525.Az

Qənirə Paşayeva Türkiyə Böyük Millət Məclisinin sədr müavini ilə görüşüb


 

Qənirə Paşayeva Türkiyə Böyük Millət Məclisinin sədr müavini ilə görüşüb<b style="color:red"></b>

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva TÜRKPA-nın "Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu" mövzusunda İstanbulda keçirdiyi beynəlxalq forum çərçivəsində  Türkiyə Böyük Millət Məclisi (TBMM) başqanının müavini  Mehmet Sağlam ilə görüşüb.

525.az-ın məlumatına görə, görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasi¬bətləri, bu münasibətlər sistemində hər iki ölkə parlamentarilərinin üzərinə düşən və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Türkiyə parlamentinin sədr müavini Mehmet Sağlam bildirib ki, Milli Məclis ilə əməkdaşlıq yüksək səviyyədədir və əlaqələrimiz gündən-günə inkişaf edir. Türkiyənin daim Azərbaycanın yanında olduğunu və olacağını vurğulayan Mehmet Sağlam ölkələrimizin bir-birinə dəstəyinin bundan sonra da davam edəcəyini xüsusi vurğulayıb.

Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini deyən Türkiyə parlamentinin sədr müavini Mehmet Sağlam iki qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluqlarını söyləyib. Türkiyənin daim Azərbaycanın yanında olacağını deyən Mehmet Sağlam Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəklərini vurğulayıb.
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir fikrini qeyd edərək Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu deyib:

“Türkiyə nə qədər güclənərsə, Azərbaycan da o qədər güclənib deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Azərbaycan və Türkiyə Avrasiya məkanının, bölgənin getdikcə böyüyən gücləridir və Azərbaycan hər zaman qardaş Türkiyənin güclənməsinə və uğurlarına sevinir”.

 





18.10.2012    çap et  çap et