525.Az

“Hürrəm Sultan” balet səhnəsində


 

“Hürrəm Sultan” balet səhnəsində<b style="color:red"></b>

İlk dəfə 1977-ci ildə Ankarada səhnələşdirilən “Hürrəm Sultan” baleti 35 il sonra istanbullu seyrçilərin qonağı olacaq.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən mövsüm İstanbul Dövlət Opera və Balet səhnəsində tamaşaçılara təqdim olunan “Hürrəm Sultan” böyük rəğbətlə qarşılanıb. Ortun Turfandın təşkilatçılığı, Nevit Kodallının bəstəsi ilə yaranan balet Dəniz Olqay Yamanus və Oktay Kerestecinin rəhbərliyi ilə İstanbullu tamaşaçılara təqdim olunub.

Sultan Süleymanın Hürrəm Sultana olan sevgisi üzərində qurulan baletdə Hürrəmin oğullarını hakimiyyətə gətirməsi ilə Sultan Süleymanın öz oğlunu öldürməsi əksini tapıb.

Qeyd edək ki, əsər Türkiyədə balet sənətinin korifeylərindən olan Orfun Turfanın ölümünün 10- cu il dönümündə yenidən tamaşaçılara təqdim olunacaq.

Nigar Məhərrəm

 





18.10.2012    çap et  çap et