525.Az

Şeirimizin qəm pərvanəsi


 

Şeirimizin qəm pərvanəsi<b style="color:red"></b>

filologiya elmləri doktoru, professor

Mənəm ki, qafiləsalari-karivani qəməm,
Müsafiri-rəhi-səhrayi-möhnətü ələməm...”

Şübhəsiz ki, Füzuli qəmi böyük fəlsəfi məna kəsb edir. O təkcə öz qəmindən əzab çəkmir, zəmanəsini qəm dəryasına qərq olmuş görür. Ona görə şair özünü dünyanın qəm karvanının sarvanıbaşçısı, yol göstərəni hesab edirdi:

Olsaydı məndəki ğəm Fərhadi-mübtəladə,
Bir ahilə verərdi min Bisütuni badə.
Versəydi ahi-Məcnun fəryadımın sədasın,
Quşmu qərar edərdi başındaki yuvadə?
Fərhadü zövqi-surət, Məcnunu seyri-səhra,
Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə.

Ahı ilə fələkləri yandıran, ayrılığın zülmət yollarını işıqlandıran, ayrılıq gecəsinə çıraq yandıran Füzuli, əlbəttə, quru çör-çöpün içində olan ancaq öz ahı ilə bunları yandırmağa gücü çatmayan bülbülə istehza etməkdə haqlıdır. Bütün ömrünü Bisütun dağını çapmağa həsr etmiş Fərhad isə Füzuli çapında bir aşiq olsaydı, öz ahı ilə nəinki bir Bisütun dağını, minlərlə belə dağı darmadağın edərdi. Yaxud başında quşlar yuva salacaq dərəcədə sakit olan ah-əfğan etməyən, üstəlik bununla öyünən Məcnun Füzuli lirik qəhrəmanının gecələr xalqı oyadan əfğanından utanıb həya et-məli, bir daha onun qarşısında özünü aşiq adlandırmamalıdır. Bəli, Füzulinin lirik qəhrəmanı öz sələfləri ilə beləcə rəqabət aparır qalib gəlir.

Maraqlı poetik priyomlardan biri sələf-aşiqlərin etmədiyi hərəkətlərə işarə yolu ilə Füzuli lirik qəhrəmanının üstüörtülü şəkildə bunlara qadir olmasını irəli sürməkdir:

Qurutmuş qaliba şövq odu Fərhadın gözü yaşın,

Ki gər axsaydı, ləl eylərdi Bisütun daşın.

Bəla yolunda qovğayə qaçan məntək doyar Məcnun, –

Qaçan olmaz durantək, yey bilür hər kimsə yoldaşın.

     

Füzulinin göz yaşı nəinki Bisütun kimi bir dağın daşlarını lələ döndərməyə qadirdir, üstəlik, onun özü elə bir bəla dağına çevrilmişdir:

Sirişkim al, bağrım parəbir kuhi-bəlayəm kim,

Həmişə laləvü ləl ilə rəngindir içim, daşım.

Məcnun bəla yolunda qovğaya dözmədiyi üçün səhraya qaçmış, Füzuli isə birkuhi-bəlakimi yerində duraraq bəlalara sinə gərmişdir. Qaçanla yerində duran isə bir ola bilməz. Deməli, Füzulinin lirik qəhrəmanı Məcnundan daha dözümlü, daha dəyanətli, göz yaşları şövqdən qurumuş Fərhaddan daha qanlı göz yaşı tökəndir. Bu qanlı göz yaşlarının daşı ləl eylədiyi hallar da az deyildir:

Eşigin daşını qan ilə yudu çeşmi-tərim,

Bəs ki pakəm, daşı ləl eylədifeyzi-nəzərim.

Özü bu, təkcə qanlı göz yaşlarının şiddətindən, qatılığından deyil, həm aşiqin pak, müqəddəs, saf olduğu üçün, Tanrı yanında halal sehrə icazəsi olmasıqara daşı ləl eyləməyə qüdrəti çatdığı ilə bağlıdır.

