525.Az

Söz də tale qismətidir...


 

Söz də tale qismətidir...<b style="color:red"></b>

filologiya elmləri doktoru,

professor

 

Novruz Nəcəfoğlunun şeir hekayələri ilə yaxından tanışlıq onun ilk baxışdan sadə, lakin ideya-məzmun sənətkarlıq baxımından mükəmməl sənəti barədə məni düşündürməyə vadar etdi (bəlkə məcbur etdi). Onun qələm dostuna ünvanladığı "vallah, billah yazmaq xətrinə yazmıram, gələcək ehtiyacımı ödəmək üçün sinəmin ürəyini deşən sözlərini kağızlara köçürürəm" sözlərində ifadə olunan səmimiyyət duyğusu, məqsəd aydınlığı yazmaq, yaratmaq ehtiyacının həqiqət pafosu sənətkar zaman kontekstində bir çox məqamlara aydınlıq gətirir. Novruz Nəcəfoğlunun ürəyində bəslənən, "ürəyini deşib kağızlara köçürülən" sözləri özünəməxsus sənət dünyasının inciləri olmaqla yanaşı, mənəvi dünya ilə real aləm arasında bir körpü rolunu oynayır. Mənə elə gəlir ki, bu məqam onun yaradıcılığını hər hansı ədəbi-bədii meyl, tendensiya təmayüllərdən kənarda təhlil etməyə imkan verir, sənətinin ruhi-mənəvi kontekstində yerini rolunu müəyyənləşdirməyə şərait yaradır. Çünki Novruz Nəcəfoğlunun bilavasitə gördükləri, yaşadıqları, şəxsən şahidi olduqları əsərlərinin mövzusuna çevirilərkən  ideya müstəvisində ruhi-mənəviliyin daha çox önəm daşıdığının şahidi oluruq. Sənətkar bu yolla yaradıcılığını hər hansı siyasi platforma lazımsız fəlsəfə yükündən xilas etməklə oxucu ürəyinə yol tapmağı bacarır, onun ruhunu oxşaya bilir. Bu səbəbdəndir ki, "deməyə sözün", "ocaqda közün" qalmadığını giley etdiyi bir zamanda oxucu onun "sənət hesabatını" nəinki dinləyir,  həm bu hesabatda (əsərlərinin timsalında) öz keçmişini, taleyini görür, keçmişin nostaljisində yer alan xatirə təəssüratlarını tamamlamaqla  keçmişlə bu gün arasında rabitə yaratmağa nail olur. Gerçəkliyə özünəməxsus münasibətin bu cür fərdi bədii-estetik yanaşma tipində təqdiminin N.Nəcəfoğlu yaradıcılığında meydana çıxmasının kökündə bu funksiyanın dayanmasını inkar etmək mümkün deyil. N.Nəcəfoğlu yaradıcılığından danışarkən ilk növbədə davam edən bir ömür çərçivəsində zəngin  həyat təcrübəsi qazanmış şəxsiyyət amili yada düşür. Bu şəxsiyyətin həyat təcrübə stajı yaradıcılıq stajını qat-qat üstələsə , insan cəmiyyət kontekstində məsələlərə münasibətində əsərlərində mövcud olan bədii ümumiləşdirmə gücü hesabına üstünlük ikinci tərəfin xeyrinə dəyişir. Yəni onun sənətində bədiyyat bir növ əsərlərində ehtiva olunan "həyati təcrübə faktlardan" daha irəlidə görünür. Adətən təhlil prosesində poeziya nəsrə nisbətən ön planda yer alır. Amma N.Nəcəfoğlu sənəti haqqında təhlillərimə qeyri-ixtiyarı olaraq hekayələrindən başlamağım təbii ki, səbəbsiz deyildir. Bunun bir neçə səbəbi olsa da, əsas səbəb kimi hekayələrindəki doğma ruhun hakimliyinin doğma mühitin təsvirinin mənə etdiyi təsiri xüsusi qeyd etmək istəyirəm.

