525.Az

MDB gəncləri Bakıda


 

MDB gəncləri Bakıda<b style="color:red"></b>

Sabah Bakıda MDB dövlətlərinin Gənclərlə İş üzrə Şurasının növbəti iclası keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan tərəfindən nümayyəndələr iştirak edəcəklər. Eyni zamanda tədbirə MDB ölkələrin Azərbaycandakı səfirlik nümayəndələri də dəvət edilib.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nazirin müavini İntiqam Babayev və digər rəsmilər iştirak edəcəklər.

S.QARAYEVA

 





18.10.2012    çap et  çap et