525.Az

Bəşər Əsədin ordusu 141 nəfər öldürüb


 

Bəşər Əsədin ordusu 141 nəfər öldürüb<b style="color:red"></b>

Mərkəzi İngiltərədə yerləşən Suriya İnsan Haqqları Təşkilatı Suriya ordusunun ölkənin bir sıra şəhərlərində apardığı şiddətli mübarizədə çox saylı adamın öldürüldüyünü, xeyli sayda evlərin dağıdıldığını açıqlayıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təşkilat üsyanın davam etdiyi əsas şəhərlərdə ölü sayının 141-ə çatdığını qeyd edib.

Azad Suriya ordusu da hakim qüvvənin bir tankını və çoxsaylı hərbi sürsatlarını məhv edib. Suriyanın əsas xəbər kanalları bu haqda informasiya yayaraq yaralıların dağıntılar altından çıxarıldığını, hökumət qüvvələrinin üsyançıların bir qismini zərərsizləşdirdiyini, bəzilərinin həbs olunduğunu, 5 əsgərin isə əsir alındığını xəbər verib.

Nigar Məhərrəm

 





18.10.2012    çap et  çap et