BP-Azerbaijan» şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov bildirib.

Onun sözlərinə görə, 20 il bir ölkədə olmaq, bu ölkənin həmin şirkətə inamı və etibarının göstəricisidir. «BP-Azerbaijan» Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tərəfdaşıdır və bundan sonra da bütün sahələrdə Azərbaycan dövlətinin yanında olmaq və onun tərəfdaş olduğu layihələrə dəstək verməyə hazırdır: «BP bundan sonra 25 il də Azərbaycanda olacaq. Bura «Şahdəniz» yatağının işlənilməsi aiddir».

H.Məmmədov qeyd edib ki, Cənub Dəhlizi qaz layihəsi üzrə 45 min insan işə götürülüb və bu rəqəm 150 min yeni iş yerinin yaradılmasına imkan verəcək: «Bu layihədən ölkə iqtisadiyyatına böyük investisiyalar cəlb olunacaq».

H.Məmmədov deyib ki, Azərbaycan İraq qazının da öz boru xətlərinə qoşmağa hazırdır. Bunun üçün bütün infrastruktur hazırdır: «Biz təkcə İraq qazı deyil, həmçinin Türkmənistan qazının ixrac həcmini artırmaq niyyətindəyik».

 





12.03.2014    çap et  çap et