525.Az

AXCP müavini Böyük Britaniya və Almaniya səfirliklərində olub


 

AXCP müavini Böyük Britaniya və Almaniya səfirliklərində olub<b style="color:red"></b> AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev Böyük Britaniya və Şimali İrlandiya Krallığının siyasi məsələlər üzrə müşaviri Andryu Harvey (Andrew Harvey) və  Almaniya səfirliyinin birinci katibi Frederik Hanke ilə görüşüb.

525.az-ın məlumatına görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, 2013-cü il Prezident seçkiləri ilə bağlı seçkiöncəsi durum və sərbəst toplaşmaq azadlğı məsələləri müzakirə edilib. Bununla bərabər, son günlər ölkədə baş verən olaylar və beynəlxalq aləmin bu məsələlərə münasibəti də müzakirə mövzusu olub.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə, tərəfləri maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.
 





18.10.2012    çap et  çap et