525.Az

Beynəlxalq Bakalavriat Proqramının təqdimat mərasimi keçirildi


 

Beynəlxalq Bakalavriat Proqramının təqdimat mərasimi keçirildi<b style="color:red"></b>

Dünən 6 saylı məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramının (BBP) təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT KİV- sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Təhsil Maliyyə nazirliklərinin dəstəyi ilə 2011-ci ildən 6 nömrəli məktəb-liseydə BBP tətbiq olunur. Proqram haqqında məlumat verən C.Valehov qeyd edib ki, BBP çərçivəsində təhsil 3 mərhələyə (PYP-ibtidai təhsil, MYP-V-IX siniflər, DP-Diplom proqramı, X-XI siniflər) bölünür. O, vurğulayıb ki, BBP-nin tətbiq olunduğu ilk dövlət tədris ocağı olan 6 nömrəli məktəb-liseyin XI sinif şagirdləri bu il beynəlxalq qiymətləndirmə əsasında diplom alaraq dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanacaqlar.

C.Valehovun sözlərinə görə, bu proqramın üstünlüyü ondan ibarətdir ki, uşaqlar özlərinə onların gələcək inkişafına lazım olan bilikləri mənimsəməyə daha çox istiqamətlənirlər.

Tədbirdə çıxış edən 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova bildirib ki, təqdimatın əsas məqsədi, bu proqram çərçivəsində təhsil alan məzunlarımızın, yəni ilk məzunlarımızın təqdimatı ilə bağlıdır.

O deyib ki, Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq proqramın tədrisi ilə bağlı Təhsil Maliyyə nazirliklərinin dəstəyi ilə 2011-ci ildən 6 nömrəli məktəb-liseydə BBP tətbiq olunmağa başlayıb: "Sentyabrdan etibarən biz namizədlik statusu aldıq artıq bizim X-XI siniflər bu proqramla məktəbi bitirirlər. Azərbaycan Respublikasında "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, dövlət məktəblərində ödənişli əsaslarla beynəlxalq təhsil tətbiq oluna bilər. Bu isə deməyə əsas verir ki, 6 nömrəli məktəb-lisey dövlət məktəbi olmaqla yanaşı, həm Beynəlxalq Məktəb statusuna malikdir. Bu proqram çərçivəsində bizə müraciət edən şagirdlərin sayı çox olsa da, biz yalnız öz məktəbimizin şagirdlərini bu proqrama cəlb etdik. Bu əlbəttə ki, məsuliyyət idi. Bu gün bu proqram çərçivəsində bizim məktəbimizin müəllimləri arasında təlim keçən, sertifikat alan müəllimlərimiz var. Lakin ilkin mərhələdə biz tarix müəllimlərini xaricdən dəvət etmişdik artıq şagirdlər ilk dərslərdən lokal müəllimlərlə əcnəbi müəllimlər arasında fərqi görməyə başladılar biz xaricdən müəllim dəvət etməyə başladıq. Hazırda, məktəbimizdə xarici müəllimlər fəaliyyət göstərirlər. Bununla yanaşı, öz müəllimlərimiz assistent kimi fəaliyyət göstərirlər. biz hesab edirik 1-2 ildən sonra bu kadrlar tam hazır olacaq bizim artıq əcnəbi müəllimlərə ehtiyacımız olmayacaq.

Bu proqramda 6 fənn seçilib onların hər birindən şagirdlərin maksimum 7 balla qiymətləndirilə bilər. 3 bal isə şagirdlərin yazdığı kiçik esse yazılara görə veriləcək. Yekun nəticədə şagirdlər fənlər üzrə maksimum 42, minimum 24 bal topladıqları halda bu proqramı uğurla bitirirlər. 24 baldan aşağı nəticə göstərənlər yalnız sertifikatlar alacaqlar. Şagirdlər 24-45 bal arası nəticə göstərdiyi halda, dünyanın xarici universitetlərinə birbaşa qəbul oluna biləcəklər. Şagird imtahan verdiyi fənlərdən hansısa birində maksimum 7 bal toplaya bilirsə, xarici universitetdə təhsil aldığı zaman həmin fəndən 1 il azad olunur. Tələbə olunan 24 baldan aşağı nəticə göstərən şagirdlər isə kollec ya peşə məktəblərinə imtahansız qəbul ola biləcəklər".

Qeyd edək ki, 1968-ci ildə İsveçrədə yaradılan BBP-nin diplomu hazırda 130-dan çox ölkə 2500 universitet (Oksford, Harvard, Kembric, Yell digər Universitetlər) tərəfindən tanınır. Bu proqramın üstün cəhəti ondan ibarətdir ki, BBP-nin hər bir mərhələsi (PYP, MYP, DP) ayrılıqda tətbiq oluna bilər.

BBP üzrə ingilis dilində aparılması bütün ölkələrdən olan şagirdlərin əməkdaşlıq ünsiyyət imkanlarını artırır. İngilis dilindən əlavə, BBP fransız, alman, çin rus dillərində tədris olunur. BBP çərçivəsində çalışan müəllimlər hər üç ildən bir ixtisasartırmaya cəlb olunur. Müvafiq məktəblərdə isə hər beş ildən bir monitorinq aparılır.

Daha sonra media nümayəndələri BBP təhsilin aparıldığı sinif otaqları təhsil alan tələbələrlə tanış olublar.

Vəfa MƏMMƏDLİ

 





14.03.2014    çap et  çap et