525.Az

Dələduz saxlanıldı


 

Dələduz saxlanıldı<b style="color:red"></b> Bakıda Banqladeş vətəndaşlarına qarşı dələduzluq edən şəxs tutulub.

525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Tural Məmmədov Azərbaycan Memarlıq Universitetinin tələbələri Banqladeş vətəndaşları Camal Uddinin, Camal Mohammadin, Şazal Kumarın, Nahid Khandokarın, Faruk Ahmedin etimadlarını qazanaraq onlardan 6000 dollar pul alıb.

Məmmədov onları yüksək maaşlı işə düzəldəcəyini vəd edib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılıb.
 





18.10.2012    çap et  çap et