"Yuxu" hekayəsində yarımçıq şeirin "dil yorulub, deməyə söz qalmayıb" birinci misrasındakı giley şair, yazıçı ruhunun narahatçılıqlarını ifadə edir. Biz Şərq şeirinin azərbaycanlı komandanı Nizami Gəncəvidən sonra məlum söz məlum mövzuların Nizami ilə qurtardığına işarə olaraq  təxminən "deməyə söz qalmayıb" şəklində dünyanın müxtəlif şairlərinin etdiyi gileylərə çox rast gəlmişik. Bu gileylərin bir tərəfində Nizami dühasının təsdiqi, digər tərəfində isə Nizamidən sonra söz deməyinin məsuliyyəti dayanır. N.Nəcəfoğlunun gileyində isə hansısa komandan şair yazıçıdan onun qarşısında sənətkar məsuliyyətindən söhbət getmir. Burada yalnız ədəbi prosesin ümumi inkişaf mənzərəsi fonunda sənətkar məsuliyyəti, gileyi narahatçılıqları özünə yer alır.

 

Dil yorulub, deməyə söz qalmayıb,

Təndir sönüb, ocaqda köz qalmayıb...

 

Açığı, ilk baxışda mənə elə gəldi ki, bu misraları dil əzbəri edən şəxs qələmini yerə qoyub, yazıçılıqdan uzaqlaşmaq fikrindədir. Lakin "Atamı oğulsuzmu görübsüz?", "Bir qış gününün xatirəsi", "Bir ana tanıyırdım", "Tənhalıqdan qorxduğum üçün", "Yalan yeriməsə ",  "Səhra gəmisi", "Bu evin çoxdankı dostu" s. hekayələr, o cümlədən adlarını sadalamadığım çoxsaylı şeirlər göstərdi ki, o qədər narahat gileyli olsa da, "yorğun dildə söz", "sönmüş ocaqda köz tapmağı" bacarmış, özünəməxsus ifadə tərzi, obrazlar aləmi  yaratmaqla həyatı  real bədii lövhələrdə əks etdirə bilmişdir.

Mənim N.Nəcəfoğlu bədii nəsri ilə ilk tanışlığım "Atamı oğulsuzmu görübsüz?" hekayəsi ilə başlamışdır. Bu hekayə ilk növbədə diqqətimi ona görə çəkdi ki, əsərin ad ifadəsində müəyyənləşən ağrılar içərisində mənim üçün doğma olan bir çox şeylər var idi. Bir anlığa bu ifadələr məni həmin sözləri şifahi şəkildə ilk dəfə eşitdiyim doğulduğum məkana apardı xatirələrimlə üz-üzə saxladı. Çünki yaşadığım bölgədə mən dəfələrlə mübahisə tərəflərinin "atamı oğulsuz görübsən?", "məni qardaşsız bilirsən?", "qardaşını yanında görüb özünü arxalı hesab edirsən", "məni ərsiz görüb köməksiz bilirsən" s. kimi ifadələrini eşitmiş, bu ifadələrdə psixoloji məqamların doğurduğu (gizli açıq) sərtlik, qəzəb, kin, nifrətlə yanaşı, bu gündən keçmişə boylanan acılı-şirinli xatirələrin doğurduğu hissləri duya bilmişəm.