Füzulinin qələmisehirli fırçası təkcə psixologiyaların vəziyyətlərin təsviri ilə kifayətlənmir; bir sıra hallarda heyrətamiz təbiət lövhələri yaradaraq, oxucunun estetik zövqünü oxşayır. Özünəqədərki klassik poeziyadan fərqli olaraq Füzuli peyzajı daha yüksək sənətkarlığa malikdir dərin fəlsəfi məzmun xüsusiyyətləri ilə seçilir:

Seyr qıl, gör kim gülüstanın abü tabı var,

Hər tərəff min sərvi-sərsəbzü güli-sirabı var.

Pəngeyi-bərgiçinar etmiş mühəyya şanələr,

Anlamış guya ki, sünbül kailinin tabı var.

Rahət üçün fərş salmış səbzeyi-tər gülşənə,

Nərgisin görmüş gözün məxmur, sanmış xabı var.

Bulunur hər dərdə istərsən gülüstanda dəva,

Höqqəsində qönçənin guya şəfa cüllabı var.

Güldü gül, açıldı nərgis, lalə doldu jalədən,

Ey xoş ol kim, işrətü eyş etməyə əsbabı var.

Qalib olmuş xəlqə zövqi-seyri-gülşən, guyiya

Çəkməyə xəlqi bənəffşə zülfünün qüllabı var.

Gər Füzuli meyli-gülzar etsə fəsli-gül nola,

Eyş üçün xunabeyi-dildən şərabi-nabı var.

Füzuli sənətinin qayəsinə uyğun olaraq, burada sadəcə təbiət təsviri yoxdur; əslində bu, bir fondur, kontekstdir, əsl mətləb bu fonda yenə məhəbbət problemini qoyub həll etmək, onun yeni bir təzahür formasını üzə çıxarmaqdır. Birinci beytdə Füzuli lirik qəhrəmanı gülşən seyrinə çağırır, hər tərəfin yaşıla-ala büründüyünü nəzərə çatdırır. Bundan sonra isə mürəkkəb poetik fiqurlar təbiət kontekstində şairin dili ilə sanki canlanır, əyani bir rəsın əsərinə çevrilir. Məlum olur ki, çinar yarpaqları ona görə daraq kimi diş-diş olmuşlar ki, sünbülün telində düyünlər olduğunu anlamışlar onu daramağa hazırlaşmışlar. Təravətli yaşıllıq isə nərgizin gözünü xumar görüb, onun yuxulamaq istədiyini güman edərək, yerə yaşıl döşək salmışdır. Hər dərdə dərman tapılan gülüstanda qönçənin şehi şəfa şərabı kimidir. Gülün güldüyü, nərgizin açıldığı, lalənin şeh ilə dolduğu belə bir zamanda eyş-işrətə dalmaq, gülüstanda rahatlanmaq üçün əlində bəhanəsi olan qədər xoşbəxt imiş!

Füzuli yaz fəslinin belə bir gözəl çağında xalqın gülşən seyrinə çıxmasının səbəbinibənövşə saçının halqası ilə izah edir. Əgər bu halqa olmasaydı, xalqı ilə gülşənə tərəf çəkmək olardı?

Məqtə beyt təkcə təbiət təsvirini yekunlaşdırmaqla kifayətlənmir, həm aşiqin əhvalı ilə təbiət arasında bir oxşarlıq, onların münasibətlərində bir bəhanə görür: gül fəslində Füzulinin gülzara meyl etməsində təəccüblü bir şey yoxdurbir beyt əvvəlki fikrə bir qayıdılır eyş-işrət etməyə bəhanələri olanlara verilən xoşbəxt adı lirik qəhrəmana verilir. Füzulinin eyş-işrət üçünəsbabı” – bəhanəsi odur ki, onun ürək qanından al şərabı var bu şərabla gülzarda eyşə dalmaq çox xoşdur.

