525.Az

Abdulla Öztoprak: "Azərbaycanlı tələbələrin Doğu Akdəniz Universitetində təhsil almaları bizim üçün əhəmiyyətlidir"


 

Abdulla Öztoprak: "Azərbaycanlı tələbələrin Doğu Akdəniz Universitetində təhsil almaları bizim üçün əhəmiyyətlidir"<b style="color:red"></b>

Dünyanın 75 ölkəsində tələbələrimiz var. Azərbaycanlı tələbələrin universitetimizdə təhsil alması bizim üçün xüsusi əhəmiyyət kəsb edir

 

Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdəniz Universiteti Avropa məkanında tanınan ali təhsil ocaqlarından biridir. Universitetdə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan tələbələr təhsil alır. Müsahibimiz universitetin rektoru Abdulla Öztoprak tədris müəssisəsinin fəaliyyəti, gələcək fəaliyyəti barədə daha ətraflı danışıb.

 

- Ali məktəbin əsası 1979-cu ildə texniki kadr yetişdirən institut olaraq qoyulub. 1995-ci ildə Doğu Akdəniz Kolleci, 2004- ildə Doğu Akdəniz Universiteti (DAU) yaradılıb. Həmin tarixdən başlayaraq DAU qarşısına qoyduğu vəzifələri mərhələ-mərhələ reallaşdırmağa başladı. Bu gün ali məktəbdə 8 fakültə 3 yüksək məktəb - Kompyuter Texnoloji Yüksək Məktəbi, Turizm Hotelçilik Yüksək Məktəbi, Tətbiqi Elmlər Yüksək Məktəbi fəaliyyət göstərir. Özünü beynəlxalq universitet statusunda təqdim edən hər bir ali məktəb üçün mühüm şərtlərdən biri xarici ölkələrdən tələbələrin təhsil almasıdır. Universitetdə 14 min tələbə təhsil alır, onlardan 4 mini Türkiyə digər ölkələrdəndir. Ümumilikdə 75 ölkədən tələbələrimiz var universitet əslində, bir çoxmədəniyyətlilik, multikulturalizm mərkəzidir. Burada Azərbaycan, Qazaxıstan, ərəb ölkələri, Avropa, Amerika hətta Afrikadan tələbələr oxuyur. 5 min tələbənin yaşadığı yataqxana bir şəhərcik deməkdir orada tələbələrə lazım olan hər cür şərait yaradılıb. Eyni zamanda dünyanın 200-dən çox universiteti ilə əlaqəmiz var.

- Universitetin diplomlarının başqa ölkələrdə tanınmasında bir problem yoxdur ki?

- Doğu Akdəniz Universiteti Avropa Universitetlər Birliyinin üzvüdür. Bizim məzunlarımız Avropanın ən yüksək universitetlərinin doktoru adını ala bilirlər. Bu təhsil müəssisəsi beynəlxalq arenada tanınan universitetlərdəndir. Eyni zamanda dünyanın 20 min aparıcı universiteti arasında reytinq cədvəlində 1421-ci yerdə dayanır. Universitet özünə bu devizi seçib - "Beynəlxalq karyera üçün". Yəni ŞKTC dövlət olaraq Türkiyədən savayı digər ölkələr tərəfindən tanınmasa da, universitetimizin diplomları dünyanın hər yerində qəbul edilir bu xüsusda problemimiz yoxdur.

- Universitetinizdə 75 ölkədən tələbə təhsil alır. Maraqlıdır, azərbaycanlı tələbələrə hansısa güzəştlər varmı?

- Öncə demək istərdim ki, Azərbaycanla əməkdaşlıq azərbaycanlı tələbələrin Doğu Akdəniz Universitetində təhsil almaları bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bir neçə il öncəyədək universitetimizdə oxuyan azərbaycanlı tələbələrin sayı elə çox deyildi, 30-40 nəfər idi. Onların da əksəriyyəti bizim dövlətin verdiyi təqaüdlərlə təhsil alırdılar. Hazırda təhsil ocağında 500-dək azərbaycanlı tələbə təhsil alır. Sevindirici haldır ki, ötən il magistratura doktor proqramları üzrə 19 azərbaycanlı məzun oldu. Biz bu rəqəmin daha da çox olmasını istərdik.

Güzəştlərə gəlincə, DAU-da təhsil haqları ixtisas proqramlarına görə dəyişir. Amma biz müəyyən göstəricilərə görə bir sıra ölkələrdən, eləcə Azərbaycandan olan tələbələrə təqaüd veririk. Tibb fakültəsi istisna olmaqla digər bütün fənlər üzrə azərbaycanlı tələbələrə 50 faiz təqaüd tətbiq olunur. Məsələn, mühəndislik fakültəsinin ödənişi 8500 dollardırsa, azərbaycanlı tələbə bunun yarısını - 4250 dollar ödəyir. Bu ixtisas üzrə təhsil almaq yaşayış xərcləri ilə birlikdə azərbaycanlı tələbəyə 1 il müddətində 8000 dollara başa gəlir. 600 bal toplayan azərbaycanlı tələbə isə təhsil haqqından azad edilir. O sadəcə yaşayış xərclərini ödəyir. Bu gün universitetdə Azərbaycandan müəllimlər çalışır. Hazırda onların sayı 14-ə çatıb.

- Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıq istiqamətində hansı addımlar atılır?

- Universitetimizin Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə anlaşma memorandumu imzalanıb. Azərbaycan İqtisad Universiteti, Memarlıq İnşaat Universiteti, Azərbaycan Turizm İnstitutu ilə əməkdaşlıq edirik bu əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlərimiz olur. Mən özüm Azərbaycana tez-tez gəlirəm. Bakıya ilk dəfə 1997-ci ildə gəldim. O zaman rektor müavini idim. Dörd ildir ki, universitetin rektoruyam, hər il bir ya iki dəfə ölkənizə səfər edirəm. Azərbaycanı çox sevirəm, burada özümü öz ölkəmdəki kimi hiss edirəm. Hətta bu dəfə Azərbaycana xanımımla gəldim, Qobustana getdik çox xoşuma gəldi. Təbii ki, buraya hər səfərimdə universitetimizi tanıtmaq üçün yerli mətbuat nümayəndələri ilə görüşürəm. İstərdik ki, Doğu Akdəniz Universitetini Azərbaycanda daha yaxşı tanısınlar. Ümid edirəm ki, tezliklə Azərbaycanda məzunlarımızın sayı daha da artacaq yaxın gələcəkdə bu ölkədə Doğu Akdəniz Universiteti Məzunlar Birliyi yaradılacaq.

Pərvanə

 





13.03.2014    çap et  çap et