"Atamı oğulsuzmu görübsüz?" əsəri gözəl bir təhkiyə üzərində qurulmuşdur. Təhkiyəçi kifayət qədər ağıllı, hadisələrə dəyər verməyi bacaran gəncdir (müəllifin özüdür desək daha dəqiq olar). Əsərin maraqlı bir mövzusu vardır. Kəndə qohumugilə qonaq gələn gənc yeznə-qayın davasının şahidi olur. Kolxoz sahə gözətçisi işləyən Həzərxan qayınlarına məxsus mal-qaranı kolxoz zəmisindən yığaraq tövləyə saldığına görə qayınları tərəfindən döyülür. Həzərxanın qızı Fatma dava yerinə gəlir, atasına həyan çıxır dayılarının haqsızlıqlarına dözməyib, əlindəki paya ilə onları vurmağa başlayır. Baş vermiş davada Həzərxan döyülsə qayınları ondan milisə şikayət edirlər. Təhkiyəçi hekayənin sonunda Fatmanın ərə getdiyini dünyaya uşaq gətirərkən vəfat etdiyini bildirir. Qeyd etmək istərdim ki, ilk baxışdan mövzu olduqca adi görünür. Adi ona görə deyirəm ki, hekayədə təsvir olunan hadisə ölkəmizdə təxminən 20 il öncəyə qədər mövcud olan kolxozlarda gündəlik müşahidə etdiyimiz, gözümüzlə gördüyümüz, bəlkə şəxsən özümüzün yaşadığımız olaylardan birini əks etdirir. Ona görə kənddə insan üçün adiləşən, bəlkə xarakterləşən, təxminən hər gün sahə gözətçisi qonşu dava-dalaşlarına səbəb olan bu cür hadisələrə oxucunun diqqətini cəlb etmək, artıq əhəmiyyətini itirmiş "kolxoz mövzusuna" maraq oyatmaq müəllif üçün kifayət qədər çətindir. Lakin N.Nəcəfoğlu köhnəlmiş, vaxtını keçirmiş, bir növ  "arxivə ötürülmüş" bu mövzuya oxucuda ona görə maraq oyadır ki, bu əsər vasitəsilə hər bir oxucu o illərdə qoyub gəldiyi acılı-şirinli xatirələrinə yenidən dönür, müəllifin sözləri ilə desək, bu xatirələrə "illərin arxasından əllərini uzadır", ona "boylana-boylana" baxır kino lenti kimi gözdən keçirərək o illərin xəyalı ilə yaşamağa fürsət tapır. Ustad Şəhriyar demişkən,

 

Bir sinema pərdəsidir gözümdə,

Tək oturub seyr edirəm özümdə.

 

Bu yanaşmada müəllif hadisə məkan doğmalığı yaratmaqla əsas obrazların fərdi tipik səciyyəsini xarakter müstəvisində təqdim edə bilir. Ona görə əsərdə yer alan Həzərxan, Fatma, Bürhan s. obrazlar böyük əməl sahibi olmasalar da tarixi konkret mühitin konkret insan tipləri kimi maraq doğurur öz həyatı missiyalarında çıxış edirlər.