Beləcə, xalq arasında deyildiyi kimi, Füzulihərləyib-fırlayıbyenə öz aşiqliyini, ürək qanı içməyini poetik tərənnüm obyektinə çevirmiş olur.

Füzulinin sehirli qələmini bədii təzadlarsız təsəvvür etmək çətindir. Bu da təbiidir, axı sehrin özühalal ya haram olmasından asılı olmayaraq, təbiət hadisələrinə, adi, gündəlik məişətimizə sığışmayan, onunla təzad təşkil edən bir hadisə, prosesdir. Deməli, özlüyündə təbiiliklə təzad təşkil edən sehrin, möcüzənin əsasını da bədii təzad təşkil etməlidir bu, onun ən yüksək təzahür forması olmalıdır. Füzuli şeirində bədii təzadın çox möhkəm mövqeyi vardır. Bunlar müxtəlif səviyyələrdə, müxtəlif üsul vasitələrlə gerçəkləşdirilsə , son məqsəd, amal birdir: oxucunu heyrətləndirmək bu sözləri yaza bilən bir adamın adi adam, sıradan bir şəxs ola bilməyəcəyinə inandırmaq, bununla da hər bir bəşər övladının ali məqsədi olan özünütəsdiqə nail olmaq:

Mənim kim, bir ləbi-xəndan üçün giryanlığım vardır,

Pərişan türrələr dövründə sərgərdanlığım vardır.

Ləbi-xəndan” – gülən dodaq üçün ağlayan Füzuli bədii təzad yaradır, ancaq elə ikinci misradaca dissonansdantəzaddan assonansauyğunluğa keçərək, dağınıq saçların ətrafında avara qalması ilə təzadın universal bir açar olmadığı, panaseya olmadığı fikrini irəli sürür bədii əsərdə təsvir vasitələrinin zənginliyinin əsərin məziyyəti olması fikrini irəli sürmüş olur.

Bəzən Füzuli təzadı o qədər mürəkkəb dolaşıq olur ki, nəyin təzad, nəyin uyğunluq olduğunu aşkar etmək oxucu tədqiqatçı üçün müşkül bir işə çevrilir:

Şeyxlər meyxanədən üz döndərərlər məscidə,

Bitəriqətlər gərək kim, doğru yoldan azələr.

Əvvəlcə oxucu çaşbaş qalır: şeyxlər niyə gərək meyxanadan məscidə üz döndərsinlər şeyxlərin ümumiyyətlə, meyxanada işi var idi ki, hələ bir oradan məscidə üz döndərəydilər? Bir qədər düşüncədən sonra məlum olur ki, şeyxlər meyxanada heç olmamışlar, ona görə , meyxanaya çatmamış üzlərini çevirərək məscidə doğru yönəlirlər; deməli, meyxanaya girmədikləri üçün onlarbitəriqətlər” – yolsuzlardır. Çünki ancaq meyxana yolu həqiqi yoldur. Bitəriqətləryolsuzlar isə doğru yoldan azmalı, meyxanadan üz çevirərək məscidə üz tutmalıdırlar.

Bəzi hallarda Füzuli bədii təzadının məqsədioxucunu maarifləndirmək, onun yanlış başa düşdüyünü aydınlaşdırmaq, hər şeyi olduğu kim başa salmaqdır:

Çaklər göysümdə sanmın kim, açıbdır tiği-eşq

Könlümün şəhrinə mehrin girməyə dərvazələr.

Aşiqin köksünün parçalandığını görən kənar müşahidəçilərin ona yazığı gəlir; bu isə aşiqi qəzəbləndirir hər şeyi öz adı ilə adlandırmağı lazım bilir: bunlar sinənin yaralarıyarıqları deyil; sadəcə olaraq, eşq qılıncı məhəbbətin girməsi üçün aşiqin sinəsində bir neçə darvaza açmışdır.

