525.Az

Bakının girişində yeni 8 zolaqlı yol çəkilir


 

Bakının girişində yeni 8 zolaqlı yol çəkilir<b style="color:red"></b> Bakının şimal girişində daha bir avtomobil yolunun tikintisi davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, Biləcəri-Xocasən istiqamətindəki 2 zolaqlı avtomobil yolunun yenidən qurulması nəticəsində hərəkət zolaqlarının sayı 8-ə çatdırılacaq. Beləliklə eni 10 metr olan magistralın eni 34 metrə çatdırılacaq. Hazırda layihə çərçivəsində ərazidəki su, elektrik, rabitə xətləri köçürülüb. Bütün kanalizasiya xətləri yenilənib.
 
Bildirilir ki, uzunluğu 1,5 kilometr olan yolda daim tıxac yaranırdı. Layihə başa çatandan sonra isə istər Mərkəz istiqamətində, istər də Sulutəpə, Xocasən, Şamaxı istiqamətlərinə rahat gediş-gəliş təmin edilək. Yol boyunca bir neçə yerdə avtobus dayanacağı və Sulutəpə qəsəbəsində nəqliyyat qovşağı da istifadəyə veriləcək.
 
Qeyd edək ki, layihə çərçivəsində artıq xeyli iş görülüb. 1 kilometr məsafədə 20 metr enində torpaq yatağı tikilib.
 





18.03.2014    çap et  çap et