Məsələn, o dövrdə hər kəndin Həzərxanı (sahə gözətçisi) olduğu üçün oxucuya elə gəlir ki, o, Həzərxanı yaxşı tanıyır. Bu mənada oxucunu Həzərxana kökləmək, oxucunu inandırmaq ona gözlədiyini vermək yazıçı üçün çətindir. Oxucu hekayədə Həzərxanın dialoqlarına rast gəlmir. Biz əsərdə onun hərəkətlərini görsək , qayınları ilə dalaş zamanı aldığı zərbədən sonra qeyri-ixtiyari dediyi "vay dədəm vay" qışqırığı istisna olmaqla heç bir sözünü "görə" bilmirik. Amma müəllifin ustalıqla qələmə aldığı bu əsərdə özü görünən, sözü görünməyən Həzərxanın daxili aləmi, həyat şəraiti, sosial durumu yığcam təhkiyə üsulu ilə açılır oxucuya təqdim olunur: "Həzərxan kolxozun sahə gözətçisidir. Yazıq Həzərxan sahə gözətçisindən çox qayınları üçün naxırçılıq edirdi. Canı boğaza yığılan Həzərxan da mal-qaranı zəmidən yığaraq kolxoz tövləsinə salıb, bu da onsuz da yeznələrinə göz verib işıq verməyən, özündən razı qayınlarının xətrinə dəyib". Əsərin dava-dalaş üzərində qurulan süjetinin Həzərxan - qayın xəttində müəllif bir neçə cümlə ilə qarşı tərəflərin xarakterlərini tam açıqlaya bilir. Kiçik bir mətndə "zavallı", "yazıq", "canı boğaza yığılan", "göz verilib işıq verilməyən" Həzərxanın, o cümlədən onu "boğaza yığan", "özündən razı" qayınlarının obrazları xarakterik insan tipində təqdim olunur. Bu təqdimatda obrazlarla yanaşı mühitin, dövrün xarakteristikası da yer alır. Müəllif digər hekayələrində olduğu kimi bu əsərdə obrazlarını mühitdən təcrid etmir. Hadisə, hərəkət, yanaşma digər münasibətləri mühit insan psixologiyası kontekstində canlandırmağı bacarır. Bu mənada Fatmanın çəpərdən paya dartıb atasını müdafiə etməsi, Həzərxanın qayınları tərəfindən döyülüb taqətsiz yerə yıxılarkən kişi qüruruna xələl gəlməsin deyə "təslim olmaması", əsgərlikdən kəndə gələn gəncin dava-dalaşın səbəbini bilmədiyi halda ata əmilərinin tərəfini tutaraq Həzərxanı ağacla vurması, səs-küyə yığışan kənd camaatının davaya müxtəlif münasibətləri s. hallar əsərdə mühit insan psixologiyası aspektində təqdim olunur.