Bu da bir təzaddır ki, qəmzə oxu ilə yıxılmış aşiqdə yara nəzərə çarpmır:

kəmandarsan, ey məh ki, atıb qəmzə oxun,

Yıxdığın seyddə zəxm, peykan görünür.

Təzadən bir təzahürü formal məntiqin qayda-qanunlarının aşiq-məşuq münasibətləri arasında qüvvədən düşməsi, fəaliyyət göstərməməsidir:

Derəm, əhvalımı cananə qüam ərz, vəli,

Görə bilmən özümü, onda ki, canan görünür.

Heç olmasa, ömründə bircə dəfə sevən adam bilir ki, sevgili ilə görüş qabağı adam ona demək üçün çoxlu sözlər hazırlayır, özlüyündə dil-dil ötür, ancaq sevgilini görən kimi sanki dili tutulur, öz halı haqqında heç deyə bilmir. Füzuli həmin təbii vəziyyəti fəlsəfi cəhətdən mənalandırır; aşiq ona görə öz əhvalını canana ərz qıla bilmir ki, cananı gördükdə özü-şəxsiyyəti yaddan çıxır; təsəvvüf fəlsəfəsi ilə ifadə edəsi olsaq, özü canana çevrilir məcnunun məşhur:

Gər mən mən isəm, nəsən sən, ey yar?

Vər sən sən isən, nəyəm məni-zar?!

irfani sillogizmi özünün bütün qüvvəsilə gözlərimiz qarşısında təzahür edir.

Füzulinin halal sehrinin amalı, məqsədi idi bəs?

Buna şairin özü birmənalı şəkildə cavab verir; məlum olur ki, bütün bu ciddi-cəhdin, zəhmətlərin səbəbidünyada bir yaxşı ad qoymaq, ölməzlik mərtəbəsinə çatmaq imiş:

Qərəz bir ad imiş aləmdə, mən həm eylərəm bir ad,

Bihəmdillah, Füzuli, rindü rüsvalıqda məşhurəm.

Demək, Allah istedadı qabiliyyəti, əməksevərliyi, yazıb-yaratmaqdan usanmamağı insana ona görə veribmiş ki, o, özündən sonra dünyada yaxşı bir ad qoyub getsin. Ancaq bu, hələ hamısı deyildi. Yaxşı ad qoyub gedənlər ölməz hesab olunurdular. Hətta böyük Nizami deyirdi ki:

Özüntək diri bil məni cahanda,

Mən canlanaram sən canlananda.

Belə çıxırdı ki, sənin sözünü, əsərini dünyada qədər oxuyan varsa, sənə ölüm yoxdur; ölümsüzlüyün sirrihəmən sözün ölməzliyi ilə üst-üstə düşürdü. Bəlkə, sözün magik qüvvəsindən bu qədər maksimum dərəcədə istifadə elə bununla bağlı idi? Müasir dövrdə Nizami, Füzuli çapında sənətkarların yetişməməsi, bəlkə, sözün ölməzlik gətirməsinə bu qədər fanatikcəsinə inamın olmamasında idi? Axı insan bir şeyə çatacağına yüz faiz əmin olduqda, onun bu məqsədə doğru hərəkətlərində adi insanın hərəkətlərindən qat-qat artıq enerji qabiliyyət əmələ gəlir. Məgər müsəlman orduları dünyanın yarısını elə bu cür inamla ələ keçirməmişdilərmi? Ölən cənnətə gedirdi cənnət elə bir yer idi ki, bu dünyadakı həyatı onun bir cilvəsi ilə belə müqayisə etməyə dəyməzdi! Deməli, amal uğrundı ölümhəyatdan qat-qat qiymətli idi! Həyatın davamı ölümdən sonra daha gözəl idisə, bu ölümü sevinclə qəbul etməkdə uyğunsuzluq var idi?!

