525.Az

Nəbzi vurmadan 6 ay yaşadı


 

Nəbzi vurmadan 6 ay yaşadı<b style="color:red"></b>

Nəbzi olmadan yaşadığı üçün adını tibb tarixinə yazdıran çexiyalı kişi dünyasını dəyişib.
 
ANS PRESS-in məlumatına görə, Praqada yanğınsöndürən olan 37 yaşlı Jakub Halik dünyada nəbzi olmadan 6 ay yaşayan yeganə insan olub. Həkimlərin sözlərinə görə, onun ölümünə səbəb ciyər çatışmazlığı olub. Bu problemin nədən yarandığı isə bilinmir.

Qeyd edək ki, Jakub Halik ürəyindəki şişlə əlaqədar əməliyyat edilmiş və ürəyi iki mexanik nasosla dəyişdirilmişdi.

 





18.10.2012    çap et  çap et