Novruz Nəcəfoğlunun "Atamı oğulsuzmu görübsüz?" hekayəsində hadisələr lirik-psixoloji ilə dramatik-psixoloji xəttində cərəyan edir. Lakin konkret olaraq hekayəni xalis lirik-psixoloji ya xalis dramatik-psixolojiyə aid etmək mümkün deyil. Ancaq hər iki halda müəllif obrazlarını xarakter səviyyəsində təqdim etməyi bacarır. Bu mənada Novruz Nəcəfoğlunun yaratmış olduğu xalis kəndli xarakterləri onun yaradıcılıq konsepsiyasının tərkibi rolunda çıxış edir. Həzərxan, Fatma, Bürhan, Həzərxanın anası, onun əmisi uşaqları s. xalis kəndli obrazları əsərdə bədii tip, hadisələrin cərəyan etdiyi kənd isə bədii məkan tipi anlamlarında estetik idealın açıqlamasında mümüm rol oynayır: "Mərəkə böyümüşdü, yeznə-qayın davası tayfa davasına keçmək üzrə idi. Həzərxanın  əmisi uşaqları arvadlı-kişili əllərində yaba, balta dalaşma yerinə yaxınlaşmaqda idilər. Dava dayandırılmasa, faciə ilə nəticələnəcəyi gün kimi aydın idi. Dalaşanları ayırmağa cəhd edən bəstəboy bir gəlin fikirləşdisə, gələnlərin qabağına yüyürüb başının yaylığını açaraq onların ayaqları altına atdı." Bu səhnədəki dramatizmin kənd psixologiyası tipində təqdimi alt qatda mövcud olan patriarxal ruhun bir çox əlamətlərini üzə çıxarır. Oxucu amansız davaya çıxan yaxın qohumların vəcdə  gəlib özlərini unutduqları zamanda belə patriarxal ruhun qorunduğuna şahid olur. Belə ki, yeznə-qayın davasının tayfa davasına keçməməsi üçün bəstəboy gəlinin yaylığını açaraq dava-dalaş edənlərin ayaqları altına atması, ağbirçək qadının (Həzərxanın anası) davanı dayandırmaq üçün amiranə müraciəti, gənc Fatmanın yasında dayılarının iştirakı s. halların təsviri ilə yazıçı istənilən vəziyyətdən, həm təsirdən asılı olmayaraq patriarxal əxlaqın, patriarxal ilkinliyin, patriarxal paklığın, patriarxal adətlərin qorunduğunu diqqətə çatdırır. Əslində Novruz Nəcəfoğlu kənd bədii məkan tipində bu ideyaları digər hekayələrində estetik qayəyə çevirir. Məhz onun Fəxrəntac nənə ("Dünyanın o üzündən"), Gülcamal xala, Məsədi Böyükağa ("Dünyası nur ömürlər"), Sərvinaz ("Kövrək pıçıltılar"), Bəhruz ("Bir qış gününün xatirəsi") bu kimi yaratmış olduğu digər obrazların simasında patriarxal ruhun estetikası, mahiyyəti açıqlanmaqla yanaşı, həm təbliğ olunur. Məsələn, "Dünyanın o üzündən" hekayəsində sağalmağına ümid olmayan Fəxrəntac nənənin başına yığışan oğul-qız, nəvə-nəticələrin daxili rahatsızlıqlarına, qayğı sevgilərinə "məişət" çərçivəsində deyil, patriarxal ruh səviyyəsində dəyər verilir. Fəxrəntac nənənin başına yığışan övladlarına hər dəfə titrək səslə dediyi "gəldiyiniz yollara qurban", "təki siz darıxmayın" sözlərində estetik qənaət kimi ulu ruhun minillər boyu qoruyub saxladığı nəvaziş, paklıq təsəlli dayanır. Maraqlıdır ki, Novruz Nəcəfoğlu ruhu, müqəddəsliyi, ilkinliyi partiarxal anlamda qanun hesab edir hamını bu qanun qarşısında bərabər görür. Şübhə yoxdur ki, onun hekayələrində mənəviyyat ruhunun daşıyıcıları çoxluq təşkil edir. Müəllifin yaratmış olduğu bu obrazlar qalereyasında keçmişdən bu günə, bu gündən sabaha gedən mənəviyyat yer alır. Lakin bunların əksi olaraq Novruz Nəcəfoğlu əsərlərində simasız, mənəviyyatsız ("Yalan yeriməsə ..." hekayəsində Kamilin simasında), namərd (Atamı oğulsuzmu görübsüz?" hekayəsində Bürhan, onun əsgərlikdən gəlmiş oğlu qardaşları timsalında) s. insanların əməllərini pisləyir onları əməlləri müqabilində cəzalandırır. Maraqlıdır ki, bu cəza inzibati -cinayət məcəlləsinə uyğun məhkəmə hökmü ilə verilmiş cəza şəklində təzahürünü tapmır. Müəllif tamamilə başqa yol seçir. O, ən böyük cəza kimi əsərdə ictimai qınaq kinayəni önə çəkməklə bir növ düşüncə müstəvisində mənəvi cəzanın daha təsirli olduğuna işarə edir. Məsələn, "Atamı oğulsuzmu görübsüz?" hekayəsinin ən sonuncu cümləsi belədir: "Yəqin ki, dayıları da dəfnində iştirak etmişdir..." Burada söhbət vaxtilə dayılarının döydüyü şikayət etdikləri Fatmanın dəfnindən gedir. Cümlənin sonunda qoyulmuş üç nöqtə insanı  bir çox mətləblər barədə düşünməyə fikir söyləməyə vadar edir. İlk növbədə bu cümlənin alt qatında kinayə ifadə olunur. Müəllif bu kinayə ilə namərdlik simvolunun daşıyıcıları olan dayıları hədəf seçir onları ictimai qınaq altında saxlayaraq "mənəvi cəzaya" məhkum edir.