Eyni sözü Yaxın Orta Şərqin böyük sənətkarları barədə demək mümkündür. Çağdaş insana yaxınlaşan bütün dühasına ayıqlığına baxmayaraq, Nizami , Füzuli inanırdı ki, bədii sözün qüdrəti ilə ölümsüzlüyə çatmaq mümkündür bu yolda mümkün olan olmayan hər şeyi edirdilər. Hətta indinin özündə insanlar dini-əxlaqi dəyərlərdən daha çox, dünyada yaxşı bir ad qoymaq haqqında düşünürlərsə, orta əsr insanının bu cür düşünməsində heç bir qeyri-təbii şey olmasın gərək.

Ney kimi, hərdəm ki, bəzmi-vəslini yad eylərəm,

Ta nəfəs vardır quru cisınimdə, fəryad eylərəm.

Ruzi-hicrandır, sevin, ey murği-ruhim kim, bu gün

Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm.

Vəhm edib ta salmaya sən mahə mehrin hiç kim,

Kimə yetsəm, zülmü cövründən ona dad eylərəm.

Qan yaşım qılmaz vəfa, giryan gözüm israfına,

Bunca kim, hərdəm ciyər qanından imdad eylərəm.

İncimən hər necə kim, əğyar bidad eyləsə,

Yar cövriçün, könül, bidadə mötad eylərəm.

Bilmişəm, bulman visalın, leyk bir ümmid ilə

Gah-gah öz xatiri-naşadımı şad eylərəm.

Lövhi-aləmdən yudum əşk ilə Məcnun adını,

Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm!

     

Qızdırılmış gözə çəkilərək onu kor edən odlu bir mildir. Bu mili çəkən isə aşiqin qeyrəti, onun şəxsiyyəti, başqa gözəllərə qarşı qısqanclığıdır.

Sürdü Məcnun növbətin, şimdi mənəm rüsvayi-eşq,

Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.

Ancaq təbii ki, Füzuli incə ruhlu bir sənətkar kimi yalnız özünün ad çıxarmasının oxucu tərəfindən xudpəsəndlik, özünü göstərmək kimi anlaşılacağından da ehtiyat edir bundan özünü sığortalayır, əslində, xudnümalarınözünü gözə soxmaq istəyənlərin ondan əvvəlki aşiqlərin olduğunu nəzərə çatdırır:

Vamiqü Fərhadtək rüsvayə qılmın nisbətim,

Bir fəqirəm, sanmamz ol xudnümalərdən məni.

Demək, Vamiq ilə Fərhadm eşqdən, rüsvayçılıqdan məqsədi yalnız özünü göstərmək olmuş, əslində, özünə məhəbbət səviyyəsindən yuxarı qalxmamışdır. Füzulinin lirik qəhrəmanı isə bu cür hisslərdən uzaqdır, fəqirlik mərtəbəsini xudnümalıqdan daha yüksək tutur. Dörd yüz ilin tamamında Füzulinin xələfı Əliağa Vahid qələmində həmin obraz-ideya bu şəkildə bədii təcəssümünü tapacaq:

Etibar olmaz özün göstərən aşiqlərdə,

Əhsən ol aşiqə, cananını pünhanı sevir.

Klassik ədəbiyyatda prioritetəxronoloji cəhətdən birinciliyə verilən yüksək önəm Füzulini qorxutmur; o, özündən əvvəl gələn aşiqlərin xronoloji öncüllüyünü öz xeyrinə şərh edə bilir:

Mənə zaman ilə Məcnun müqəddəm olsa nola,

Oyunda şah bərabər degil piyadə ilə.

Mənəm müdərrsi-elmi-cünun, qanı Məcnun,

Ki bərmurad ola dövrümdə istifadə ilə.

