525.Az

Universitetlərdə hansı ixtisaslara ayrılan yerlər artırılacaq?


 

Universitetlərdə hansı ixtisaslara ayrılan yerlər artırılacaq?<b style="color:red"></b> Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə 2014-2015-ci tədris ili üçün qəbul planında sənaye və texniki ixtisaslara ayrılan yerlərin sayı artırılacaq.

Lent.az-ın məlumatına görə, bu, prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi bağlı tədbirlər planında qeyd olunub. Qeyd olunan ixtisaslara ayrılan yerlərin artırılması sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsinə xidmət edəcək. Bununla bağlı Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə tapşırıqlar verilib.
 
Tədbirlər Planında ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri ilə istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsinə dair tədbirlərin həyata keçirilməsi, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində sənaye və texniki sahələr üzrə tədris aparan elmi-pedaqoji və mühəndis-pedaqoji kadrların xaricdə ixtisasartırma kurslarında iştirakının təşkili ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması, yüksəkixtisaslı kadrların hazırlanması məqsədi ilə sənaye və texniki ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsil alan və yüksək nəticələri ilə fərqlənən tələbələrdən xüsusi istedadlar qruplarının formalaşdırılması nəzərdə tutulub.
 
Tədbirlər planında həmçinin o da qeyd olunur ki, tələbələr və doktorantlar arasında sənayenin inkişafına dair elmi məqalələr müsabiqəsi keçiriləcək.
 





13.03.2014    çap et  çap et