N.Nəcəfoğlu nəsri üçün xarakterik olan realist təsvir üsulu bəzi məqamlarda şərtilik daxilində ifadəsini tapır. Müəllif rəmzi-simvolik şərti-metoforik prinsiplər daxilində mətləbi çatdırmağı daha məqsədli hesab edir, müəyyən şərtilikdə hadisə səciyyələrin tipikliyini nəzərə çatdıra bilir. Onun yaradıcılığında "Yuxu" hekayəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Novruz Nəcəfoğlu "Yuxu" hekayəsində real həyatda baş verənləri yuxuda gördükləri şəklində təqdim etməklə hadisələrin mahiyyətini, eyni zamanda obrazların fərdi psixoloji xarakterlərini özünəməxsus başqa formada göstərməyə çalışır. Təbii olaraq yazıçı digər hekayələrində təhlil yanaşmalarını fərdi psixoloji aspektdə qurmuş, obrazların daxili aləmini açıqlaya bilmişdir. Lakin yazıçı "Yuxu" hekayəsində yuxu modelindən bir vasitə kimi istifadə etməklə cəmiyyətin üst alt qatındakı sosial problemlərə aktiv müdaxiləsini təmin edir. Bu səbəbdən hekayədə bir tərəfdən insan xarakterlərinə məxsus mürəkkəblik, digər tərəfdən isə mənəvi-əxlaqi sapıntılar, insanların şəxsi maraqlar naminə mənəvi cılızlaşması s. bədii ifadəsini tapır.