Burada Füzulinin hisslərinin merkantilizmindən, Məcnun adı qarşısında, bu adın ölməzliyi hüzurundakı qısqanclığından, bəlkə bir az da kəskin desək, paxıllığından danışmaq olar. Ancaq başlıca mətləbMəcnunun adını göz yaşı ilə dünyadan yuyaraq, öz adını onun yerinə yazmaqdan ibarətdir. bu babətdən Füzuli heç nədən çəkinmir; məqsədinə doğru irəliləyərkən bütün vasitələri məqbul sayır. Bəzən ümidsizliyə qapılır, bəzən riya hiyləyə əl atır, ancaq son məqsədə çatmaq uğrunda yorduğu yollardan bir an belə geri çəkilmir. Əlbəttə, Füzuli müqəddəsliyinəriya hiyləsözləri yaraşmaz, ancaq şairin lirik qəhrəmanının bu hərəkətini necə izah etmək olar?

Vəhm edib ta salmaya sən mahə mehrin hiç kim,

Kimə yetsəm, zülmü cövründən ona dad eylərəm.

Məşuqənin zalım cəfakar olduğunu hər yetənə elan etməkdə lirik qəhrəmanın məqsədinövbəti aşiqləri onun zülmündən xilas etmək deyil, bəlkə onları qorxutmaq yolu ilə heç kimin ona aşiq olmamasına nail olmaqdır. Bəlkə heç yazıq məşuqə o qədər zalım cəfakar deyil; sadəcə olaraq aşiqin qısqanclığı üzündən məhəbbət aləmində bu cür qələm verilir! səbatsız aşiqlər təbii ki, qorxub geri çəkilir, Füzulinin lirik qəhrəmanı öz məhəbbəti ilə meydanda tək qalır. Ancaq Füzulinin lirik qəhrəmanı təkcə öz sevgilisinə qarşı qısqanclığı ilə seçilmir; sevgilisinə münasibətdə özünə qarşı da ciddi qısqanclıq göstərir bunu daqeyrətadlandırır; necə ki, indinin özündə həmin sözün bu mənada işlənməsi o qədər nadir hadisə deyildir:

Ey Füzuli, baxmayam ta qeyrə, hər xunin müjə

Atəşin bir mildir kim, çeşmimə qeyrət çəkər.

Aşiqin başqasına baxmaması üçün, daha doğrusu, baxsa belə, görməməsi üçün hər bir qanlı kirpik əslində kirpik deyil, qızarıncaya qədər

Məni saqınma, Füzuli, qəm içrə Məcnuntək,

Ki mən ziyadəyəm ondan qəmi-ziyadə ilə.

Zaman baxımından Məcnunun Füzulidən əvvəl gəlməsişahmat oyununda piyadanın şahdan əvvəldə durması kimi bir şeydir; yəni məhəbbət səhrasında Məcnun piyadadırsa, Füzuli şahdır piyada həmişə şahdan öndə durmalıdır. Buna görə , təbiidir ki, dəlilik elminin müəllimi Füzulidir Məcnun tələsib dünyadan tez getməsəydi, bu elmin sirlərini Füzulidən öyrənər, cünunluqda daha da kamilləşərdi. Başqa bir tərəfdən, qəm içində, qəm aləmində Füzuli Məcnundan üstündür; əgər Məcnun dövründə aləmdə olan qəmlər müəyyən bir miqdarda idisə, Füzuli dövründə bu qəmlər daha artmış uyğun olaraq, qəm yükü daşımaq baxımından Füzuli Məcnundan artıq olmuşdur.

Füzuli şeirinin sehri onun SÖZünün qənirsiz hüsnündədir. Füzuli sözü dərin mənalar xəzinəsi, gözəlliklər gülşənidir. O, elə bir nur dəryasıdır ki, səhərləri günəşdən, gecələri aydan süslənir. Füzulinin qəlbi günəş kimi, zəkası ay kimi SÖZləri isə günəşlə ayın sevgisindən doğmuş möcüzədir.

 





17.03.2014    çap et  çap et