Başqa bir cəhət ondan ibarətdir ki, təhkiyəçinin yuxudan ayılmasından sonra oxucu aktivliyi daha da artır. Yuxu prosesində baş verənlərə maraq bir qədər güclənir. Ümumiyyətlə, dünya ədəbiyyatında olduğu kimi türk xalqları ədəbiyyatında da Nizamidən başlayaraq XXI əsrə qədər bir çox sənətkarlar hadisələri özünəməxsus formada əks etdirmək, məna ifadə təsirlərini artırmaq, qarşıya qoyulan məqsədlərə, ideallara çatmaq s. naminə yuxu modelindən vasitə kimi istifadə etmişlər. Maraqlıdır ki, bu modeldə ictimai-siyası, o cümlədən bir sıra sosial-məişət mövzuları aparıcı olsa da, məhəbbət mövzuları da istisna təşkil etmir. Məsələn, Nizamidə yuxuda sevgilisinin vüsalına yetən aşıq ayıldıqdan sonra "ey Nizami, dedi, birdən ayılıb gördüm o yox, demə, röyada bizə çeşmi-xumar gəlmiş idi" fəryadları, Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi"ndə  Yusif əminin timsalında yuxuda əbədi aləm təəssüratları, S.S.Axundovun "Yuxu" əsərində mədəni dirçəliş meyllərinin tərənnümü, Ziya Paşanın "Röya"sında yeni idarəçilik sistemi ilə məmləkətin xilas yollarının göstərilməsi, Namiq Kamalın "Röya" əsərində istiqlal hürriyyət arzularının təbliği, Vüqar Əhmədin "Qarabağ yuxusu yaxud yuxuda qələbə" romanında itirilmiş Qarabağ torpaqlarının geri qaytarılma arzuları türk-müsəlman birliyi ideyaları digər sənətkarların bu tipli əsərlərində irəli sürülən düşüncələri bədii şərtilik daxilində problemə özünəməxsus yanaşmanı təmin edir. Novruz Nəcəfoğlunun "Yuxu" hekayəsi bir növ Azərbaycan Türkiyə türk ədəbiyyatında mövcud olan yuxu ənənələrinə uyğunluq baxımdan əhəmiyyətlidir. Müəllif bu əsərini maraqlı bir süjet üzərində qurmuşdur. Hekayədəki hadisələrin yuxuda cərəyan edildiyi əsərin sonunda məlum olsa da, əsərdə görünən hər şey bilavasitə real həyatla bağlanır. Müəllif yuxu personajlarını iki qütbdə təqdim edir: a) yurd, torpaq sevgisi ilə yaşayan, zəhmətkeş, halal kənd sakinləri; b) halal kənd adamlarının əmlakını, torpaqlarını ələ keçirmək istəyən fırıldaqçı, nanəcib insanlar. Əsərdə ikinci qrupu təmsil edən fırıldaqçıların yeganə məqsədi kəndlilərin əmlaklarına sahib olmaq, şəhərdən doğma kəndlərinə gəlmiş vəzifəli şəxsi şantaj  etməklə nəyəsə nail olmaqdır. Müəllif hadisələrin mahiyyətini həmin qrupları təmsil edən insanların hərəkət əməllərində açır. N. Nəcəfoğlu bu hekayələrin bir tərəfində şəhərdən gəlmiş fırıldaqçı qadın kişini saxlayırsa, ikinci tərəfində İsaxan müəllimi kəndin zəhmətkeş insanlarını saxlayır. Müəllif digər əsərlərinə uyğun olaraq bədii məkanı dəyişmədiyi kimi estetik idealı da dəyişməz saxlayır. Bu prinsip daxilində müəllif yuxuda (əslində real aləmdə) təqdim olunan proseslərlərdə İsaxan müəllimi xarakter müstəvisində canlandıra bilir.  Yəni əsərdə sırf mənfi, sırf müsbət planda "meydanda olan" İsaxan müəllim ilk anda şəhərdən gələn fırıldaqçılara inansa da, proseslərin şaxələndiyi məqamda "aldandığını, qonaqların toruna düşdüyünü anlamağa" başlayır. Bu halda müəllif süni müdaxilə etmədən İsaxan müəllimin simasında proseslərdə onun özünün təsəvvür edə bilmədiyi bir çox həqiqətləri oxucuya çatdıra bilir. Ancaq oxucu həqiqəti tam çılpaqlığı ilə kənd camaatının şəhərli fırıldaqçılarla üz-üzə dayandığı səhnədə görür. Bu səhnənin assosiativ müqayisəsində kəndə bağlı insanların yurd sevgiləri patriarxal kontekstdə ifadəsini tapır. Lakin kəndi hədəf seçən fırıldaqçıların əməllərinin bu günkü mənzərəsi gələcək fəsadları bu diyara ruhən, mənən bağlı olan, onunla nəfəs alan müəllifin daxili narahatçılığına  çevrilir, "qan-tər içində yuxudan oyanmasına" səbəb olur. Novruz Nəcəfoğlu yuxu modelini yaradıcılığında tətbiq edən digər müəlliflərdən fərqli olaraq yuxudan ayılmasını təəsüf etmir, əksinə sevinərək " yaxşı ki, gördüklərim yuxu imiş" deyir. Özü oyansa da cəmiyyət üçün, insanlıq üçün lazım bilmədiyi neqativliyin "oyanmasını istəmir" yuxu şərti metoforasında neqativlik qarşısında "keçilməz sədd çəkərək" onların real həyata daxil olmasının qarşısını alır.

Ümumiyyətlə, Novruz Nəcəfoğlu sənəti vətəndaş yanğısı ilə sənətkar baxışlarının sintezində formalaşan, insanı düşündürən, bir sıra mənəviyyat sosial problemlərə aktiv yazıçı mövqeyində münasibət bildirilən səmimi yaradıcılıqdır. Onun şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayır. Yəni Novruz Nəcəfoğlu həyatda şəxsiyyət etibarilə kimdirsə, poeziya nəsrində odur.

Mən bu gözəl qələm sahibinin nəsri ilə bağlı kiçik yazımı səmimi olaraq müəllifdən etdiyim iqtibasla bitirmək istəyirəm: "Vallah, billah, yazmaq xətrinə yazmadım... Ehtiyaclarımı ödəmək üçün sinəmin ürəyimi deşən sözlərini kağızlara köçürdüm..." Amma nəyə necə nail olduğumu qoy oxuyanlar desin.

 





12.03.2014    çap et  çap et